BDU - SEP - İntellektual Oyunlar Klubu

BDU - SEP - İntellektual Oyunlar Klubu

Share

• Bakı Dövlət Universiteti
• Sosial Elmlər və Psixologiya
• İntellektual Oyunlar Klubu

21/06/2025

Allah rəhmət eləsin.

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin tədris işləri üzrə dekan müavini Daxil Vəliyev vəfat edib.

Daxil Vəliyev 1980-ci ildə anadan olub. 1999-cu ildə Mehdiabad qəsəbə orta məktəbini bitirib. BDU-nun Sosial elmlər və psixologiya fakültəsində “Fəlsəfə” ixtisası üzrə 1999-2003-ci illərdə bakalavr, 2003-2005-ci illərdə magistr təhsili alıb. 2005-2009-cu illərdə Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının aspirantı olub, 2013-cü ildə “Əli Şəriətinin dini-fəlsəfi görüşləri” mövzusunda dissertasiya işini müdafiə edib və fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

O, 2007-ci ildən BDU-nun Sosial elmlər və psixologiya fakültəsində metodist, 2013-cü ildən isə dekan müavini, müəllim, 2017-ci ildən Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının dosenti vəzifələrində çalışıb.

Daxil Vəliyevin tədqiqat sahəsi müasir dövr Şərq və Qərb fəlsəfəsi tarixi olub.

BDU rəhbərliyi və kollektivi Daxil Vəliyevin vəfatından kədərlənir, ailəsinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Photos from BDU - SEP - İntellektual Oyunlar Klubu's post 04/10/2024

Bakı Dövlət Universitetinin 105 illiyinə həsr edilmiş Şahmat turnirindən görüntülər.

02/10/2024

•Əziz Tələbələr! Bakı Dövlət Universiteti Sosial elmlər və Psixologiya fakültəsinin "İntellektual Oyunlar Klubu"nun təşkilatçılığı ilə Sosial elmlər və Psixologiya fakültəsində təhsil alan, öz intellektinə güvənən tələbələr arasında "Bakı Dövlət Universitetinin 105 illiyinə həsr edilmiş Şahmat turniri" keçiriləcək.

Tarix: 4 oktyabr 14:00
Məkan: 2 saylı korpus ( otaq barədə məlumat veriləcək)

Hər biriniz dəvətlisiniz.

26/09/2024

15/09/2024

✨️✨️✨️ Əziz tələbələrimiz, yeni tədris iliniz uğurlu olsun! 💙

31/08/2024

105 yaşın mübarək, doğma BDU! Müqəddəs missiyanla daim zirvədə ol!

26/06/2024

26 İyun - Silahlı Qüvvələr Günü 🇦🇿

05/06/2024

💥💥💥 BDU beynəlxaq QS reytinqi üzrə ölkə birincisi oldu 🎉

📣 Dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri hesab olunan “QS Quacquarelli Symonds” agentliyi “QS World University Rankings 2025” nəticələrini elan edib. 📌

⏩️ Bakı Dövlət Universiteti (BDU) böyük uğura imza atmaqla “QS World University Rankings 2025”də 179 pillə irəliləyərək, 951-1000 aralığında qərarlaşıb və ölkədə lider mövqeyinə yüksəlib. Eyni zamanda tələbə-müəllim nisbəti (faculty-student ratio) indikatoru üzrə dünyada 373-cü mövqeyə, məşğulluq göstəriciləri (employer outcomes) üzrə isə 271-ci mövqeyə yüksəlib. Bununla yanaşı, müxtəlif indikatorlarına görə qiymətləndirmə nəticələrinə əsasən, BDU tələbə-müəllim nisbəti (faculty-student ratio), fakültə üzrə istinad sayı (citation per faculty), beynəlxalq tədqiqat şəbəkəsi (international research network) və məşğulluq göstəriciləri (employer outcomes) üzrə də ölkədə lider mövqedə qərarlaşıb. ✨️

🔷️ Qeyd edək ki, BDU-nun “QS World University Rankings 2025”də cari qiymətləndirmə nəticəsi öncəki il ilə müqayisədə əhəmiyyətli dərəcədə artıb. Ötən il BDU “QS World University Rankings”də 1001-1200 aralığında yer alırdı. Elan olunan reytinq qiymətləndirilməsinə 106 fərqli ölkədən müəyyən olunan minimal tələbləri qarşılayan 5663 ali təhsil müəssisəsi cəlb olunub, 1503 ali təhsil müəssisəsi isə reytinq siyahısında yer ala bilib. ✔️

27/05/2024

🇦🇿Müstəqilliyimiz əbədi olsun❗

Photos from BDU - SEP - İntellektual Oyunlar Klubu's post 26/05/2024

Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsinin Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən İntellektual Oyunlar Klubu"nun təşkilatçılığı ilə Ümumilli Lider Heydər Əliyevin 101 illiyi çərçivəsində "Şahmat-dama" yarışı keçirilmişdir.



20/05/2024

•Əziz Tələbələr! Bakı Dövlət Universiteti Sosial elmlər və Psixologiya fakültəsinin "İntellektual Oyunlar Klubu"nun təşkilatçılığı ilə Sosial elmlər və Psixologiya fakültəsində təhsil alan, öz intellektinə güvənən tələbələr arasında Heydər Əliyevin 101 illiyinə həsr olunmuş “Şahmat, Dama” yarışları keçiriləcək.

Tarix: 21may 14:00

Hər biriniz dəvətlisiniz.

Photos from BDU - SEP - İntellektual Oyunlar Klubu's post 06/05/2024

BDU.SEP.İOK klubunun növbəti yarışı keçirildi. “QƏLƏBƏ” gününə həsr olunmuş yarışımızda SEP fakültəsinin tələbələrindən ibarət 4 komanda iştirak etdi. Berserk, Filosoflar, Fəlsəfəçilər və Freydin nəvələri adlı komandalar arasında kəskin mübarizənin nəticəsində, 12 balla “Berserk” komandası qalib gəldi! “Freydin nəvələri” komandası 10 balla 2-ci, “Fəlsəfə” komandası isə 9 balla 3-cü yer tutdu.
Yarışımızda iştirak edən tələbələri təbrik edir, növbəti yarışlarımızda onlara uğurlar arzulayırıq!



Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Bakı Dövlət Universiteti, 23 Akademik Zahid Xəlilov Küçəsi, Baku 1148
Baku