ADA University

ADA University

Share

Official page of ADA University. Attend our events, learn about our degree programs.

ADA University was established under the decree dated January 13th, 2014, by the President of the Republic of Azerbaijan. The University is a state higher education institution engaged in the delivery of undergraduate and graduate degree programs in addition to the advancement of research. The University offers Degree Programs, Executive Education, and Certificate Programs. The degree programs emp

Photos from ADA University's post 19/05/2026

ADA University, in partnership with the Ministry of Science and Education of the Republic of Azerbaijan, Baku Information Education Center (BEIC), and Ultra Technologies, has successfully concluded the 8th English Language Olympiad organized for 8th and 9th grade students.
The first-place winner earned the opportunity to participate in the Global Young Leaders program in the United Kingdom with the support of ADA University and BEIC.
Congratulations to all winners and participants!

Read more: https://www.ada.edu.az/n/751

***
ADA Universitetinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Baku Information Education Center (BEIC) və “Ultra Technologies” şirkətinin tərəfdaşlığı ilə 8 və 9-cu sinif şagirdləri arasında təşkil etdiyi VIII İngilis Dili Olimpiadası uğurla yekunlaşıb.
Olimpiadanın birincisi ADA Universiteti və BEIC-in dəstəyi ilə Böyük Britaniyada təşkil olunacaq “Global Young Leaders” proqramında iştirak etmək imkanı qazanıb.
Bütün qalibləri və iştirakçıları ürəkdən təbrik edirik!

Ətraflı: https://www.ada.edu.az/n/751

Photos from ADA University's post 18/05/2026

ADA University invites academics, professionals, institutional representatives, and urban development experts to join two events organized within the framework of the World Urban Forum 13 in collaboration with Politecnico di Milano, City of Vienna Municipal Department 50, and Universidad de Guadalajara.
The events will bring together participants to discuss contemporary approaches to housing, education, and inclusive urban development.

Note: Participation in the events requires accreditation for the WUF13 venue.

***
ADA Universiteti 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF 13) çərçivəsində Milanın Politexnik Universiteti, Vyana şəhərinin 50 saylı Bələdiyyə İdarəsi və Meksikanın Quadalacara Universiteti ilə əməkdaşlıq çərçivəsində keçiriləcək iki tədbirə akademikləri, peşəkarları, qurum nümayəndələrini və şəhərsalma üzrə mütəxəssisləri dəvət edir.
Tədbirlər məskunlaşma, təhsil və inklüziv şəhər inkişafı sahəsində müasir yanaşmalar üzrə fikir mübadiləsi üçün platforma yaradacaq.

Qeyd: Tədbirlərdə iştirak üçün WUF13 məkanına akkreditasiya tələb olunur.

Politecnico di Milano

18/05/2026

ADA University is looking for a qualified professionals to apply for the position of Program Specialist, Executive Education.

🔗 Apply here: ada.edu.az/en/jobs

***
ADA Universiteti İxtisasartırma proqramları üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

🔗 Müraciət üçün: ada.edu.az/en/jobs

Azərbaycan İtaliya universiteti 17/05/2026

Public TV reportage on Italy Azerbaijan University project of ADA Universiy.

***
İctimai TV-nin ADA Universitetinin İtaliya Azərbaycan layihəsi haqqında reportajı.

̇taliyaazərbaycanuniversiteti İctimai TV

Azərbaycan İtaliya universiteti Public TV reportage on Italy Azerbaijan University project of ADA Universiy.İctimai TV-nin ADA Universitetinin İtaliya Azərbaycan layihəsi haqqında reportajı...

Photos from ADA University's post 14/05/2026

ADA University’s School of Agriculture and Food Systems (SAFS) successfully held the final stage of Azerfoodathon 2026 in Shaki city.
The project brought together nearly 200 high school students and teachers from across the Shaki–Zagatala region. Participants presented innovative projects in Food Technologies, Agricultural Technologies, and Animal Science, offering practical solutions to real regional challenges.
Participants were also awarded special gifts supported by local companies Agro Dairy Group and BalKhurma LLC.

***
ADA Universitetinin Kənd təsərrüfatı və qida elmləri fakültəsinin təşkilatçılığı ilə Azerfudaton 2026 layihəsinin final mərhələsi uğurla Şəki şəhərində keçirilib.
Layihə çərçivəsində Şəki–Zaqatala bölgəsinin müxtəlif məktəblərindən 200-ə yaxın şagird və müəllim bir araya gəlib. İştirakçılar qida texnologiyaları, kənd təsərrüfatı texnologiyaları və heyvandarlıq sahələrində regional problemlərə yönəlmiş innovativ və praktik həllər təqdim ediblər.
İştirakçılar yerli şirkətlərin – Agro Dairy Group və BalKhurma MMC-nin dəstəyi ilə hədiyyələrlə təltif olunublar.

13/05/2026

ADA University’s School of Public and International Affairs Associate Professor Sarvar Gurbanov and senior student Artsiom Talmachou have co-authored a research study titled “The Economics of Elusive Methane Diplomacy: Forecasting 2030 Emissions in China, India, and Russia,” published in the prestigious peer-reviewed journal Humanities and Social Sciences Communications.
The interdisciplinary study introduces the concept of “Methane Diplomacy,” exploring the role of methane emissions in global environmental negotiations and sustainability strategies.

The full study is available here: https://doi.org/10.1057/s41599-026-06920-x

***
ADA Universitetinin İctimai və beynəlxalq münasibətlər fakültəsinin baş müəllimi Sərvər Qurbanov və sonuncu kurs tələbəsi Artsiom Talmaçou “Çin, Hindistan və Rusiyada 2030-cu il emissiyalarının proqnozlaşdırılması: qeyri-müəyyən metan diplomatiyasının iqtisadiyyatı” adlı tədqiqat məqaləsinin həmmüəllifi olublar. Məqalə nüfuzlu resenziyalı resenziyalı Humanitar və Sosial Elmlər üzrə Kommunikasiyalar jurnalında dərc olunub.
Fənlərarası tədqiqat “Metan Diplomatiyası” anlayışını təqdim edərək metan emissiyalarının qlobal ekoloji danışıqlar və dayanıqlılıq strategiyalarındakı rolunu araşdırır.

Tədqiqatla buradan tanış ola bilərsiniz: https://doi.org/10.1057/s41599-026-06920-x

12/05/2026

ADA University’s School of IT and Engineering invites students and researchers to join the upcoming SITE Talk on “Urban Region Evolution Analysis Using Spatial Graph Modeling” on May 15 at 14:00.
The seminar will present a graph-based framework for analyzing the evolution of urban regions using point-of-interest (POI) data collected over multiple years.

Registration: www.ada.edu.az/siteseminars

***
ADA Universitetinin İnformasiya texnologiyaları və mühəndislik fakültəsi tələbə və tədqiqatçıları 15 may tarixində saat 14:00-da keçiriləcək “Məkan Qrafı Modelləşdirilməsi vasitəsilə şəhər ərazilərinin Təkamül Analizi” mövzusunda seminara dəvət edir.
Seminarda urbanizasiya olunmuş ərazilərdə illər üzrə inkişaf dinamikasının maraq nöqtələri (POI) məlumatları əsasında qraf yanaşması ilə analizi təqdim olunacaq.

Qeydiyyat: www.ada.edu.az/siteseminars

10/05/2026

Bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür.
Hörmət və ehtiramla anırıq.

***
Today marks the 103rd anniversary of the birth of National Leader Heydar Aliyev.
We remember him with respect and honor.

Photos from ADA University's post 09/05/2026

ADA University continues to foster a bridge between advanced research and the classroom as our own students step into teaching roles.
Currently doctoral students at Politecnico di Milano, Yusifli Anar and Narmin Gasimova are now applying their advanced research as part of our teaching faculty.

Anar, a PhD candidate in Architecture, Built Environment, and Construction, is serving as a teaching assistant for the “Basics of Building Technology” course alongside Professor Davide Cerati.

Meanwhile, Narmin, now in her third year of PhD studies, is working with Professor Sofia Soledad Duarte. She recently utilized the ADA Materials Library—the first of its kind in the region—to lead a hands-on workshop, giving Interior Design students direct experience with physical material samples.

***
ADA Universiteti qabaqcıl tədqiqat və tədris arasında körpü qurmağa davam edir.
Hazırda Milanın Politexnik Universitetində doktorantura təhsili alan Yusifli Anar və Nərmin Qasımova öz biliklərini auditoriyalarımızda bölüşürlər.

Memarlıq, Tikili Mühit və İnşaat üzrə doktorantura namizədi olan Anar “Tikinti texnologiyalarının əsasları” fənni üzrə professor David Ceratinin tədris köməkçisi kimi fəaliyyət göstərir.

Doktorantura təhsilinin üçüncü ilində olan Nərmin isə professor Sofia Soledad Duarte ilə birgə çalışaraq, regionda ilk olan ADA Materiallar Kitabxanasında xüsusi ustad dərsləri təşkil edib. Bu məşğələ zamanı İnteryer dizayn fakültəsinin tələbələri real material nümunələri ilə birbaşa işləmək imkanı qazanıblar.

Photos from ADA University's post 08/05/2026

ADA Universitetinin İnformasiya texnologiyaları və mühəndislik fakültəsi tələbələrinin hazırladığı süni intellekt əsaslı “MyLibAI” platformasının təqdimatı keçirilib.
Artıq tələbələr kitab adını dəqiq bilmədən, sadəcə təbii dildə sorğu yazaraq axtardıqları elmi materialı saniyələr içində tapa bilərlər.
Azərbaycan, ingilis və rus dillərini dəstəkləyən layihə “MegaSec” MMC-nin tərəfdaşlığı ilə ərsəyə gəlib.

Ətraflı: https://bit.ly/4uBw3rE

***
ADA University School of IT and Engineering students have presented their AI-powered “MyLibAI” platform.
Students can now find academic materials in seconds using natural language queries—no exact titles needed!
Supporting Azerbaijani, English, and Russian, this project was developed in partnership with “MegaSec” LLC.

Read more: https://bit.ly/4uBw3rE

Photos from ADA University's post 08/05/2026

ADA Universitetinin rəhbər və müəllim heyətinin, eləcə də proqram iştirakçılarının qatıldığı Estoniya və Finlandiya təhsil səfəri ilə “Bir Müəllimin Manifesti 2025” ixtisasartırma proqramının beynəlxalq mərhələsi başa çatıb.

Ölkəmizin 15 şəhər və rayonunu təmsil edən 20 müəllim və məktəb direktoru qabaqcıl təhsil müəssisələrini ziyarət edərək interaktiv dərslərdə iştirak edib, müasir məktəb idarəçiliyi, rəqəmsallaşma və şagirdyönümlü yanaşmalar üzrə beynəlxalq təcrübə ilə yaxından tanış olublar.

Ətraflı: https://www.ada.edu.az/n/747

***
The international phase of the “Manifesto of a Teacher and Educator 2025” professional development program has concluded with an educational visit to Estonia and Finland attended by ADA University leadership, faculty members, and program participants.

During the visit, 20 teachers and school principals representing 15 cities and regions of Azerbaijan explored advanced educational institutions, joined interactive classes, and gained firsthand insight into modern school management, digitalization, and student-centered teaching approaches.

More: https://www.ada.edu.az/n/747

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


61 Ahmadbey Aghaoglu Street
Baku
1008

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00