DİA TGT-nin 2025–2026-cı tədris ilinin yekunlarına dair hesabat yığıncağı və mükafatlandırma mərasimindən geriyə qalan video görüntüləri təqdim edirik.
DİA Tələbə Gənclər Təşkilatı/DİA Student Youth Organization
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Tələbə Gənclər Təşkilatının rəsmi Facebook səhifəsi
22/06/2026
Mükafatlandırma mərasimində Akademiyanın ictimai həyatında fəal iştirakı ilə seçilən məzunlar təltif olunublar.
22/06/2026
DİA TGT-nin 2025–2026-cı tədris ilinin yekunlarına dair Hesabat Yığıncağı və Mükafatlandırma Mərasimi keçirilmişdir.
İyunun 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tələbə Gənclər Təşkilatının 2025–2026-cı tədris ilinin yekunlarına dair Hesabat Yığıncağı və Mükafatlandırma Mərasimi keçirilmişdir. Tədbiri giriş sözü ilə açan DİA-nın rektorunun müşaviri dos. Zaur Məmmədov iştirakçıları salamlamış, tələbələri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
Tədbirin gedişində DİA TGT-nin sədri İxtiyar Mahmudzadə 2025–2026-cı tədris ilinin yekunlarına dair hesabatı təqdim etmişdir.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının proqram meneceri Bəxtiyar Quluzadə çıxış edərək DİA TGT-nin 2025–2026-cı tədris ili ərzində həyata keçirdiyi fəaliyyəti yüksək qiymətləndirmiş, tələbələri təbrik edərək onlara uğurlar arzulamışdır.
Daha sonra son iki semestr boyunca aktiv olan tələbələrin təltifetmə mərasimi keçirilmişdir. Təltifetmə mərasimində həmçinin Siyasi idarəetmə fakültəsinin dekanı, dosent Mürtəza Həsənoğlu, İnzibati idarəetmə fakültəsinin dekanı, dosent Elnur Əliyev və DİA-nın tələbələrlə iş üzrə məsul şəxsi Murad Həsənxanlı iştirak etmişlər.
Tədbirin sonunda tədris ili ərzində fəallığı ilə seçilən tələbələr mükafatlandırılmış, xatirə şəkli çəkdirilmişdir.
20/06/2026
İyunun 20-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Tələbə Gənclər Təşkilatının üzvləri “Ümid Yeri” Uşaq Sığınacağını ziyarət etmişlər.
17/06/2026
📢 Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Tələbə Gənclər Təşkilatının 2025–2026-cı tədris ilinin yekunlarına dair Hesabat Yığıncağı və Mükafatlandırma Mərasimi keçiriləcəkdir.
Tədbir çərçivəsində Tələbə Gənclər Təşkilatının il ərzində həyata keçirdiyi layihələr, təşkil olunan tədbirlər, görülmüş işlər və əldə olunan nailiyyətlər barədə ətraflı hesabat təqdim olunacaqdır.
Eyni zamanda təşkilatın fəaliyyətində fəallığı ilə seçilən tələbələr, tələbə klublarının sədrləri və idarə heyətinin üzvləri göstərdikləri təşəbbüskarlıq və töhfələrə görə mükafatlandırılacaqlar.
📅 Tarix: 18 iyun 2026-cı il
🕦 Saat: 11:30
📍 Məkan: DİA
14/06/2026
09/06/2026
DİA və ADA tələbələri arasında keçirilən futbol turnirinin mükafatlandırma mərasimi keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən “İdman” klubu və ADA Universitetinin “Sports Club” klubunun birgə təşkilatçılığı və DİA Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə tələbələr arasında keçirilən futbol turnirinin final mərhələsi və mükafatlandırma mərasimi baş tutmuşdur.
Tədbirin açılışında ADA Universitetinin Akademik işlər üzrə prorektoru Elkin Nurməmmədov çıxış edərək universitetlərarası əməkdaşlığın tələbələrin inkişafında mühüm rol oynadığını qeyd etmiş və turnir iştirakçılarına uğurlar arzulamışdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektorunun İctimai əlaqələr üzrə müşaviri Zaur Məmmədov çıxış edərək iştirakçıları salamlamış, tələbələr arasında idmanın və sağlam həyat tərzinin təşviqinin əhəmiyyətini vurğulamışdır.
Sonda qalib komandalar mükafatlandırılmış, iştirakçılara diplom və medallar təqdim olunmuş, xatirə fotosu çəkilmişdir.
Qalib komandaları təbrik edirik!
I yer – DİA tələbələrindən ibarət Dİ 251 komandası
II yer – ADA Universitetinin Riyaziyyat ixtisası komandası
III yer – ADA Universitetinin Kompüter Mühəndisliyi ixtisası komandası
FutbolTurniri
06/06/2026
“Liderin İmzası: Mədəniyyət zirvəsi” adlı müsabiqənin mükafatlandırma mərasimi keçirilib
İyunun 5-də DİA TGT “Art” və “Kitab” klublarının, OYU TGT “CreART” klubunun və Üzeyir Hacıbəyli Ev-Muzeyinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Liderin İmzası: Mədəniyyət zirvəsi” adlı yaradıcılıq və incəsənət müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında baş tutdu.
Tədbiri giriş sözü ilə açan DİA - nın rektorunun müşaviri, dos. Zaur Məmmədov qonaqları salamlamış, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixində müstəsna xidmətlərindən bəhs etmiş, Odlar Yurdu Universiteti ilə birgə keçirilən layihənin gənclərin inkişafındakı əhəmiyyətini vurğulamışdır.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının proqram meneceri Bəxtiyar Quluzadə çıxış edərək layihəyə marağın yüksək olduğunu, ölkənin müxtəlif universitetlərini təmsil edən tələbələrin fəal şəkildə müsabiqədə iştirakına toxunmuşdur.
Müsabiqədə ölkənin bir sıra ali təhsil müəssisələrinin tələbələri 12 nominasiya üzrə yarışıb:
Odlar Yurdu Universiteti
Bakı Dövlət Universiteti
Xəzər Universiteti
Azərbaycan Turizm və Menecment Universiteti
Bakı Mühəndislik Universiteti
Azərbaycan Memarlıq və İnşaat Universiteti
Bakı Slavyan Universiteti
Tədbirin sonunda qaliblərə diplom və mükafatlar təqdim olunmuş, xatirə fotosu çəkilmişdir.
02/06/2026
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 2025/2026-cı tədris ilinin yaz imtahan sessiyasına start verilib.
Bütün tələbələrə uğurlar arzu edirik!
29/05/2026
“Müasir İdarəçilər” klubunun üzvləri Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində olublar
26 may 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən “Müasir İdarəçilər” klubunun üzvləri Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində görüşdə iştirak ediblər.
Tədbirin açılış hissəsində Mədəniyyət Nazirliyinin Strateji inkişaf və komunikasiya şöbəsinin müdiri Ayhan Satıcı iştirakçıları salamlayaraq görüşün əhəmiyyətindən bəhs etmiş və gənclərə uğurlar arzulamışdır. Daha sonra “Müasir İdarəçilər” klubunun sədri Ramal Məmmədov çıxış edərək görüşün məqsədi və gənclərin dövlət idarəçiliyində rolu barədə fikirlərini bölüşmüşdür.
Ardınca Nazirliyin sektor müdiri Türkan Cəfərova tərəfindən təqdimat həyata keçirilmiş, iştirakçılara Mədəniyyət Nazirliyinin fəaliyyəti, idarəetmə mexanizmləri və mədəniyyət siyasəti barədə ətraflı məlumat verilmişdir.
Görüş çərçivəsində Nazirliyin əməkdaşı Kənan İbrahimov tərəfindən iştirakçılar üçün infotur təşkil olunmuşdur.
Tədbirin sonunda tələbələr və Nazirliyin nümayəndələri arasında fikir mübadiləsi aparılmış, iştirakçıların sualları cavablandırılmışdır.
Click here to claim your Sponsored Listing.
Location
Contact the school
Telephone
Website
Address
Baku
AZ1001