07/03/2024
Sizə şad xəbərimiz var! 🤩
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin həyata keçirdiyi “Technest” Təqaüd Proqramına Skillwill ilə birgə əməkdaşlığı çərçivəsində qəbul artıq başladı!
“Sıfırdan proqramlaşdırma” onlayn kurslarına qoşularaq potensialını üzə çıxart. 🥳
📍 Proqramda Sıfırdan Alqoritm, HTML / CSS, PHP- Proqramlasdirma dili, Wordpress-də peşəkar saytların hazırlanması tədris olunur.
📍 Təhsil proqramı 3 əsas komponentdən ibarətdir: Texniki təhsil və mentorlarla iş, Karyera yönümlü yumşaq bacarıqlar və Netvörkinq.
📍 Dərslər yalnız onlayn keçirilir.
📍 Dərslər həftədə 3 dəfə, yalnız Azərbaycan dilində keçirilir.
📍 Texniki bilik özündə müasir metodları, innovativ qiymətləndirmə sistemlərini və praktiki tapşırıqlarla proqramlaşdırmanın öyrənilməsini birləşdirir.
📍 Tədris zamanı mentor dəstəyi (qrup və təkbətək görüşlər).
Yalnız 20 nəfərin seçiləcəyi proqramda iştirak etməklə 7 aya Junior proqramçı olmaq şansını əldə et!
Təqaüd proqramına qatılmaq üçün:👉 https://technest.idda.az/new-appeal
⌛️Son müraciət tarixi: 7 aprel