Super-mama

Super-mama Курсы для беременных. Пилатес, йога,массаж, консультац?

Беременность- особый период в жизни каждой женщины. Запланированная или нет, долгожданная или неожиданная, но она остаётся самым волнительным моментом в её жизни, ибо внутри неё зарождается новая жизнь.
То, каким родится ваш малыш ,зависит от вас и вашего отношения к беременности и родам.
Мы поможем вам грамотно подойти к этому.

22/08/2026

Hamiləlikdə hərəkət sadəcə idman deyil, öz bədənini dinləmək və bu dəyişən dövrdə ona dəstək olmaqdır. 🤍

Supermama Yoga & Pilates dərslərində:
✨ bədəni gücləndiririk və elastikliyi dəstəkləyirik
🌿 nəfəs və rahatlama üzərində işləyirik
🤰 hamiləlikdə dəyişən bədənə uyğun hərəkətlər edirik
💫 ən əsası isə analara özlərinə ayırdıqları xüsusi bir zaman yaradırıq.

Hər hərəkət daha rahat hamiləlik, daha güclü bədən və özünə daha çox güvən üçün Supermama sizinlədir!💕

20/08/2026

Ana olmaq yorulmaq, ağrı çəkmək, narahat olmaq, yuxusuz qalmaq, bəzən isə özünü unutmaqdır. 🤍

Amma bütün bunların içində balacasına sevgisini hiss etdirmək, onun üçün hər gün yenidən güclənməkdir.

Bəzən yorğun keçən bir günün sonunda balaca bir təbəssüm, balaca bir toxunuş və “ana” deyən bir səs bütün o çətinlikləri unutdurur. 🥹

19/08/2026

Ginekoloq Dr. Pərvin Mikayılzadə bu dəfə qeysəriyyə kəsiyi və onun növləri barədə hamilələr üçün ətraflı məlumat verdi. 🤍

Qeysəriyyə kəsiyinin növləri, tətbiqi və fərqləri ilə bağlı daha ətraflı məlumat üçün videoya sona qədər baxın.🥰

🍼 Əmzik körpələr üçün faydalıdır?Əmzik körpəni sakitləşdirməyə və yuxuya keçidini asanlaşdırmağa kömək edə bilər. Amma o...
18/08/2026

🍼 Əmzik körpələr üçün faydalıdır?

Əmzik körpəni sakitləşdirməyə və yuxuya keçidini asanlaşdırmağa kömək edə bilər. Amma onun istifadəsində doğru zaman və düzgün seçim vacibdir. 🤍

Bu postda əmzik istifadəsi ilə bağlı bir çox sualınıza cavab tapa bilərsiniz.

📌 Postu yadda saxlamağı və yeni ana olan yaxınlarınızla paylaşmağı unutmayın.

💬 Siz körpənizə əmzik vermisiniz? Təcrübənizi şərhlərdə bizimlə bölüşün.

15/08/2026

Yeni analar, bu məlumat sizin üçündür! 🤍

Göbək ciyəsinin qurudulması ilə bağlı keçmişdən qalan bir çox yanlış yanaşma var. Bəzən istifadə etdiyimiz məhlullar və tətbiqlər göbək ciyəsinin sağlam şəkildə sağalmasına kömək etmək əvəzinə, qıcıqlanmaya və əlavə problemlərə səbəb ola bilər.

Ona görə də bu məlumatı yadda saxlayın və yeni ana olan tanışlarınızla paylaşın. 👶🏻🤍

13/08/2026

🤱🏻 Ana südünü necə artırmaq olar?

💧 Körpəni daha tez-tez əmizdirin. Döş nə qədər tez-tez boşalırsa, bədən bir o qədər çox süd istehsal etməyə siqnal alır.

🤱🏻 Düzgün qavramanı yoxlayın. Körpənin döşü düzgün tutmaması südün effektiv xaric olunmasına mane ola bilər.

⏰ Uzun fasilələr verməyin. Körpədən ayrı qaldığınız zaman süd sağmaq da süd istehsalının davam etməsinə kömək edir.

🫶🏻 Dəri-dəri təması artırın. Körpə ilə təmas və rahat mühit əmizdirməni dəstəkləyə bilər.

🥗 Bəs qidalanma?

Südü möcüzəvi şəkildə artıran xüsusi qida yoxdur. Amma əmizdirən ana öz enerji və qida ehtiyaclarını qarşılamaq üçün balanslı qidalanmalıdır:

🌾 Yulaf və tam taxıllar
🥚 Yumurta, ət, balıq və paxlalılar
🥜 Qoz, badam və digər çərəzlər
🥑 Avokado və faydalı yağlar
🥬 Tərəvəz və göyərtilər
🍎 Müxtəlif meyvələr

💧 Susadıqca su içmək də kifayətdir. Həddindən artıq su içmək südü avtomatik artırmır.

🤍 Unutmayın: Südü artırmaq üçün əsas məsələ xüsusi bir qida deyil, südün müntəzəm və effektiv şəkildə xaric olunmasıdır.

Ana olandan hər birimizin həyatında dəyişikliklər olur… 🤍Əvvəllər planlarınıza görə yaşayırsınız, sonra bir balaca insan...
12/08/2026

Ana olandan hər birimizin həyatında dəyişikliklər olur… 🤍

Əvvəllər planlarınıza görə yaşayırsınız, sonra bir balaca insan bütün planlarınızın mərkəzinə çevrilir. 🥹

Yuxular bölünür, qəhvə bəzən soyuyur, “5 dəqiqəyə hazıram” anlayışı dəyişir… Amma bütün bunların içində həyatınıza sığmayacaq qədər böyük bir sevgi gəlir. 🫶🏻

11/08/2026

Doğuşdan sonra bədəninizin bərpasına qayğı göstərin. 🤍

Supermama-da doğuşdan sonra bərpa dərsləri ilə bədəninizə yenidən uyğunlaşma prosesini daha doğru və təhlükəsiz şəkildə dəstəkləyə bilərsiniz. 🌿

✨ Mütəxəssis dəstəyi
🤍 Bərpa prosesinə uyğun proqram

📲 Dərslər haqqında ətraflı məlumat və qeydiyyat üçün bizimlə əlaqə saxlayın.

📚💛 Körpənizə kitab sevgisini lap kiçik yaşlardan aşılayın!Kitab oxumaq uşağın yalnız söz ehtiyatını artırmır. Onun xəyal...
09/08/2026

📚💛 Körpənizə kitab sevgisini lap kiçik yaşlardan aşılayın!

Kitab oxumaq uşağın yalnız söz ehtiyatını artırmır. Onun xəyal dünyasını genişləndirir, diqqətini inkişaf etdirir və valideynlə uşaq arasında xüsusi bir bağ yaradır. ✨

Kitabsevərlər Günündə gəlin balacalarımıza ən gözəl hədiyyələrdən birini verək: kitab sevgisini. 📖✨

07/08/2026

🤍 Supermama-da daha bir faydalı seminarı geridə qoyduq!

Bu dəfə gələcək analarımız düzgün əmizdirmə texnikası haqqında vacib məlumatlar əldə etdilər. Seminar həm Azərbaycan, həm də rus dilində olmaqla iki ayrı dərs şəklində keçirildi.

👩‍🍼 Gələcək analarımız seminarda aktiv iştirak edərək suallarını mütəxəssislərə ünvanladılar və düzgün əmizdirmə ilə bağlı onları maraqlandıran mövzulara ətraflı cavablar aldılar.

Supermama-da məqsədimiz anaları yalnız məlumatlandırmaq deyil, onları analığa daha inamlı və hazırlıqlı şəkildə addımlamağa dəstəkləməkdir. 🌸

Address

9 Mirvarid Dilbazi
Baku
AZ1005

Opening Hours

Monday 10:00 - 19:00
Tuesday 10:00 - 19:00
Wednesday 10:00 - 19:00
Thursday 10:00 - 19:00
Friday 10:00 - 19:00
Saturday 11:00 - 17:00

Telephone

0514334252

Alerts

Be the first to know and let us send you an email when Super-mama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Super-mama:

Shortcuts

Share