26/01/2022
Şəxsiyyət pozuntuları — uzunmüdətli, güclü və müqavimətli düşüncə və davranış qəliblərilə xarakterizə olunmuş pozuntular sinfidir.
🔹️ Şəxsiyyət pozuntuları fərdin aid olduğu mədəni normaların xaricində olan davranış tərzi və daxili təcrübələrdir. Bu cür davranış tərzləri elastiklikdən uzaq və qarşıqoyulmazolur. Yeniyetməlikdə və ya gənclik dövründə üzə çıxır və fərdin həyatında ciddi problem və zədəyə yol açır.
🚩 Psixoloqlar şəxsiyyət pozuntusunun diaqnozunu qoyduqda mental pozuntuların diaqnozu və statistik əl kitabında qeyd olunan kriteriyalara istinad edirlər. Buna görə bir insana şəxsiyyət pozuntusu diaqnozu qoymaq üçün onda izlənilməsi mütləq olan əlamətlər bunlardır:
bu davranış növləri fərdin həyatının intim münasibətlər, iş həyatı və sosial həyat kimi fərqli istiqamətlərinə təsir göstərməlidir
bu davranış növləri uzunömürlü və sıx təkrarlanan olmalıdır
simptomlar aşağıdakılardan iki və ya daha çoxuna təsir göstərməlidir: duyğular, düşüncələr, qıcıqların idarə edilə bilmə qabiliyyəti və insanlarla olan əlaqələr
davranış növləri yeniyetməlik və ya erkən yetkinlik dönəmində başlamalıdır
davranış növləri müəyyən zaman ərzində dəyişikliyə uğramamalıdır
bu simptomlar başqa klinik vəziyyətlərin, psixi narahatlıqların ya da narkotik maddə aludəçiliyinin bir nəticəsi olmamalıdır
🚩 Şəxsiyyət pozuntularının 3 əsas kateqoriya üzrə təsnifi
A qrupu - Paranoid, Şizoid və Şizotipal
B qrupu - Antisosial, Boderline, İsterik və Narsistik
C qrupu - Utancaq, Asılı və Obsessiv Kompulsiv Şəxsiyyət Pozuntusu (OKŞP)
_____________________________________
🛎 Təlimlər barədə məlumat və Qeydiyyat üçün⤵️
📲 +994515002389 (zəng və ya whatsapp)
📍 Ünvan: C.Cabbarlı 44, Caspian Plaza