07/10/2020
Hörmətli İzləyicilər,
🇦🇿Azərbaycanın şanlı ordusunun Qarabağ uğrunda apardığı uğurlu mübarizəyə dəstək olaraq
biz də bu mübarizəyə öz töhvəmizi vermək istəyirik. Cəbhədə aparılan müharibə qədər
İnformasiya müharibəsi də mühüm əhəmiyyət kəsb edir. İnformasiya müharibəsini aparmaq
və dünyaya Qarabağ gerçəklərini çatdırmaq üçün ingilis dili vacib bir amildir. Bu səbəbdən
qərara aldıq ki, 5 nəfər Şəhid ailəsi üzvü üçün ödənişsiz ingilis dili dərsləri təşkil edək.
Şəhid ailəsinin üzvü olanlar və ya tanışı olanlar və ingilis dili öyrənmək
istəyənlər bizimlə əlaqə saxlasınlar.
QARABAĞ AZƏRBAYCANDIR!💪