ADNSU Tələbə Həmkarlar İttifaqı Komitəsi

ADNSU Tələbə Həmkarlar İttifaqı Komitəsi Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi Universitetdə təhsil alan bütün tələbələr THİK-in üzvüdür. Harada?

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) Rəyasət Heyəti 17 nəfərdən, o cümlədən, Sədr və müvafiq olaraq 8 fakültə sədrindən ibarətdir. Tələbə Həmkarlar İttifaqı Komitəsi tələbələrin hüquqlarını qoruyan yeganə təşkilatdır. THİK universitetdə tələbələri ictimai işlərə cəlb edərək bu istiqamətdə formalaşması, yataqxana ilə təmin olunması, universitetin daxili nizam-intizam qaydalarına riayət etməsi, tələbələrin asudə vaxtlarının dəyərləndirilməsi, yay düşərgələrinin təşkili, universitetin ictimai həyatı və elmi cəhətdən fərqlənən THİK fəallarının mükafatlandırılması istiqamətində fəaliyyət göstərir.

İdman klubları

ADNSU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində 12 idman növünü özündə birləşdirən (futbol, voleybol, handbol, basketbol, cüdo, sərbəst güləş, yunan-roma güləşi, masaüstü tennis, şahmat, dama və s.) idman klubu fəaliyyət göstərir. İdman klubunun üzvləri daima öz nailiyyətləri ilə seçiliblər.

“Gənclik“ mahnı və rəqs ansamblı

Bununla yanaşı, Komitənin nəzdində universitetin brendi, 58 illik tarixə malik olan və özfəaliyyət kollektivləri arasında yeganə “Xalq ansamblı” adına layiq görülmüş “Gənclik” mahnı və rəqs ansamblı fəaliyyət göstərir. Ansambl Avropanın bir sıra ölkələrində (Almaniya, Moldova, Ukrayna, Türkiyə), habelə Koreyada keçirilən festivallarda ölkəmizi və universiteti ən yüksək səviyyədə təmsil edib və vətənə yüksək nailiyyətlərlə qayıdıb. Ansambl iştirak etdiyi bütün ölkədaxili festivallarda ya qalib, ya da (ən pis halda) ikinci yerə layiq görülüb. 2016-cı ildə isə “Gənclik” mahnı və rəqs ansamblı professionallar arasında ölkə birincisi adına layiq görülüb.

Özfəaliyyət klubu

Komitənin nəzdində Özfəaliyyət klubu da fəaliyyət göstərir. İfa etmək bacarığı olan, hər hansı bir alətdə ifa edən, bədii qiraətlə məşğul olan tələbələrimizdə bu klubumuzun üzvüdür və hər il universitetimizi layiqincə təmsil edirlər. ADNSU Teatr klubu

Komitənin nəzdində ADNSU Teatr Klubu (ATK) da fəaliyyət göstərir. İstedadlı tələbələr sistematik olaraq qurduqları tamaşaları universitet ictimaiyyətinə təqdim edirlər.



“Maqnat” intellektual klubu

Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində “Maqnat” intellektual klubu və “ADNSU Debat Klubu” da fəaliyyət göstərir ki, bu da tələbələrimizin intellektual baxımdan inkişaf etməsinə öz töhfəsini verir. “Maqnat” intellektual klubu özündə “Kim? Nə Zaman?”, “Brain Ring” və “Xəmsə” turnirlərində iştirak edən komandaları birləşdirir və müntəzəm olaraq universitet daxilində intellektual yarışların təşkil olunmasını təmin edir. ADNSU Debat klubu

“ADNSU Debat Klubu” tələbələrimizə səlis və aydın nitqi formalaşdırmağa və onu əsaslandırmaqlarına köməklik edir, həftəsonları daxili çempionatlar keçirir və eyni zamanda da ölkədaxili turnirlərdə iştirak edərək yüksək nailiyyətlər qazanır.

Şən və hazırcavablar klubu
2016-cı ildən Universitetdə “Şən və hazırcavablar klubu” (KVN) da fəaliyyət göstərir. “AzNeft” komandamız ölkə çempionu adına layiq görülüb.

🇦🇿 Mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Azərba...
10/05/2026

🇦🇿 Mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) nümayəndə heyəti Fəxri xiyabanı ziyarət edib.

Ziyarət zamanı Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyulub, əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib.

Daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı ziyarət olunaraq üzərinə gül dəstələri düzülüb.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə dahi şəxsiyyətin əziz...
10/05/2026

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad edirik.

Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsi, milli maraqlara əsaslanan uzaqgörən siyasəti və Azərbaycan xalqı naminə göstərdiyi misilsiz xidmətlər daim böyük ehtiramla xatırlanacaqdır.

10 May — müasir Azərbaycan dövlətçiliyinin memarı olan dahi liderin xatirəsinin qürurla anıldığı əlamətdar gündür. 🇦🇿

ADNSU THİK-in təşkilatçılığı və İdman Oyunları Klubunun təşəbbüsü ilə Ümummilli lider Heydər Əliyevin 103 illiyinə həsr ...
30/04/2026

ADNSU THİK-in təşkilatçılığı və İdman Oyunları Klubunun təşəbbüsü ilə Ümummilli lider Heydər Əliyevin 103 illiyinə həsr olunmuş Yüngül Atletika Yarışı!

Turnirin əsas məqsədi tələbələr arasında sağlam həyat tərzinin təşviqi, komanda ruhunun gücləndirilməsi və fakültələrarası sosial əlaqələrin inkişaf etdirilməsidir.

Turnirdə iştirak etmək istəyən tələbələr müvafiq olaraq aşağıdakı formu dolduraraq qeydiyyatdan keçə bilərlər.
Qeydiyyat linki: https://forms.gle/tmFrXv2sSNn2cfMi9
🚨 Qeydiyyat üçün son tarix:
Hər kəsə uğurlar arzu edirik!

30 aprel — Ümumilli hüzn günü.2009-cu ilin 30 aprel tarixində ADNA terroru zamanı həyatını itirən şəxslərin əziz xatirəs...
30/04/2026

30 aprel — Ümumilli hüzn günü.

2009-cu ilin 30 aprel tarixində ADNA terroru zamanı həyatını itirən şəxslərin əziz xatirəsini dərin ehtiram və hörmətlə yad edirik. Bu faciə Azərbaycan tarixində silinməz iz buraxmış, cəmiyyətimiz üçün ağır itki olmuşdur.

Həlak olanların xatirəsi daim qəlbimizdə yaşayacaq.
Allah rəhmət eləsin. 🕯️

ADNSU THİK-in təşkilatçılığı və İdman Oyunları Klubunun təşəbbüsü ilə Ümummilli lider Heydər Əliyevin 103 illiyinə həsr ...
27/04/2026

ADNSU THİK-in təşkilatçılığı və İdman Oyunları Klubunun təşəbbüsü ilə Ümummilli lider Heydər Əliyevin 103 illiyinə həsr olunmuş Həndbol Turniri! 🤾🏻

Turnirin əsas məqsədi tələbələr arasında sağlam həyat tərzinin təşviqi, rəqabət ruhunun artırılması və fakültələrarası sosial əlaqələrin inkişaf etdirilməsidir.

Turnirdə iştirak etmək istəyən tələbələr müvafiq qaydada aşağıdakı linkdən qeydiyyatdan keçə bilərlər.

🚨 Qeydiyyat üçün son tarix: 28 aprel 22:00
Yalnız komanda kapitanları qeydiyyatdan keçsinlər*
Hər kəsə uğurlar arzu edirik! 🎯

ADNSU THİK-in təşkilatçılığı və İdman Oyunlarının təşəbbüsü ilə Heydər Əliyevin 103 illiyinə həsr olunmuş Masaüstü Tenni...
26/04/2026

ADNSU THİK-in təşkilatçılığı və İdman Oyunlarının təşəbbüsü ilə Heydər Əliyevin 103 illiyinə həsr olunmuş Masaüstü Tennis Çempionatı! 🏓

Çempionatın məqsədi tələbələr arasında sağlam həyat tərzinin təşviqi, rəqabət ruhunun artırılması və fakültələrarası sosial əlaqələrin inkişaf etdirilməsidir.

Tədbirdə iştirak etmək istəyən tələbələr müvafiq qaydada aşağıdakı linkdən qeydiyyatdan keçə bilərlər.

🚨 Qeydiyyat üçün son tarix: 27 aprel, saat 18:00

Hər kəsə uğurlar arzu edirik! 🎯

ADNSU THİK-in təşkilatçılığı və İdman Oyunlarının təşəbbüsü ilə Heydər Əliyevin 103 illiyinə həsr olunmuş Masaüstü Tenni...
26/04/2026

ADNSU THİK-in təşkilatçılığı və İdman Oyunlarının təşəbbüsü ilə Heydər Əliyevin 103 illiyinə həsr olunmuş Masaüstü Tennis Çempionatı! 🏓

Çempionatın məqsədi tələbələr arasında sağlam həyat tərzinin təşviqi, rəqabət ruhunun artırılması və fakültələrarası sosial əlaqələrin inkişaf etdirilməsidir.

Tədbirdə iştirak etmək istəyən tələbələr müvafiq qaydada aşağıdakı linkdən qeydiyyatdan keçə bilərlər.

🚨 Qeydiyyat üçün son tarix: 28 aprel, saat 18:00
Hər kəsə uğurlar arzu edirik! 🎯

ADNSU THİK-in təşkilatçılığı ilə Heydər Əliyevin 103 illiyinə həsr olunmuş Futzal Çempionatı!Azərbaycan Dövlət Neft və S...
26/04/2026

ADNSU THİK-in təşkilatçılığı ilə Heydər Əliyevin 103 illiyinə həsr olunmuş Futzal Çempionatı!

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə tələbələr arasında futzal çempionatı keçiriləcək.

Çempionatın məqsədi tələbələr arasında sağlam həyat tərzinin təşviqi, komanda ruhunun gücləndirilməsi və fakültələrarası sosial əlaqələrin inkişaf etdirilməsidir.
Tədbirdə iştirak etmək istəyən tələbələr müvafiq qaydada aşağıdakı linkdən qeydiyyatdan keçə bilərlər.

🚨 Qeydiyyat üçün son tarix: 27 aprel 18:00
Yalnız komanda kapitanları qeydiyyatdan keçsinlər
https://forms.gle/ZKUUz986JrrwxuTV7
Hər kəsə uğurlar arzu edirik!

24/04/2026

📣 ADNSU-da Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalının seçim mərhələsi keçirilib.

🎭 Tələbələrin yaradıcılıq potensialının üzə çıxarılması məqsədilə təşkil olunan tədbirdə ADNSU tələbələri musiqi, şeir və rəqs növlərində çıxış edərək öz bacarıqlarını nümayiş etdiriblər.

🏆 Seçim turunu uğurla keçən iştirakçılar final mərhələsində ADNSU-nu təmsil etmək imkanı qazanacaqlar.

Bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, hörmətli Rufət Əzizovun doğum günüdür!Hörmətli Rufət mü...
07/04/2026

Bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, hörmətli Rufət Əzizovun doğum günüdür!

Hörmətli Rufət müəllim, Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, möhkəm can sağlığı, uzun ömür və fəaliyyətinizdə daim uğurlar arzulayırıq. Rəhbərliyiniz altında universitetimizin qazandığı nailiyyətlər hər birimiz üçün qürur mənbəyidir.

Sizə yeni-yeni uğurlar, yüksək nailiyyətlər və daim yüksəliş arzulayırıq! 🌟

Address

Azadlıq Prospekti, 20 (ADNSU, əsas Tədris Binası)
Baku

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994124935457

Alerts

Be the first to know and let us send you an email when ADNSU Tələbə Həmkarlar İttifaqı Komitəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to ADNSU Tələbə Həmkarlar İttifaqı Komitəsi:

Shortcuts

Share