11/09/2013
ASR Qrupun Kadr hazırlığı və Təlimlər Mərkəzi tərəfindən İnsan resurslarının (HR) idarə edilməsi üzrə kursa yazılmaq istəyənlər üçün qeydiyyat başlamışdır. Əgər Siz də bu sahə üzrə ixtisaslaşmaq və ya biliklərinizi artırmaqla şirkətinizə dəyər gətirən mütəxəssis olmaq istəyirsinizsə, bu kurs məhz Sizin üçündür. Kurs fundamental və irəlilədilmə səviyyələri üzrə tədris olunmaqdadır. Fundamental səviyyəni bitirən şəxslər irəlilədilmə səviyyəsində iştirak etməyə dəvət edilir. İlk öncə sizi “İNSAN RESURSLARININ İDARƏ EDİLMƏSİ- FUNDAMENTAL SƏVİYYƏ” adlı kursda iştirak etməyə dəvət edirik.
İştirakçılar:
Kursda İnsan Resurslarının (HR) İdarə edilməsi üzrə menecer, mütəxəssis və bu sahə ilə maraqlanan şəxslər iştirak edə bilər.
Kursun dili:
Kurs Azərbaycan və İngilis dillərində keçirilir.
Kursun tərkibi:
1. İnsan resurslarının idarə edilməsi haqqında ilkin anlayış, funksiyaları və fəaliyyəti;
2. Departamentin əsasnaməsinin komponentlərinin hazırlanması və zərurəti;
3. İş diaqramları və hazırlanması;
4. İnsan resurslarının planlaşdırılması;
5. İş analizinin hazırlanması və aparılması və vəzifə təlimatların və s. hazırlanması;
6. İşə qəbul, onun aparılması, sənədlərlə iş və orientasiya;
7. Əmək münasibətləri və işə qəbul;
8. Əmək müqaviləsi, onun hazırlanması və müvafiq hüquqi tələblər;
9. Əmək məcəlləsi, sınaq müddəti, iş rejimi, işçinin işdən kənarlaşdırılması və s.;
10. Tabel uçotu və iş vaxtı;
11. Əmək kitabçasınının uçotu;
12. Attestasiyanın növləri hazırlanması və keçirilməsi;
13. Əmək haqqının, məvaciblərin və s. hesablanması və motivasiya, növləri;
14. Məzuniyyətləri növləri və hesablanması qaydası;
15. Təlim və inkişaf;
16. HR və xarici orqanlarla iş.
Gözlənilən nəticələr:
İştirakçılar İnsan resurları idarə edilməsi üzrə həm nəzəri həm də praktiki biliklər əldə etməklə şirkətlərdə insan resurslarının və şirkətin inkişafında insan resursları şöbəsinin iş qüvvəsinin planlaşdırılması, seçimi, motivasiyası, qiymətləndirilməsi, təlimləndirilməsi və ixtisas artırılmasına dair nəzəri və ilkin praktiki biliklər əldə edəcəklər.
Kursun keçirilməsi:
Tədris qərb ədəbiyyatları ilə yanaşı həm yerli həm də xarici şirkət misallarına əsaslanır. İştirakçılara nəzəriyyə ilə yanaşı eyni zamanda praktiki biliklərə yiyələnmələri üçün keçirilmiş təlim üzrə komanda və fərdi qaydada müəyyən sənədlərin hazırlanması həyata keçirəcək və test tapşırıqları veriləcəkdir.
Kursun müddəti (2 ay-48 saat):
Həftədə - 3 dərs, Hər dərs - 2 saat 30 dəqiqə;
Çay-kofe (su) fasiləsi: 10-15 dəqiqə
Sertifikatlaşma:
Kursun sonunda iştirakçılara imtahan sualları təqdim ediləcəkdir. İmtahandan 100 baldan minimum 71 bal yığan iştirakçılara, ASR Kadr hazırlığı və Təlimlər Mərkəzi tərəfindən kursu müvəffəqiyyətlə bitirdikləri haqqında “Sertifikat” veriləcək. 71 baldan aşağı bal toplayan iştirakçılara isə “İştirakçı Sertifikatı” təqdim ediləcək.
Kursun qiyməti:
2 Aylıq Kurs üçün - 400 AZN
Qeydiyyat !!!
Kursda qatılmaq istəyinlər aşağıda göstərilən nömrələrə zəng edib qeydiyyatdan keçməniz tələb olunur.
R. Behbudov küç., 25, m.1
Az 1014; Bakı; Azərbaycan
(Mərkəzi Bankın yaxınlığında)
(+ 994 12) 595 13 37; 0504043532