14/12/2022
Məktəbəqədərx təhsil fakültəsinin Elmi Şurasının 13.12.2022-ci il tarixində genişləndirilmiş iclası keçirilmişdir. İclasda Məktəbəqədər təhsil fakültəsinin dekanı dosent Nailə Hüseynova, Məktəbəqədər təhsilin pedaqogikası kafedrasının müdiri proessor Müseyib İlyasov, Ümumi psixologiya kafedrasının müdiri professor Ramiz Əliyev və fakültənin professor-müəllim heyəti iştirak edib.
İclası giriş sözü ilə açan Məktəbəqədər təhsil fakültəsinin dekanı dosent Nailə Hüseynova iclasın gündəliyini iştirakçıların diqqətinə çatdırıb. Dos.N.Hüseynova iclasın gündəliyində 2022/2023-cü il payız imtahan sessiyasına hazırlıq və imtahanların mütəşəkkil keçirilməsi üçün görüləcək işlər barədə ətraflı məlumat verdi. Eyni zamanda ADPU -da həyata keçiriləcək akkreditasiya ilə əlaqədar olaraq aparılan hazırlıq işləri və fakültə özünütəhlil komissiyasının bu müddət ərzində gördükləri işlərin əhəmiyyətini və vacibliyi qeyd olundu.
Bundan sonra 2022-ci ilin yekunu etibarı ilə ixtisas kafedralarında yerinə etirilən elmi-tədqiqat işlərinin müzakirəsinə dair kafedra müdirlərinin hesabatları dinlənildi.
09/12/2022
Məktəbəqədər Təhsil fakültəsinin 2022-ci il üçün nəzərdə tutulmuş Respublika elmi konfransı 9 dekabr tarixində baş tutmuşdur. Konfransın mövzusu “Vətən müharibəsi konteksində gənclərin vətənpərvərlik tərbiyəsinin aktual problemləri” olmuşdur.. Plenar iclasda Məktəbəqədər Təhsil fakültəsinin dekanı dosent Nailə Hüseynova, Ümumi psixologiya kafedrasının müdiri professor Ramiz Əliyev, Məktəbəqədər təhsil kafedrasının müdiri professor Müseyib İlyasov çıxış etmişdir. Konfransa tələbələr də cəlb olunaraq vətənpərvərlik hissinin aşılanması ilə bağlı müzakirələr aparıldı Konfrans 2 bölmə üzrə davam etdirildi.
05/11/2022
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Məktəbəqədər təhsil fakültəsində 8 Noyabr Qələbə Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Məktəbəqədər təhsil fakültəsinin dekanı dosent Nailə Hüseynova, Ümumi psixologiya kafedrasının müdiri professor Ramiz Əliyev, Məktəbəqdər təhsilin pedaqogikası kafedrasının müdiri professor Müseyib İlyasovla yanaşı ixtisas kafedraları üzrə TEC sədrləri Yaqut Ağasıyeva, Afət İsrafilova ,Könül Şıxalıyeva və fakültənin professor-müəllim, tələbə heyəti də iştirak etmişdir.
Tədbirdə fakültə dekanı dos N.T Hüseynova çıxış edərkən Azərbaycan Respublikasının 44 gün ərzində dünyaya səs salaraq bütün gücünü göstərməsi, 44 günün tamamında öz həqiqətlərini dünya birliyinə çatdırması və Zəfər tarixinin yazılması haqqında danışdı. Daha sonra 44 günlük müharibənin qəhrəmanlarının xatirəsi bir dəqiqəlik sükütla yad edildi.
Tədbirdə kafedra müdirləri prof.Ramiz Əliyev və prof.Müseyib İlyasov da çıxış etdilər. Həmçinin fakültənin tələbələri də bu şanlı tarixlə bağlı duyğu və düşüncələrini tədbir iştirakçıları ilə bölüşdülər.
Tədbir tələbələr tərəfindən hazırlanmış video çarxın təqdimatı ilə sonlandırıldı
28/10/2022
ADPU-da professor Əbdül Əlizadənin xatirə guşəsinin açılışı olub.
Görkəmli alim, Əməkdar elm xadimi, psixologiya elmləri doktoru, “Şöhrət” ordenli professor Əbdül Əlizadənin 90 illik yubileyi münasibəti ilə uzun illər çalışdığı və rəhbərlik etiyi Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Məktəbəqədər təhsil fakültəsinin Ümumi psixologiya kafedrasında xatirə guşəsinin açılışı olub.
Tədbirdə ADPU-nun rektoru professor Cəfər Cəfərov, elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov, fakültə dekanı dosent Nailə Hüseynova, dekan müavini ped.ü.f.d. Sübdabə İsgəndərova, kafedra müdiri professor Ramiz Əliyev, BDU-nun Pedaqogika kafedrasının professoru Hikmət Əlizadə, psix.ü.f.d. Səbinə Əlizadə və kafedranın əməkdaşları iştirak etmişdir.
Rektor prof. Ə.Əlizadənin Azərbaycan psixologiya elminin inkişafındakı misilsiz xidmətlərindən söz açaraq, onun böyük bir məktəb yaratdığını vurğulamışdır.
Prof. C.Cəfərov qeyd edib ki, ADPU-da görkəmli alimlərin xatirələrini yaşatmaq və onların böyük irsini gənclərə aşılamaq üçün Pedaqoji Universitetdə silsilə tədbirlər, konfranslar təşkil olunur.
Tədbirdə həmçinin prof. R.Əliyevin Ə.Əlizadənin 90 illiyi münasibəti ilə qələmə aldığı “Unudulmayan adam – Əbdül Əlizadə” kitabı da iştirakçılara təqdim olunub.
22/10/2022
20 oktyabr 2022-ci il tarixində Məktəbəqədər təhsil fakultəsininin dekanı ped.ü.f.dok dos. Nailə Hüseynova və Ümumi psixologiya kafedrasının müdiri prof. Ramiz Əliyevin rəhbərliyi və təşkilatçılığı ilə psixologiyanın əsas dayaqlarından biri olan, bənzərsiz istedada, yazıb yaratmaq eşqinə, görkəmli psixoloq, böyük insan, əməkdar elm xadimi, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü olmuş, "Şöhrət" ordenli alim, psixologiya üzrə elmlər doktoru, professor Ə.Ə.Əlizadənin 90 illik yubileyiinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Məktəbəqədər təhsil fakultəsinin dekanı ped.ü.f.d. Nailə Hüseynova, əməkdar müəllim, psixol.ü.e.d., professor Ramiz Əliyev, ped.ü.e.d, professor Hikmət Əlizadə, əməkdar müəllim, ped.ü.e.d. prof. Şəhla Əliyeva, əməkdar müəllim, ped.ü.e.d. Müseyib müəllim, əməkdar elm xadimi ped.ü.e.d., professor Fərrux Rüstəmov, məktəbəqədər təhsil fakultəsinin professor-müəllim heyəti və tələbələr iştirak etmişlər.
Fakültənin dekanı ped.ü.f.d. Nailə Hüseynova və professor- müəllim heyəti Əbdül müəllim haqqında öz xatirələrini bölüşdülər və onu xoş sözlərlə yad etdilər
Daha sonra söz Ə.Ə.Əlizadə irsinin və nəslinin davamçısı, ped.ü.e.d, professor Hikmət Əlizadəyə vermişdir. Professor Hikmət Əlizadə böyük alimin və yüksək mənəvi keyfiyyətlərə malik olan bir insanın övladı olduğu üçün fəxr etdiyini qeyd etmişdir.
Əbdül müəllim bizim ürəyimizdə daima yaşayacaq, əməlləri iə, yaradıcılığı ilə, şəxsiyyəti ilə!
15/10/2022
14.10.2022 il tarixində Azərbaycan Dövlət Pedaqoji Universiteti Məktəbəqədər təhsil fakültəsinin dekanı dosent Nailə.T.Hüseynova, müəllimlər S. Abasova, Afət İsrafilova və fakültənin Tələbə Gənclər Təşkilatı, Tələbə Həmkarlar İttifaqı Komitəsi və Tələbə Elmi Cəmiyyətinin sədrləri, fəal tələbələr II Fəxri Xiyabanı ziyarət etmişdirlər.
Ziyarət zamanı 44 günlük Vətən Müharibəsində torpaqlarımızın azadlığı uğrunda qəhrəmanlıqla canından keçən şəhidlərimizin əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilmişdir.
14/09/2022
13 sentyabr 2022-ci ildə ADPU-nun Məktəbəqədər təhsil fakültəsinə qəbul olmuş 1-ci tədris ili tələbələri ilə görüş keçirilib, tələbələrin fakültə və ixtisasla tanışlığı baş tutub.
Görüşdə fakültənin dekanı dosent Nailə Hüseynova, Məktəbəqədər təhsilin pedoqogikası kafedrasının müdiri professor Museyib İlyasov, Ümumi psixologiya kafedrasının müdiri professor Ramiz Əliyev, Pedoqoji psixologiya kafedrasının müdiri psixologiya üzrə elmlər doktoru Qızxanım Qəhrəmanova, Xüsusi təhsil kafedrasının əməkdaşları və kafedraların professor-müəllim heyəti, fakültə tyutorları Şəhla Əliyeva, Kəmalə Hacızadə, İlahə Quliyeva, Sevinc Əhmədzadə və Qönçə Rəhimova iştirak ediblər. Çıxış edənlər gəncləri tələbə adını qazanmaları münasibəti ilə təbrik edib, tövsiyyələr veriblər, həmçinin ümumi universitet, fakültə və ixtisaslar haqqında təqdimat göstərərək məlumat verib, verilən sualları cavablandırıblar.
27/05/2022
Məktəbəqədər təhsil fakültəsində pedaqoji təcrübənin yekun konfransı keçirilib.
27.05.2022-ci il tarixdə Məktəbəqədər təhsil fakültəsində 14 həftəlik pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir. Konfransı fakültə dekanı prof. Şəhla Əliyeva, dekan müavini dos. Allahyar İmanov, kafedra müdirləri prof. Müseyib İlyasov, prof. Ramiz Əliyev, prof. Qızxanım Qəhrəmanova və dos. Nailə Hüseynova, fakültənin professor-müəllim heyəti və tələbələr iştirak etdilər.
Bakı şəhərində yerləşən uşaq bağçalarında, ümumtəhsil məktəblərində, xüsusi və inteqrativ məktəblərdə, psixoloji mərkəzlərdə təcrübə keçən tələbələrimiz 4 saylı tədris korpusunda,doğma divarlar arasında gördükləri çox maraqlı təcrübədən danışdılar, ixtisas kafedralarında və fakültə rəhbərliyinə hesabatlarını verdilər.
Konfrans prof. Şəhla Əliyevanın giriş sözü ilə başladı. Pedaqoji təcrübəyə dair kafedra müdirləri, təcrübə rəhbərinin və tələbələrin çıxışları dinlənildi. Tədris korpusunun foyesində Məktəbəqədər təlim və tərbiyə, Təhsildə sosial-psixoloji xidmət və Korreksiyaedici təlim ixtisası tələbələrinin əl işləri sərgiləndi.Konfransda pedaqoji təcrübədə müəssisə rəhbərləri tərəfindən təşəkkürnaməyə layiq görülmüş metodistlər, tələbələr təltif və təbrik edildi. Fakültənin professor-müəllim heyəti bütün tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzuladılar.