02/04/2023
Məktəbimizdə 2023-cü il “Heydər Əliyev ili” və 31 mart 1918-ci il azərbaycanlılara qarşı törədilmiş soyqırımın 105-ci ili əlaqədar “Azərbaycanlıların soyqırımının tarixi, siyasi və hüquqi əhəmiyyəti” adlıdəyirmi masa keçrilmişdir. ilk olaraq 31 mart soyqrımı barədə məkətəbin tarix müəllimi Qədirova Dilarə çıxış etdi. Məktəbin direktoru P.Səfərova soqrıma öz münasibətin bildirdi. Daha sonra soz tədbirə qonaq qismində dəvət olunmuş AMEA Şərqşünaslıq İnstitunun aparıcı elmi işçisi, Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin mütəxəssisi tarix üzrə fəlsəfə doktoru, dosent, Sübhan Talıblı şagirdlər qarşısında məruzə edərək 31 mart soyqrımı haqqında şagirdlərə geniş məlumat verdi. Dəyrimi masa ətrafında şagirdlərlə diskusiya aparıldı. Sonda direktor P.Səfərova Tarix üzrə fəlsəf doktoru, dosent Sübhan Talıblıya 2023-cü il “Heydər Əliyev ili” və 1918-ci il azərbaycanlılara qarşı törədilmiş soyqırımın 105-ci ildönümü ilə əlaqədar “Azərbaycanlılara qarşı törədilmiş soyqırıma siyasi və hüquqi qiymətin verilməsində Ulu Öndər Heydər Əliyevin rolu” adlı mövzusunda məruzə etdiyinə görə Təşəkkürnamə verdi.