Jala Bahramova

Jala Bahramova

Share

IELTS TOEFL DUOLINGO instractor

Photos from Jala Bahramova's post 20/05/2026

Bu gün danışdığım hekayə əslində mənim öz hekayəmdir… ❤️

Mən heç vaxt asan yollardan keçmirəm. Bəzən ətrafımdakı insanlar, rəqabət, paxıllıq və deyilən sözlər məni yorur. Elə anlar olur ki, artıq davam etməyə gücüm qalmadığını düşünürəm. Bəzən susaraq savaşıram, bəzən içimdə qırılıb yenidən özümü toparlayıram.

Amma bir şeyi heç vaxt etmirəm təslim olmuram.

Çünki içimdə məni hər dəfə yenidən ayağa qaldıran bir güc var. Mən hər dəfə daha güclü olmağı, daha yaxşı versiyama çevrilməyi seçirəm.

Bu gün əgər hələ də ayaqdayamsa, hələ də xəyallarım uğrunda mübarizə aparıramsa, bunun səbəbi heç vaxt vaz keçməməyimdir. Çünki mənim bitib-tükənməyən arzularım yoxdur… mənim sadəcə hədəflərim var.

Mən həyatın qarşıma çıxardığı çətinliklərlə yox, onları necə aşdığımla güclü oluram. Hər yara məni daha da möhkəmləndirir, hər çətinlik isə ruhumu daha da böyüdür.

Və bilirəm…
Ən güclü qadınlar ən səssiz savaşlardan keçən qadınlardır. ❤️

Photos from Jala Bahramova's post 20/05/2026

Bu gün danışdığım hekayələr əslində mənim öz hekayəmdi❤️
Mən heç vaxt asan yollardan keçmədim.Bəzən ətrafımdakı insanlar, rəqabət, paxıllıq və sözlər məni yorurdu.Elə anlar olurdu ki, artıq davam etməyə gücüm qalmadığını düşünürdüm.Bəzən susaraq savaşdım, bəzən isə içimdə qırılıb yenidən özümü topladım.
Amma bir şeyi heç vaxt etmədim təslim olmadım.
Çünki içimdə məni hər dəfə ayağa qaldıran bir güc var idi.Mən hər dəfə daha güclü olmağı, daha yaxşı versiyama çevrilməyi seçdim.
Bu gün əgər hələ də ayaqdayamsa, hələ də xəyallarım uğrunda mübarizə aparıramsa, bunun səbəbi heç vaxt vaz keçməməyimdir.

Və bilirəm…Ən güclü qadınlar ən səssiz savaşlardan keçən qadınlardır. ❤️

Photos from Jala Bahramova's post 16/05/2026

Artıq ənənəyə çevrilən Parent Networking & Breakfast görüşümüz bu il də New York və Roma layihələrimizin ardından baş tutdu. Bu görüş zamanla təkcə valideynlərimiz üçün deyil, tələbələrimiz üçün də səbirsizliklə gözlənilən xüsusi bir ənənəyə çevrilib.

Uzun fasilədən sonra yenidən bir araya gələrək həm birlikdə vaxt keçirdik, həm layihə boyunca yaşanan təcrübələri bölüşdük, həm də yaddaqalan anlarımızı xatırladıq. Tələbələrimizin bir-biri ilə qurduğu dostluqları və aralarındakı səmimiyyətin gündən-günə daha da gücləndiyini görmək bizim üçün çox dəyərlidir.

Bizə güvənən, övladlarının inkişaf yolunda daim yanımızda olan bütün valideynlərimizə təşəkkür edirik.

Shane Academy olaraq hər zaman çalışırıq ki, tələbələrimiz yalnız akademik bilik deyil, eyni zamanda beynəlxalq təcrübə, yeni dostluqlar və uzun illər xatırlanacaq xatirələr qazansınlar. 💚

Photos from Jala Bahramova's post 11/05/2026

Artıq bir neçə gündür ki, həm şəxsi həyatımda, həm müəllimlik və karyera yolumda yeni bir səhifə açmışam. Uzun müddətdir hədəfim Azərbaycan gənclərinin beynəlxalq exchange proqramlarında iştirak etməsi, bu imkanlardan faydalanması və dünyaya daha açıq bir şəkildə inteqrasiya olması idi. Bu gün isə Avropanın bir neçə nüfuzlu məktəbi ilə imzaladığımız əməkdaşlıq və tərəfdaşlıq müqavilələri sayəsində bu arzunun gerçəyə çevrildiyini görmək mənim üçün böyük qürur və uğurdur.

Bu uğur təkcə mənim deyil — həm ölkəmiz, həm gənclərimiz, həm də təhsilimiz adına atılmış çox dəyərli bir addımdır. Bu yol mənim üçün uzun, maraqlı və məsuliyyətli bir yol olub. Mən hər zaman demişəm ki, mənim üçün müəllim olmaq sahibkar və ya biznes xanımı olmaqdan daha müqəddəs, daha mənalı və daha dəyərlidir. Çünki müəllimlik insan həyatına toxunmaq, gələcək formalaşdırmaq deməkdir.

Bu həyat yolunda mənimlə eyni dəyərləri paylaşan insanlarla tanış olmaq, onlarla eyni mühiti bölüşmək mənə sonsuz xoşbəxtlik verdi. Xüsusilə bu prosesdə mənə dəstək olan Change the World komandasına dərin təşəkkürümü bildirirəm. Onların sayəsində qlobal dostluqlarım genişləndi, yeni imkanlar qazandım və dünyanın fərqli ölkələrindən çox dəyərli dostlar əldə etdim.Mənim əziz və doğma dostlarım .lecce27 .ranaldi təşəkkür edirəm ❤️🫶

Bu bir həftəni onlarla birlikdə dolu-dolu yaşadım və hər anından zövq aldım. Qazandığım dostluqlar mənə bir daha göstərdi ki, dostluğun dini, dili və milliyyəti olmur. İnsanları birləşdirən ən əsas şey ortaq dəyərlər, sevgi, hörmət və səmimiyyətdir. Buna görə özümü çox şanslı insan hesab edirəm.

Yeni başladığımız layihənin bütün Azərbaycan gəncləri üçün uğurlu və xeyirli olmasını arzulayıram. İnanıram ki, bu, bizim üçün böyük bir hekayənin və gələcək uğurların başlanğıcı olacaq. ✨🌍🇦🇿

Photos from Jala Bahramova's post 09/05/2026

Mənim üçün bu nəticə olduqca önəmlidir. Çünki bəzən tələbələr uzun və çətin hazırlıq yolunda motivasiyalarını itirir, özlərinə olan güvənləri azalır və artıq bu prosesi davam etdirmək istəmirlər. Xüsusilə də əvvəlki uğursuz təcrübələr onların dərslərə və nəticəyə olan inamına təsir edir.

Fərəh də ilk başladığı zaman writing bacarıqları və akademik yazı ilə bağlı ciddi çətinliklər yaşadığını düşünürdü. Lakin düzgün strategiya, davamlı praktika və ən əsası, tələbənin əzmkarlığı sayəsində bu nəticəni əldə etmək mümkün oldu.

Mən inanıram ki, hər bir uğurlu nəticənin arxasında davamlı çalışqanlıq, özünəinam və düzgün yönləndirmə dayanır.

Fərəhə bundan sonrakı təhsil həyatında uğurlar arzulayıram və əminəm ki, o, gələcəkdə daha böyük nailiyyətlər əldə edəcək. ✨📚

Photos from Jala Bahramova's post 06/05/2026

Rome şəhərinə neçə dəfə gəlməyimdən asılı olmayaraq, bu şəhər özünəməxsus memarlığı, atmosferi və enerjisi ilə hər dəfə diqqətimi yenidən cəlb edir. Amma şəhərin gözəlliyindən əlavə, burada sevdiyim və hörmət etdiyim insanların olması İtaliyanı mənim üçün daha da xüsusi edir.❤️🫶

Bu dəfə açığı nə şəkil çəkdirmək, nə də paylaşım etmək istəyirdim. Amma Colosseum yaxınlığında peşəkar bir fotoqraf mənə yaxınlaşıb şəkillərimi çəkməyi təklif etdi və işini, peşəkarlığını çox bəyəndim. Ona söz verdim ki, səhifəsini paylaşacağam. Əgər yolunuz Rome şəhərinə düşsə, xidmətindən istifadə etməyinizi tövsiyə edirəm həm keyfiyyətli iş görür, həm də qiymətləri münasibdir. P.S Thanks for your professional photos, and take advantage of his services when you visit Rome. lens

Photos from Jala Bahramova's post 03/05/2026

Bəzən uğurlarımızın arxasınca qaçarkən həyatımızdakı ən dəyərli şeyləri itiririk…
Tələsirik, yarışırıq, gücümüzü göstərmək və məqsədlərimizə çatmaq üçün özümüzü daim irəli aparırıq. Amma bu yarışın içində çox vaxt ən vacib olanı sevdiklərimizə ayırmalı olduğumuz zamanı unuduruq.Ən çox da övladlarımız üçün…
Uşaqlarımızın bizdən istədiyi nə uğurlarımızdır, nə də dünyaya göstərdiyimiz güc…Onların ən çox ehtiyac duyduğu şey bizim zamanımız, diqqətimiz və sevgimizdir.
Valideyn olmaq, övlad böyütmək bu həyatda daşıdığımız ən böyük məsuliyyətdir…
Və bəlkə də ən çətin olanı…

Həyat bəzən bizi yorur, üzərimizə çox yük qoyur…
Amma məhz belə anlar bizə xatırladır ki, əslində nə vacibdir.

Bu gün mən hiss etdim ki, bunu bacardım…

Və günün sonunda Ada mənə elə bir cümlə dedi ki, onu heç vaxt unutmayacağam:
“Bu, həyatımın ən gözəl günü idi.”

Birlikdə gözəl vaxt keçirdik, fərqli yerlər gəzdik, yaddaşımızda qalacaq xatirələr yaratdıq.
Və əziz dostum, Azərbaycanda Meksikanın səlahiyyətli səfiri Victoria Romero dəvəti ilə Xalça Festivalında iştirak etdik və onlarla möhtəşəm gözəlliyini birlikdə yaşamaq fürsətim oldu.
Bu gün sevginin, bağlılığın və minnətdarlığın günü idi…

Photos from Jala Bahramova's post 30/04/2026

People who judge you without knowing your story are only revealing their own limitations, not your worth.😎🍀✌️

Photos from Jala Bahramova's post 29/04/2026

Müəllimin əsl uğuru sinif otağında deyil, tələbələrinin dünyanın müxtəlif yerlərində qurduğu həyatda görünür.” ❤️🇬🇧

London səfərim karyera yolum baxımından olduqca məhsuldar, dəyərli və ilhamverici keçdi. Amma bu səfərin mənim üçün ən unudulmaz tərəfi Londonu görmək yox, illər əvvəl dərs dediyim tələbələrimin bu gün Böyük Britaniyada öz həyatlarını qurduğunu, xəyallarını reallaşdırdığını görmək idi.

Mənim ən böyük qürurum hər zaman tələbələrim olub. Çünki onlar uğuru asan yolla qazanmayıblar zəhmətləri, əzmkarlıqları və gecə-gündüz çalışmalarının nəticəsi olaraq bu nöqtəyə gəliblər. Bu gün onların bir qismi Dövlət Proqramı çərçivəsində və nüfuzlu Chevening Scholarship kimi proqramların qalibi olaraq dünyanın aparıcı universitetlərində dövlət təqaüdləri ilə təhsil alır, digərləri isə İngiltərədə oxuyur, işləyir və artıq öz gələcəklərini qururlar.

Onlar üçün heç vaxt “adi” olmayıb. Onlar uğuru reklama görə yox, zəhmətə görə qazanıblar. Bəlkə də tələbələr müəllimlərinə bənzəyirlər çalışqan, məqsədli, mübariz və heç vaxt yolundan dönməyən.

Bu səfəri daha da xüsusi edən isə Azərbaycan Təhsil Nazirliyi, Azeta və British Council dəstəyi ilə IATEFL konfransında iştirak edən müəllim heyəti ilə tanışlığım oldu. Onları yaxından tanımaq, birlikdə gözəl anlar yaşamaq və Londonda onlara bələdçilik etmək mənim üçün böyük zövq və qürur idi.

İnanıram ki, səfərləri dəyərli edən şəhərlər yox, qarşılaşdığımız insanlardır. Bu London səfərimi mənalı və unudulmaz edən hər kəsə ürəkdən təşəkkür edirəm.
Yaxşı ki varsınız… ❤️

28/04/2026

“Müəllimin əsl uğuru sinif otağında deyil, tələbələrinin dünyanın müxtəlif yerlərində qurduğu həyatda görünür.” ❤️🇬🇧

London səfərim karyera yolum baxımından olduqca məhsuldar, dəyərli və ilhamverici keçdi. Amma bu səfərin mənim üçün ən unudulmaz və ən xüsusi tərəfi Londonu görmək yox, illər öncə dərs dediyim tələbələrimin bu gün Böyük Britaniyada öz həyatlarını qurduğunu, xəyallarını reallaşdırdığını görmək idi.

Mənim ən böyük qürurum hər zaman tələbələrim olub. Çünki onlar heç nəyi asan yolla əldə etməyiblər. Öz zəhmətləri, əzmkarlıqları, gecə-gündüz çalışmalarının nəticəsində bu nöqtəyə gəliblər. Bu gün onların bir çoxu dövlət təqaüdləri ilə, bəziləri isə nüfuzlu Chevening Scholarship kimi proqramların qalibi olaraq İngiltərədə təhsil alır, işləyir və artıq öz gələcəklərini qururlar.

Mənim tələbələrim adi tələbələr olmayıb. Onlar uğuru reklama görə yox, zəhmətə görə qazanıblar. Bəlkə də tələbələr müəllimlərinə bənzəyirlər — çalışqan, məqsədli, mübariz və heç vaxt yolundan dönməyən.

Bu səfərimi daha da maraqlı və xüsusi edən başqa bir məqam isə Azerbaijan Ministry of Education və British Council dəstəyi ilə keçirilən konfransda iştirak edən müəllim heyəti ilə tanışlığım oldu. Onları yaxından tanımaq, birlikdə gözəl anlar yaşamaq və Londonda onlara bələdçilik etmək mənim üçün böyük zövq və qürur idi.

Düşünürəm ki, insanın səfərini gözəl edən şəhərlər yox, qarşılaşdığı insanlardır. Bu London səfərimi mənalı, dəyərli və yaddaqalan edən hər bir kəsə ürəkdən təşəkkür edirəm. Yaxşı ki varsınız, həyat yoluma gözəl xatirələr və dərin izlər qatdınız.

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Baku
AZ1014