Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyası APFM

  • Home
  • Azerbaijan
  • Baku
  • Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyası APFM

Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyası  APFM APFM ailəsi- peşəkarları birləşdirən məkan
Üzv olaq və birlikdə inkişaf edək!
(1)

Dip PRM — ICFM (Institute of Certified Financial Managers of UK) tərəfindən təqdim olunan, risk menecmenti sahəsində qlo...
10/09/2026

Dip PRM — ICFM (Institute of Certified Financial Managers of UK) tərəfindən təqdim olunan, risk menecmenti sahəsində qlobal səviyyədə tanınan diplom proqramıdır. Ramil müəllim də qeyd etdiyi kimi, bu proqram sadəcə nəzəri bilik toplusu deyil — o, risk mədəniyyətini təşkilatın strateji qərarlarına necə inteqrasiya etmək lazım olduğunu öyrədir. Bazarda tanınması onu da göstərir ki, işəgötürənlər Dip PRM sertifikatlı mütəxəssisi risk qiymətləndirməsindən daha çox, biznesin bütövlükdə dayanıqlığını təmin edən strateji tərəfdaş kimi qəbul edirlər.

Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası(APFM) və Odlar Yurdu Universiteti (OYU) arasında təhsil, elmi-...
05/09/2026

Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası(APFM) və Odlar Yurdu Universiteti (OYU) arasında təhsil, elmi-tədqiqat və kadr hazırlığı sahəsində strateji əməkdaşlığı nəzərdə tutan Memorandum imzalanıb.

Tədbirdə APFM-in sədri Nuriyyə Novruzova, Təhsil komitəsinin üzvü Emin Kazımov, Təlim-tədris üzrə menecer Nərmin Məmmədbağırova, qarşı tərəfdən isə Odlar Yurdu Universitetinin İdarəetmə Şurasının sədri prof. Samir Vəliyev, Strateji inkişaf və beynəlxalq əlaqələr üzrə prorektor prof. Elşad Məmmədov, Strateji inkişaf və karyera departamentinin rəhbəri Aslan Əzimzadə, İnformasiya və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Pərvanə Əliyeva iştirak ediblər.
Sənədi APFM-in sədri Nuriyyə Novruzova və Odlar Yurdu Universitetinin İdarəetmə Şurasının sədri, professor Samir Vəliyev imzalayıblar.
İmzalanan Memorandumun əsas məqsədi iqtisadiyyat, maliyyə, mühasibat uçotu və vergi qanunvericiliyi üzrə ixtisas biliklərinin yüksəldilməsi, tələbə və mütəxəssislərin beynəlxalq standartlara cavab verən kadr kimi hazırlanması, eləcə də tərəflər arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsidir.

Sənəddə nəzərdə tutulan əsas fəaliyyət istiqamətləri:
• Beynəlxalq təlimlər və sertifikatlaşdırma: OYU tələbə və mütəxəssislərinin APFM-in təqdim etdiyi beynəlxalq statuslu təlimlərə, ixtisasartırma kurslarına və kvalifikasiya imtahanlarına cəlb olunması;
• Təcrübə imkanları: Tələbələrin APFM-in tərəfdaş təşkilatlarında istehsalat və peşə təcrübəsi keçməsinə şərait yaratmaqla yanaşı, karyera imkanlarının genişləndirilməsi;
• Elmi və praktiki tədbirlər: Birgə elmi-tədqiqatların aparılması, konfrans, forum, seminar və treninqlərin təşkili, təcrübə və məlumat mübadiləsinin həyata keçirilməsi;
• Tədris proqramlarının təkmilləşdirilməsi: İdarəetmə, maliyyə, mühasibat və biznes ixtisasları üzrə beynəlxalq standartlara uyğun xüsusi təlim proqramlarının və tədris materiallarının birgə işlənib hazırlanması.

Sözügedən əməkdaşlıq Odlar Yurdu Universitetinin tələbələrinə öz sahələri üzrə praktiki vərdişlərə yiyələnmək, beynəlxalq sertifikatlar əldə etmək və əmək bazarında rəqabətqabiliyyətli mütəxəssis kimi formalaşmaq üçün yeni üfüqlər açacaqdır.

Odlar Yurdu Universiteti
Emin Kazimov

03/09/2026

ℹ️ Maliyyə Nazirliyində İctimai şuranın üzvləri ilə növbəti görüş keçirilib.

Görüşdə dövlət borcu sahəsində şəffaflığın təmin edilməsi, bu sahədə görülmüş işlər barədə ictimaiyyətin məlumatlandırılması, habelə dövlət borcu üzrə məlumatlara əlçatanlığın təmin edilməsi məqsədilə görülən işlər barədə ətraflı məlumat verilib, şura üzvlərinin fikirləri dinlənilib, qarşıda duran vəzifələr və görüləcək tədbirlər ətrafında fikir mübadiləsi aparılıb.

➡ Daha ətraflı: https://www.maliyye.gov.az/news/6600/ictimai-sura-uzvleri-ile-dovlet-borcunun-idare-edilmesi-istiqametinde-gorulen-isler-muzakire-edilib

           # dippfm DIP PFM haqqında daha ətraflı: +994 50 403 06 99
02/09/2026

# dippfm
DIP PFM haqqında daha ətraflı: +994 50 403 06 99

29/08/2026


ICFM-Diploma in IFRS beynəlxalq kvalifikasiya imtahanına qeydiyyat davam edirİmtahan Azərbaycan dilində keçirilir.İmtaha...
27/08/2026

ICFM-Diploma in IFRS beynəlxalq kvalifikasiya imtahanına qeydiyyat davam edir

İmtahan Azərbaycan dilində keçirilir.
İmtahana hazırlıq üçün tədris vəsaitləri təqdim olunacaq, sınaq imtahanlarında iştirak təmin olunacaq.

Uğurlu imtahan nəticəsində nüfuzlu beynəlxalq diplom və PMS1-dən azadolma əldə edirsiniz!

📌 ətraflı məlumat üçün rəy bölməsinə "+" qeyd etməniz kifayətdir.
Əlaqə üçün: 0125642237/57, 050 403 06 99

ICFM-beynəlxalq kvalifikasiya imtahanlarına qeydiyyat davam edir:İmtahanlar Azərbaycan dilində keçirilir.İmtahana hazırl...
26/08/2026

ICFM-beynəlxalq kvalifikasiya imtahanlarına qeydiyyat davam edir:
İmtahanlar Azərbaycan dilində keçirilir.
İmtahana hazırlıq üçün tədris vəsaitləri təqdim olunacaq, sınaq imtahanlarında iştirak təmin olunacaq.

Uğurlu imtahan nəticəsində nüfuzlu beynəlxalq diplomlara sahib olacaq və beynəlxalq üzvlük statusu əldə edəcəksiniz!

📌 ətraflı məlumat üçün rəy bölməsinə “+” qeyd etməniz kifayətdir.
Əlaqə üçün: 0125642237/57, 050 403 06 99

Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin həyat yoldaşı və ən yaxın silahdaşı, ölkənin birinci xanımı, Azərbaycan Resp...
26/08/2026

Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin həyat yoldaşı və ən yaxın silahdaşı, ölkənin birinci xanımı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür.

Xeyirxah əməlləri ilə milyonların ürəyinə yol tapan, səmimiyyəti, zərifliyi və nəcibliyi ilə seçilən, böyük ürəyə sahib olan Mehriban xanım yaxşılıq etmək üçün gəlib sanki bu dünyaya. Rəhm və mərhəmət ünvanıdır Mehriban xanım.

Tükənməz həyat enerjisi ilə bu gün də məsul dövlət vəzifəsində yorulmadan çalışan Mehriban xanımı doğum günü münasibətilə təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür arzulayır və Azərbaycanın tərəqqisi naminə fəaliyyətində uğurlar diləyirik!

APFM-in yeni Korporativ üzvü- AFBK Consaltinq 23 yanvar 2025-ci il tarixində fəaliyyətə başlamış və qısa müddət ərzində ...
20/08/2026

APFM-in yeni Korporativ üzvü- AFBK Consaltinq 23 yanvar 2025-ci il tarixində fəaliyyətə başlamış və qısa müddət ərzində məsuliyyətli, şəffaf və peşəkar xidmət prinsiplərini əsas tutaraq müştərilərinin etimadını qazanmağa çalışmışdır. Şirkətin əsas fəaliyyət istiqaməti mühasibatlıq və vergi xidmətlərinin göstərilməsi, həmçinin, mühasibat uçotu üzrə peşəkar məsləhətlərin təqdim edilməsidir. AFBK Consaltinq komandasına uğurlar arzu edirik!

17/08/2026

Address

Ünvan: Chinar Park Business Center Building 3B, 6th Floor Narimanov District, A. Rajabli Str. 1/25 Baku
Baku
AZ1052

Alerts

Be the first to know and let us send you an email when Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyası APFM posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyası APFM:

Shortcuts

Share

Category