19/05/2019
Salam,gənclər!
Bu post uzun olsa da, sonacan oxumağınızı tövsiyyə edirəm, Ramazan Ayını fürsət bilib, qan xərçəngindən əziyyət çəkən övlada sahib bir neçə aztəminatlı ailəyə yardım kompaniyası etmək niyyətindəyik. Yaxşı olardı ki, ilk olaraq yardım edəcəyimiz ailələr haqqında məlumat verim, Mirəligilin ailəsi- 2 azyaşlı uşaq var, uşağın biri Leykozdur (qan xərçəngi). Ana işləmir, ata ailəni tərk edib, uzun müddətdir ki, kirayədə yaşayırlar. Aysugilin ailəsi-1 qardaşı var, uşaq Leykozdur, kiçik daxmada kirayədə yaşayırlar. Aysunun qışda ayaqqabısı olmadığı üçün 5-6 corabla yay ayaqqabısı geyindiyi vaxtlar olub. Sonra, sizə deyim Cəlalgilin ailəsindən- uşaq leykozdur, uzun müddətdir ki,xəstəxanada yaşayırlar. Hədsiz imkansızdırlar, uşağa yemək, dərman belə almaq iqtidarında deyillər. Nazlı, Sübhan.. bütün bu uşaqların bir ortaq nöqtəsi var-digər həmyaşıdları kimi əylənə bilmirlər, doyunca yemək yeyə bilmirlər, kitabları, oyuncaqları yoxdur və ən dəhşətlisi qan xərçəngindən əziyyət çəkirlər. Keçən il də qeyd etdiyim kimi, heçnə olmaz, biz birdəfə dondurma almayaq, birdəfə KFC-yə getməyək, birdəfə az əylənək, bir gün az yeyək, heçolmasa birdəfə özümüzü düşünməyək və heç etmədiyimiz birşeyi edək. Bir körpənin sevincinin səbəbkarı, bir uşağın “böyüyəndə məndə sənin kimi olacam” dediyi insan olaq. Düşünün, anadan olandan aclıq, səfalət, ağrı, dərmanlardan başqa birşey görməyən uşağa: “bax, bu oyuncağı sənin üçün almışam” cümləsinin verəcəyi xoşbəxtliyi…İnanın bu çətin deyil,verəcəyimiz 3-5 manatlarla bunu edə bilərik.
Yardım paketinə daxildir:(http://bit.do/paketsiyahi) Əlavəniz varsa, bildirin. Qeyd edim ki, büdcənizi nəzərə alaraq, konkret məbləğdən yığmırıq, verəcəyiniz bir manatla belə bir kq şəkər tozu ala bilərik, məsələn. Edəcəyiniz yardım məbləğini MilliÖn ödəmə terminalı vasitəsi ilə posterdə qeyd olunmuş hesab nömrəsinə göndərməyiniz rica olunur Vəya nəğd olaraq etmək istəsəz, +994514422122 nömrəsi ilə əlaqə saxlaya bilərsiz. Bundan əlavə, istifadə etmədiyiniz və uşaqlara yararlı olacağını düşündüyünüz çoxda köhnə olmayan geyim, oyuncaq, kitab və s. varsa verə bilərsiz. Alış-verişə, çatdırılmaya yardım etmək istəyən vəya sadəcə uşaqlarla söhbət etmək istəyənlər olarsa qoşulsa, şad olarıq.
qeyd 1: Ailələrin hər-birinin əlaqə nömrəsi var, istəyən olsa, daha dəqiq məlumatı ailələrin özlərindən ala bilərlər. Bəzi ailələrin yaşadığı “ev”lərin görüntüləri: (http://bit.do/yasayisyerleri)
qeyd 2: Alış-veriş, paketlərin ailələrə təqdim olunması və digər proseslər əminlik üçün video şəklində səhifədə paylaşılacaq. Keçən il, kimsəsiz qadın və uşaq sığınacağına getmişdik ki, bu linkdən izləyə bilərsiz (http://bit.do/siginacaq)
qeyd 3: Hər bir ailəyə 60 AZN dəyərində yardım paketi olmaqla, ümumlikdə 7 ailəyə yardım etməyi planlaşdırırıq ki, toplanan vəsaitin miqdarından asılı olaraq say dəyişə bilər.
Gördüyünüz kimi posterdə hesab nömrəsi də var. Sizdən ricam, ətrafınızda olan insanlarla da bu postu paylaşmağınızdır ki, daha çox insan yardım etsin.
Gəlin, bu Ramazan bayramında bu uşaqları sevindirək! :)