Bakı şəhəri 342 nömrəli tam orta ümumtəhsil məktəbi

Bakı şəhəri 342 nömrəli tam orta ümumtəhsil məktəbi Bakı şəhəri 342 nömrəli tam orta ümumtəhsil məktəbi

22.05.2026-cı il tarixində 9-cu sinif valideynləri ilə görüş keçirilibGörüş zamanı valideynlərlə şagirdlərin təlim-tərbi...
22/05/2026

22.05.2026-cı il tarixində 9-cu sinif valideynləri ilə görüş keçirilib

Görüş zamanı valideynlərlə şagirdlərin təlim-tərbiyə prosesində məktəb və ailə əməkdaşlığının əhəmiyyəti vurğulanıb, qarşılıqlı əlaqələrin daha da gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Seminar çərçivəsində aşağıdakı məsələlər müzakirə edilib:

1. Məktəb–ailə əməkdaşlığının gücləndirilməsi – şagirdlərin akademik nailiyyətlərinin artırılması və davranışlarının düzgün formalaşdırılmasında valideyn-məktəb əlaqəsinin rolu diqqətə çatdırılıb.

2. Peşəyönümü və gələcək ixtisas seçimi – şagirdlərin maraq və bacarıqlarına uyğun peşə seçiminin vacibliyi, gələcək təhsil istiqamətlərinin müəyyənləşdirilməsi barədə valideynlərlə fikir mübadiləsi aparılıb.

3. Yay tətilinin səmərəli təşkili – şagirdlərin yay tətili dövründə vaxtlarını faydalı keçirmələri, mütaliə, istirahət və inkişafyönümlü fəaliyyətlərə cəlb olunmaları ilə bağlı tövsiyələr verilib.

Görüş valideynlərlə məktəb arasında əməkdaşlığın möhkəmləndirilməsi və şagirdlərin hərtərəfli inkişafına birgə dəstəyin göstərilməsi baxımından əhəmiyyətli olub.

Bu gün Rəqəmsal bacarıqlar dərsində "Layihə dərsi" mövzumuzu "18 May - Beynəlxalq Muzeylər" gününə həsr etdik. Şagirdlər...
18/05/2026

Bu gün Rəqəmsal bacarıqlar dərsində "Layihə dərsi" mövzumuzu "18 May - Beynəlxalq Muzeylər" gününə həsr etdik. Şagirdlərlə bərabər kompüter vasitəsilə rəqəmsal formada virtual muzeylərə səyahət etdik.

Sinif: 6B
Müəllim: Fatimə Əliyeva 👩🏻‍💻


Musiqi dərsi Sinif: 6bMilli-mənəvi dəyərlərimiz- Azərbaycan Respublikasının Dövlət HimniMüəllim: Həsənquliyeva Nüşabə
14/05/2026

Musiqi dərsi
Sinif: 6b
Milli-mənəvi dəyərlərimiz- Azərbaycan Respublikasının Dövlət Himni
Müəllim: Həsənquliyeva Nüşabə


Məktəb rəhbərliyi tərəfindən 1e  sinfində şagirdlərin oxuyub-anlama və sürətli oxu bacarıqlarının yoxlanılması məqsədilə...
14/05/2026

Məktəb rəhbərliyi tərəfindən 1e sinfində şagirdlərin oxuyub-anlama və sürətli oxu bacarıqlarının yoxlanılması məqsədilə monitorinq keçirildi. Yoxlamanın əsas məqsədi şagirdlərin düzgün, sürətli və məzmunu anlayaraq oxu bacarıqlarının səviyyəsini müəyyən etmək, onların nitq və qavrama qabiliyyətlərini qiymətləndirmək idi.
Keçirilən yoxlama şagirdlərin oxu bacarıqlarının inkişaf səviyyəsinin müəyyənləşdirilməsi və onların gələcək nailiyyətlərinin artırılması baxımından faydalı oldu.



Bu gün məktəbin kitabxanasında görkəmli şair Əliağa Vahid yaradıcılığına həsr olunmuş tədbir keçirildi. Tədbirdə şairin ...
13/05/2026

Bu gün məktəbin kitabxanasında görkəmli şair Əliağa Vahid yaradıcılığına həsr olunmuş tədbir keçirildi. Tədbirdə şairin zəngin ədəbi irsi, qəzəlləri və Azərbaycan ədəbiyyatına verdiyi töhfələr haqqında kitabxana müdiri Ş.Ağayeva və dil -ədəbiyyat müəllimi Z.Nəsirova maraqlı çıxışlar səsləndirdi , şagirdlər isə şeirlər və qəzəllər söylədilər. Sonda şairin həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş etdirildi.Tədbir iştirakçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılandı.


Müasir Müstəqil Azərbaycanın Qurucusu: Heydər Əliyev – 103 İl🇦🇿Azərbaycan xalqının tarixində silinməz izlər qoymuş, müas...
10/05/2026

Müasir Müstəqil Azərbaycanın Qurucusu: Heydər Əliyev – 103 İl🇦🇿
Azərbaycan xalqının tarixində silinməz izlər qoymuş, müasir dövlətçilik konsepsiyamızın memarı və milli qurtuluşun simvolu olan Ümummilli Lider Heydər Əliyevin anadan olmasından 103 il ötür. Onun fəaliyyəti təkcə bir ölkənin rəhbərliyi deyil, bütöv bir xalqın taleyinin yenidən yazılması hekayəsidir.

Milli Dövlətçilik İdeologiyasının Təşəkkülü
Heydər Əliyevin hakimiyyət illərini iki böyük mərhələyə bölmək olar. Birinci mərhələdə – hələ sovetlər dövründə o, Azərbaycanın gələcək müstəqilliyi üçün iqtisadi və kadr potensialının təməllərini atdı. İkinci və ən taleyüklü mərhələ isə 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışıdır. Həmin dövrdə ölkəni bürümüş daxili xaos, vətəndaş müharibəsi təhlükəsi və iqtisadi tənəzzül məhz onun siyasi iradəsi sayəsində dayandırıldı.

Strateji Uğurlar: Neft və Diplomatiya
Heydər Əliyev Azərbaycanın iqtisadi müstəqilliyini təmin etmək üçün "Əsrin müqaviləsi"ni imzalamaqla ölkəni qlobal enerji xəritəsinin mərkəzinə gətirdi. Onun xarici siyasəti isə balanslaşdırılmış və milli maraqlara söykənən bir strategiya idi. Məhz bu diplomatiya sayəsində Azərbaycan dünya birliyinin etibarlı tərəfdaşına çevrildi.

Zəfərə Gedən Yolun Başlanğıcı
Bu gün Heydər Əliyevin 103-cü ildönümünü qeyd edərkən, onun ən böyük arzusunun reallaşdığını görmək qürurvericidir. Onun təməlini qoyduğu güclü ordu və iqtisadiyyat strategiyası 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələndi. Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan Zəfər, əslində Ümummilli Liderin vəsiyyətinin yerinə yetirilməsi və onun siyasi kursunun parlaq təntənəsidir.

Heydər Əliyev şəxsiyyəti zaman keçdikcə daha da ucalır. 103 illik bu tarix kəsiyində biz bir daha şahid oluruq ki, güclü lider və uzaq görən siyasət bir millətin məhv olmaqdan xilas edib, onu qalib xalqa çevirə bilər. Heydər Əliyev irsi Azərbaycanın gələcək inkişaf yollarını işıqlandırmağa davam edir.



“9 May Faşizm üzərində Qələbə Günü" ilə əlaqədar məktəb tədbiri keçirilmişdir.__________08.05.2026
08/05/2026

“9 May Faşizm üzərində Qələbə Günü" ilə əlaqədar məktəb tədbiri keçirilmişdir.
__________
08.05.2026





07.04.2026-cı il tarixdə məktəbin Tədbirlər Planına uyğun olaraq Ümummili Lider H.Əliyevin 103 illiyinə həsr edilmiş, lX...
07/05/2026

07.04.2026-cı il tarixdə məktəbin Tədbirlər Planına uyğun olaraq Ümummili Lider H.Əliyevin 103 illiyinə həsr edilmiş, lX sinif oğlan şagirdlərinin iştirakı ilə futbol yarışı keçirildi. Sinif oğlanları 4 komandaya bölündü. Sonda "Şahin "komandası qalib oldu.Ulu Öndər Heydər Əliyevin öz dövründə İdman sahəsində də ölkəmizdə bir sıra yeni islahatlar aparmış,gənc idmançılarımızın beynəlxalq yarışda ölkəmizi və üçrəngli bayrağımızı dalğalandırılmasını sevinclə izləyərdi.Ulu Öndər daim qəlblərdə, yaddaşlarda yaşayacaq!



6 A sinfində “Ulu öndərdən rəqəmsal gələcəyə” adlı tədbir keçirildi.Tədbirdə şagirdlər “Heydər babanın nəvələriyik” musi...
07/05/2026

6 A sinfində “Ulu öndərdən rəqəmsal gələcəyə” adlı tədbir keçirildi.
Tədbirdə şagirdlər “Heydər babanın nəvələriyik” musiqisi ilə çıxış etdilər. Zaman maşını ideyası əsasında hazırlanmış səhnəciklər və çıxışlarla keçmişdən rəqəmsal gələcəyə maraqlı bir səyahət təqdim olundu.
Şagirdlərin təqdimatları, çıxışları və hazırladıqları layihələr tədbirə xüsusi rəng qatdı. Tədbirin əsas məqsədi Ulu öndərin irsini gələcəyin texnologiyası və bilik dünyası ilə birləşdirmək idi.
Müəllim👩🏻‍💻: Fatimə Əliyeva



“Söndür və Qazan” layihəsi çərçivəsindəAzərbaycan Respublikasının Energetika Nazirliyi, Azərbaycan Respublikası Elm və T...
06/05/2026

“Söndür və Qazan” layihəsi çərçivəsində
Azərbaycan Respublikasının Energetika Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və SOCAR-ın dəstəyi ilə keçirilən Enerji Səmərəliliyi Aylığına qoşulduq.
Rəqəmsal bacarıqlar dərsində şagirdlərimiz enerji qənaətini praktik olaraq öyrənirlər. 💻
Enerjini qoru, gələcəyi qoru! 🌱
👩‍🏫 Müəllim: Fatimə Əliyeva


Biologiya-coğrafiya fənn aylığı ilə əlaqədar coğrafiyadan nümunəvi dərs keçirildi.
06/05/2026

Biologiya-coğrafiya fənn aylığı ilə əlaqədar coğrafiyadan nümunəvi dərs keçirildi.



Address

Kürdəxanı Qəsəbəsi, Yeni şəhərcik
Baku

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+994557610163

Website

Alerts

Be the first to know and let us send you an email when Bakı şəhəri 342 nömrəli tam orta ümumtəhsil məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Bakı şəhəri 342 nömrəli tam orta ümumtəhsil məktəbi:

Shortcuts

Share

Category