18/02/2012
Tarix sizin, gənclərin üzərində, insana qarşı yeni münasibətin təbliğatçıları, yeni həyat quruluşunun müəllimləri olmaq kimi böyük bir vəzifə qoymuşdur. Bu sizi elbir və səylə oxumağa, hər şeydən əvvəl oxumağa məcbur edir. İnsan nə qədər çox bilirsə, bir o qeədər qüvvətlidir. Bunu inkar etmək olmaz. İnsan öz qarşısına qoyduğu məqsədin nə qədər böyük və əzəmətli olduğunu bildikdə isə daha qüvvətli olur.
M.Qorki
Universitetimizdə magistr hazırlığına 1 sentyabr 1997-ci ildə başlanılmışdır. O zaman bu hazırlıq yeni yaradılmış Magistratura şöbəsi tərəfindən həyata keçirilirdi. 2001-ci ildə şöbənin əsasında Magistratura Fakültəsi yaradılmış, 27 yanvar 2005-ci ildən isə universitetimizdə magistr hazırlığının daha da yüksək səviyyəyə qaldırılması və müasir dövrün kəskin rəqabəti şəraitində hərtərəfli biliklərlə silahlanmış və ölkə iqtisadiyyatının müxtəlif sahələrində aparılan islahatların kadr ehtiyaclarına cavab verə bilən mütəxəssislərin hazırlanması məqsədilə, Magistratura fakültəsi ləğv edilmiş və onun bazasında MBA proqramını da özündə birləşdirən Magistr Hazırlığı Mərkəzi yaradılmışdır. Bu gün iqtisadiyyatın müxtəlif sahələri üzrə magistr dərəcəli kadrlar hazırlayan və elmi araşdırmalar həyata keçirən Magistratura Mərkəzində 10 istiqamət və 53 ixtisas üzrə 1820 magistr (MBA proqramı da daxil olmaqla) təhsil alır.
Universitetimizdə magistr hazırlığı üzrə qəbul olunmuş və Respublika təhsil sistemində də ilk yenilik hesab olunan “mərkəz” modeli magistr hazırlığının təşkili və idarə edilməsində sistemliliyin təmin olunması, təkrarçılığın aradan qaldırılması və vahid idarəetmə formasının tətbiq edilməsi baxımından geniş imkanlar açmışdır. Eyni zamanda, bu model universitet üzrə magistr hazırlığı prosesinə vahid konseptual yanaşmanın tətbiqinə, effektli təkmilləşdirmə mexanizmlərinin hazırlanması və həyata keçirilməsinə də əlverişli şərait yaratmışdır.
Bu gün Magistratura Mərkəzində ən müasir tədris vasitələri ilə təchiz olunmuş, MDB məkanında və Qərb ölkələrinin çoxunda belə analoqu olmayan ixtisaslaşdırılmış virtual tədris otaqları, laboratoriya və mərkəzlər fəaliyyət göstərir ki, onların da bəziləri aşağıdakılardır:
1. “Makroiqtisadi təhlil və proqnozlaşdırma”- Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi ilə birgə;
2. “Tədris virtual Mərkəzi Bank”- Mərkəzi Bank ilə birgə;
3. “Audit”- Auditorlar Palatası ilə birgə;
4. “Beynəlxalq iqtisadi münasibətlər”;
5. “Vergi və vergiqoyma” elmi araşdırmalar- Vergilər Nazirliyi ilə birgə;
6. ”Tədris virtual qiymətli kağızlar bazarı”- Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə birgə;
7. “Tədris virtual bank”- “Nikoyl” İnvestisiya Kommersiya Bankı ilə birgə;
8. “İnvestisiya problemlərinin öyrənilməsi”- “European Tabacco Baku” ASC ilə birgə;
9. “Tədris Biznes İnqubator”- “Nurgün” şirkətlər qrupu ilə birgə;
10. “ Microsoft Biznes Qərarları”- “AZEL” şirkəti ilə birgə;
11. “Gömrük işi”- “Ram-X” şirkəti ilə birgə;
12. “Sənayenin iqtisadiyyatı”;
13. “İnformatika”;
14. “Mühasibat uçotu”;
15. “Marketinq”;
16. “Biznesin təşkili”;
17. “Kommersiya işi”;
Profillərinə uyğun olaraq müxtəlif kompüter proqram-paketləri ilə təchiz olunmuş laboratoriyalarda tədris prosesinin təşkilində universitetimizin ən təcrübəli professor-müəllim heyəti ilə yanaşı, ayrı-ayrı nazitlik, komitə, baş idarə, eləcə də tanınmış özəl şirkətlərin mütəxəssisləri də iştirak edirlər.
Mərkəzimiz bu günə qədər 2000 qədər magistr dərəcəli mütəxəssis yetişdirmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin 1-ci müavini, general-leytenant Səfər Mehdiyev, “ÇNAR-ÇAP” nəşriyyatının prezidenti Qoşqar Qarayev, güləş üzrə Sidney olimpiadasının çempionu olmuş Fərid Mansurov, 2005-ci ildə “İqtisadiyyat və biznes” sahəsində milli “Uğur” mükafatına layiq görülmüş “A-Group” Sığorta Şirkətinin baş direktoru Anar Bayramov, “MuğanBank” ASC-nin idarə heyətinin sədri Fuad Musayev, “Azəriqazbank” ASC-nin Sahil şöbəsinin müdiri Elvin Bayramov, “Azərbaycan” Nəşriyyatının baş direktorunun müavini Allahverdi Bağırov fəxr etdiyimiz məzunlarımızdır.
Bu siyahını artırmaq bizim əlimizdədir. Vətənimizin elm sahəsində çalışan gənclərinə nə arzu edə bilərdim?
Ən əvvəl-ardıcıllıq! Mən səmərəli elmi işin bu mühim şərtindən danışarkən həmişə həyəcan hiss edirəm. Ardıcıllıq, ardıcıllıq, ardıcıllıq!!!