DİA Tələbə Gənclər Təşkilatı/DİA Student Youth Organization

  • Home
  • Azerbaijan
  • Baku
  • DİA Tələbə Gənclər Təşkilatı/DİA Student Youth Organization

DİA Tələbə Gənclər Təşkilatı/DİA Student Youth Organization Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Tələbə Gənclər Təşkilatının rəsmi Facebook səhifəsi

14.09.2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Tələbə Gənclər Tə...
14/09/2026

14.09.2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Tələbə Gənclər Təşkilatı idarə heyətinin, katibliyinin və klub sədrlərinin iştirakı ilə geniş tərkibdə iclası baş tutmuşdur.

İclas çərçivəsində DİA TGT-nin yeni tədris ilinə hazırlıq prosesi, struktur dəyişiklikləri, qarşıda duran öhdəliklər və yeniliklər barəsində müzakirələr aparılmış, müvafiq qərarlar qəbul edilmişdir.

Hörmətli I kurs tələbələri!Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olmağınız...
24/08/2026

Hörmətli I kurs tələbələri!

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olmağınız münasibətilə hər birinizi təbrik edirik!

Sizin üçün düzgün məlumatlandırma və koordinasiya məqsədi ilə rəsmi tələbə qrupu yaradılmışdır. Bu qrupa qoşularaq:

* Akademiya ilə bağlı ən son yeniliklərdən və elanlardan xəbərdar ola;

* Bütün suallarınızı ünvanlaya;

* Qrup yoldaşlarınızla əlaqə yarada;

* Tələbəlik həyatına daha tez uyğunlaşa bilərsiniz.

Qrupa qoşulmaq üçün aşağıdakı nömrəyə ad, soyad və DİM portalından qəbul barəsində bildirişin ekran şəklini yollayaraq müraciət edə bilərsiniz.

Əlaqəli şəxs:
055 282 45 27 (WhatsApp)

Hər birinizə təhsil həyatınızda parlaq nailiyyətlər arzu edirik!

Dərin hörmətlə,
DİA Tələbə Gənclər Təşkilatı

Dəyərli abituriyentlər!Sizi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının bakalavriat p...
24/08/2026

Dəyərli abituriyentlər!

Sizi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının bakalavriat pilləsinə qəbul olunmağınız münasibətilə təbrik edir, təhsil həyatınızda parlaq nailiyyətlər arzu edirik!

12/08/2026

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Tələbə Gənclər Təşkilatının sədri İxtiyar Ma...
14/07/2026

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Tələbə Gənclər Təşkilatının sədri İxtiyar Mahmudzadə öz sədrlik müddətini uğurla başa vurmuşdur.

İyulun 13-də Dövlət İdarəçilik Akademiyasının Elmi Şurasında İxtiyar Mahmudzadəyə təşəkkür elan edilmiş və o, rektor akademik Urxan Ələkbərov tərəfindən təltif olunmuşdur.

Sədrlik dönəmi ərzində DİA Tələbə Gənclər Təşkilatının fəaliyyətinə verdiyi əvəzsiz töhfələrə görə İxtiyar bəyə dərin təşəkkürümüzü bildrir, gələcək fəaliyyətində parlaq nailiyyətlər arzu edirik!

Hər şey üçün təşəkkürlər, yoldaş sədr!

DİA-nın tələbələri Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrəMilli Observatoriyada olublar Azərbaycan Respublikasının...
13/07/2026

DİA-nın tələbələri Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə
Milli Observatoriyada olublar

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasının (DİA) tələbələrinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsə tanışlıq səfəri təşkil olunub.

Səfər çərçivəsində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın PR Meneceri Fidan Seyidşahqızı tərəfindən tələbələrə Milli Observatoriyanın fəaliyyət istiqamətləri, həyata keçirdiyi tədqiqatlar, əmək bazarının monitorinqi və proqnozlaşdırılması, aparılan analitik təhlillər, eləcə də görülən işlər barədə ətraflı məlumat verilib.

Monitorinq şöbəsinin müdiri Ülkər Əsgərova, həmçinin Təhlil və tədqiqatlar şöbəsinin müdiri Əli Qafarov şöbələrin fəaliyyət istiqamətləri, əmək bazarının monitorinqi, məlumatların toplanması və təhlili, analitik hesabatların hazırlanması və insan kapitalı, peşə bacarıqları və məşğulluq siyasəti üzrə araşdırmalar barədə tələbələrə ətraflı məlumat veriblər.

Səfər çərçivəsində tələbələr həmçinin təcrübə otağında tətbiq olunan müasir iş metodları, rəqəmsal alətlər və praktik iş
prosesi ilə yaxından tanış olublar. İnteraktiv formatda keçirilən görüş zamanı tələbələri maraqlandıran suallar cavablandırılmış, DİA -nın Elm və innovasiyalar şöbəsinin aparıcı mütəxəssisi Aygün
Qurbanova və DİA Tələbə Gənclər Təşkilatının sədri İxtiyar Mahmudzadə spikerlərə maraqlı çıxışlarına görə təşəkkürlərini bildirmişlər.

12/07/2026

08/07/2026

Məzun günündən geriyə qalan görüntüləri təqdim edirik


DİA - nın Məzun günü Filarmoniyada baş tutduİyulun 6-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik ...
07/07/2026

DİA - nın Məzun günü Filarmoniyada baş tutdu

İyulun 6-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının 2026-cı il Məzun Günü Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilib

Bütün məzunlarımıza uğurlar arzulayırıq!

🎓 Bu gün Məzun Günüdür! ✨Əziz məzunlarımız!Bu gün zəhmətin, əzmin və uğurun bayramıdır. Dövlət İdarəçilik Akademiyasında...
06/07/2026

🎓 Bu gün Məzun Günüdür! ✨

Əziz məzunlarımız!

Bu gün zəhmətin, əzmin və uğurun bayramıdır. Dövlət İdarəçilik Akademiyasında keçirdiyiniz illər həyatınızın ən dəyərli mərhələlərindən biri kimi yadda qalacaq.

Sizə gələcək fəaliyyətinizdə uğurlar, yeni zirvələr və sonsuz nailiyyətlər arzulayırıq. Qazandığınız bilik və dəyərlərin ölkəmizin inkişafına mühüm töhfələr verməsini diləyirik.

🎉 Bütün məzunlarımızı ürəkdən təbrik edir, Məzun Gününüz mübarək olsun!

Graduation2026

Address

Baku
AZ1001

Alerts

Be the first to know and let us send you an email when DİA Tələbə Gənclər Təşkilatı/DİA Student Youth Organization posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to DİA Tələbə Gənclər Təşkilatı/DİA Student Youth Organization:

Shortcuts

Share