T Q D K

T Q D K

Share

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası

24/07/2019

2019-cu il iyunun 30-da keçirilən imtahanların nəticələri.
– ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları;

– əvvəlki illərdə təhsil sənədi ala bilməyən və eksternat qaydasında imtahan verən məzunlar;

– üzrlü səbəbdən bu ay keçirilən buraxılış imtahanlarının (IX sinif) ikinci mərhələsində iştirak edə bilməyən cari ilin məzunları;

– orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində orta məktəbdə təhsil aldıqları bölmədən fərqli bölmə üzrə iştirak etmək istəyən Azərbaycan və ya rus dili fənni üzrə imtahanı verən cari ilin məzunları;

– orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanı çərçivəsində verilən xarici dil fənnindən fərqli xarici dil fənni üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün imtahanlar keçirilib

Elektron Hökumət Portalı Namizədlərə, sınaq imtahanı iştirakçılarına imtahan nəticələri haqqında məlumatların internet və ya qısa mesaj (SMS) vasitəsilə verilməsi

21/04/2017

“2-ci kurs magistrları buraxılış imtahanlarını yoxlamağa cəlb edirik” – Məleykə Abbaszadə

“Azərbaycanda buraxılış imtahanları zamanı yeni növ yazı işlərinin yoxlanması üçün ölkə üzrə hər bir fəndən ən azı 5 min marker lazımdır”.

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, onların hər biri ilə iş əsasında müqavilə bağlanacaq və əmək haqqı ödənəcək.

Yalnız “Azərbaycan dili” fənni üzrə yazıların yoxlanması üçün markerlərin treninqinə 1717 müəllim dəvət olunub, onlardan 679 nəfər treninqdən uğurla keçib: “Əvvəllər prosesə marker kimi yalnız müəllimlər cəlb edilirdi. Sonradan markerlərə II kurs magistrlər da çağırılıb”.

M. Abbaszadə qeyd edib ki, Rus bölməsi üzrə markerlərin sayı daha azdır. Rus bölməsi üzrə treninqlərdə 98 iştirak edib, onlardan 28-i keçib, hazırda yazı işlərinin yoxlanmasında yalnız 13 marker iştirak edir: “Artıq Bakı Slavyan Universitetinə müraciət etmişəm ki, onlarda təhsil alan magistraturanın II kursunda təhsil alan tələbələr də bu prosesə cəlb edilsin. Ola bilər ki, gələcəkdə bu proses təkmilləşəndən sonra marker müəllimlər yalnız evlərində oturaraq, yazı işlərini yoxlaya biləcəklər. Marker müəllimlər müqavilə əsasında bizimlə çalışacaq və müəyyən vaxtda yazı işlərinə cəlb olunacaqlar. Amma indiki mərhələdə bu, mümkün deyil. Bizdə yazı işlərinin yoxlanması üçün ayrılan cəmi 180 kompüter var. Pullarımızı sayanlar bilsinlər ki, bizə hələ çox pul, kütləvi işləri həyata keçirmək üçün daha çox vəsait lazımdır”.

Direktorlar Şurasının sədri əlavə edib ki, markerlərin hazırlanması üçün pullu akademiya və ya kurslar açılacaq.

27/07/2016

Abituriyentlərə kömək: Bütün qruplar üzrə bütün universitetlərdə bahalı və ucuz fakultələr

16 saat ago Tələbə qəbulu, Universitetlər 8,594 Views

Ali məktəblərə qəbul imtahanlarını başa vuran abituriyentlər ixtisas seçimi ərəfəsində tərəddüdədirlər. Fins.az onlara kömək məqsədilə ali məktəblərin plan yerlərini və fakültələrin qiymətlərini araşdıraraq təqdim edir. Beləliklə,

1-ci qrup – ƏN BAHALI FAKÜLTƏLƏR

ADA Universiteti

Kom püter elmləri – 6500 manat, 40 yer

Kompüter mühəndisliyi – 6500 manat, 40 yer

İnformasiya texnologiyaları – 6500 manat, 40 yer

Sistem mühəndisliyi -6500 manat, 40 yer

Qafqaz Universiteti

Qafqaz Universiteti 1-c i ixtisas qrupunda 8 fakultə ilə təmsil olunur.

Bu qrupda universitetin ən bahalı fakultəsi mexanika mühəndisliyi, kompüter mühəndisliyi, inşaat mühənsidliyi və s.dir – 5200 manat. Fizika və riyaziyyət müəllimliyi isə 3850 manatdır.

Xəzər Universiteti

Xəzər Universitetində ən bahalı fakültələr fizika müəllimliyi, riyaziyyat və informatika müəllimliyi və Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyidir

Fizika müəllimliyi – 3500 manat, 15 yer

Riyaziyyat və informatika müəllimliyi – 3500 manat, 20 yer

Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi – 3500 manat, 25 yer

İnşaat mühəndisliyi – 3500 manat, 20 yer

Kompüter elmləri – 3500 manat, 25 yer

Neft-qaz mühəndisləri – 3500 manat, 25 yer

Mexanika mühəndis – 3500 manat, 25 yer

Kompüter m ühəndisliyi – 3500 manat, 25 yer

Kimya mühəndisliyi – 3500 manat, 25 yer

Qərb Universiteti

İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi – 15 yer – 2900 AZN

Kompüter mühəndisliyi – 15 yer – 2990 AZN

“Odlar Yurdu” Universiteti

1-ci ixtisas qrupundakı fakültələr sırasında “Odlar Yurdu” Universitetinin ixtisaslarında qiymət eynidir.

Kompüter mühəndisliyi – 3000 manat, 50 yer

Ekologiya mühən disliyi – 3000 manat, 35 yer

Ən bahalı dövlət ali məktəbləri

1-ci qrup dakı dövlət universitetlərində ən bahalı fakültələr Turizm və Menecment və Memarlıq və İnşaat Universitetindədir.

Azərbaycan Turizm və Menecment Universiteti

Qida məhsulları mühəndisliyi – 2500 manat, 20 yer

Azərbaycan Memarlıq və İnşaat Universiteti

Memarlıq və İnşaat Universitetində ən bahalı fakültə memarlıqdır.

Memarlıq -2300 manat, 95 yer

Azərbaycan Dövlət İqtisad Uni versiteti (UNEC)

İnformasiya texnologiyaları – 2200 manat, 50 yer

Sistem mühəndisliyi – 2200 manat, 25 yer

Döv lət İdarəçilik Akademiyası

Kompüter elmləri – 2000 manat, 30 yer

1-ci qrup – ƏN UCUZ FAKÜLTƏLƏR

Bu qrup üzrə özəl ali məktəblərdə ən ucuz fakültələr Naxçıvan və Mingəçevir Dövlət Universitetlərindədir. Özəl ali məktəblər sırasında isə “Naxçıvan”, “Təfəkkür” “Bakı Avrasiya” və Kooperasiya Universitetləridir.

Bakı Avrasiya Universiteti

Riyaziyyat – 2000 manat / 25 yer

“Naxçıvan” Universiteti

İnformatika müəllimliyi-1500 manat, 20 yer

Riyaziyyat və informatika müəllimliyi -1600 manat, 20 yer

“Təfəkkür” Universiteti

Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi – 1800 manat, 20 yer

Nəqliyyatda daşınmaların və idarəetmənin təşkili mühəndisliyi – 1800 manat, 20 yer

Azərbaycan Kooperasiya Universiteti

Riyaziyyat – 2000 manat , 50 yer

Çoxişlənən mallların texnologiyası mühəndisliyi- 2200 manat, 50 yer

İstehlak mallarının ekspertizası və marketinqi – 2200 manat, 50 yer

Qida Məhsulları mühəndisliyi – 2200 manat, 30 yer

Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi – 2300 manat, 50 yer

Dövlət ali məktəb lərində I ixtisas qrupu üzrə ən ucuz fakültələr Texnologiya Universitet və Naxçıvan və Mingəşevir Dövlət Universitetindədir.

Azərbaycan Texnologiya Universiteti

Texnoloji maşın və avadanlıqlar mühəndisliyi – 1000 manat, 25 yer

Mingəçevir Dövlət Universiteti

Elektroenergetika mühəndisliyi – 1000 manat, 15 manat

Riyaziyyat və informatika müəllimliyi – 1200 manat, 30 yer

Elektroenergetika mühəndisliyi – 1200 manat, 30 yer

İstilik energetika mühəndisliyi – 1200 manat, 25 yer

Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi – 1200 manat, 25 yer

Ekologiya mühəndisliyi – 1200 manat, 30 yer

İnformasiya texnologiyaları – 1200 manat, 30 yer

Naxçıvan Dövlət Universiteti

Yerüstü nəqliyyat vasitələrin in mühəndisliyi -1000 manat, 15 nəfər ( qiyabi)

Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi -1200 manat, 20 yer (əyani)

Ekologiya mühəndisliyi- 1200 manat, 15 yer

2-ci qrupda – ƏN BAHALI FAKÜLTƏLƏR

ADA Universiteti

İqtisadiyyat – 6500 manat, 80 yer

Biznesin idarə edilməsi – 6500 manat, 80 yer

Beynəlxalq münasibətlər – 6000 manat, 80 yer

Qafqaz Universiteti

Qafqaz Universiteti 2-ci ixtisas qrupunda 7 fakültə ilə təmsil olunur. Bu qrupda universitetin ən bahalı fakültələri maliyyə, dünya iqtisadiyyatı və biznesin idarə edilməsidir – 5850 manat. Beynəlxalq münasibətlər isə 5500 manatdır.

Maliyyə – 5850 manat, 20 yer

Biznesin idarə edilməsi – 5850 manat, 20 yer

Dünya iqtisadiyyatı – 5850 manat, 25 yer

Beynəlxalq münasibətlər – 5500 manat, 30 yer

Mühasi bat uçotu – 5200 manat , 50 yer

Dövlət və bələdiyyə idarəetməsi – 5200 manat, 30 yer

Sənayenin təşkili və iadarə olunması – 4750 manat, 50 yer

Xəzər Universiteti

Regionşünaslıq – 4500 manat, 25 yer

Beynəlxalq münasibətlər – 4500 manat, 25 yer

Mühasibat uçotu və audit – 4000 manat, 25 yer

Maliyyə – 4000 manat, 25 yer

İqtisadiyyat – 4000 manat, 15 yer

Menecment – 4000 manat , 20 yer

Marketinq – 4000 manat, 15 yer

Biznesin idarə edilməsi – 4000 manat, 20 yer

Turizm və otelçilik – 4000 manat, 25 yer

Qərb Universiteti

Beynəlxalq münasibətlər – 30 yer (20 – yer – Azərbaycan və rus dillərində, 10 – yer – İngilis dilində) – 3600 AZN
Regionşünaslıq (Qərbşünaslıq) – 30 yer (20 – yer – Azərbaycan və rus dillərində, 10 – yer – İngilis dilində) – 3600 AZN
Dünya iqtisadiyyatı – 30 yer (20 – yer – Azərbaycan və rus dillərində, 10 – yer – İngilis dilində) – 3300 AZN
Maliyyə – 30 yer (20 – yer – Azərbaycan və rus dillərində, 10 – yer – İngilis dilində) – 3300 AZN
Menecment – 35 yer (20 – yer – Azərbaycan və rus dillərində, 15 – yer – İngilis dilində) – 3300 AZN
Turizm və otelçilik – 30 yer – (15 – yer – Azərbaycan və rus dillərində, 15 – yer – İngilis dilində) – 2990 AZN
İqtisadiyyat – 25 yer – 3300 AZN
Biznesin idarə edilməsi – 30 yer – (20– yer – Azərbaycan və rus dillərində, 10 – yer – İngilis dilində) – 3300 AZN

2-ci qrupda – ƏN UCUZ FAKÜLTƏLƏR
Bakı Avrasiya Universiteti

Regionşünaslıq (ABŞ Kanada) 2000 manat / 40 yer

Regionşünaslıq (ABŞ Kanada) (rus bölməsi) 2000 manat / 15 yer

Regionşünaslıq (Avropa ölkələri) 2000 manat / 30 yer

Regionşünaslıq (Avropa ölkələri) (rus bölməsi) 2000 manat / 15 yer

Regionşünaslıq (Yaxın və Orta Şərq ölkələri) 1800 manat / 30 yer

Regionşünaslıq (Qafqaz ölkələri) 1800 manat / 20 yer

Regionşünaslıq (Qafqaz ölkələri) (rüs bölməsi) 1800 manat 10 yer

İqtisadiyyat 2000 manat / 50 yer

İqtisadiyyat (rus bölməsi) 2000 manat / 20 yer

Bakı Dövlət Universiteti

Coğrafiya – 1300 manat, 15 yer ( qiyabi)

Coğrafiya – 1600 manat , 90 yer (əyani)

Coğrafiya müəllimliyi – 1500 manat, 120 yer

Hidrometeorologiya – 1600 manat, 25 yer

İqtisadiyyat – 1600 manat , 15 yer (qiyabi)

İqtisadiyyat – 1900 manat , 75 yer (əyani)

Sosiologiya – 1800 manat, 30 yer

Regionşünaslıq – 1800 manat, 170 yer

Turizm və otelçilik – 1900 manat, 55 yer

Dünya iqtisadiyyatı – 2300 manat , 100 yer

2-ci ixtisas qrupunda ucuz təhsil haqqı təklif edən digər universitetlər Dillər, Texniki və Pedaqoji Universitetlərdir. Azərbaycan Dillər Universitetində ən ucuz ixtisas regionşünaslıqdır- 1000 manat. Texniki Universitetdə ən ucuz fakültə 1300 manatdır. Pedaqoji Universitetdə qiymətlər bundan cəmi 20 manat fərqlənir -1320 manat.

Azərbaycan Dillər Universiteti

Regionşünaslıq (Almaniya) – 1000 manat, 10 yer

Regionşünaslıq (Fransa) – 1000 manat , 10 yer

Regionşünaslıq (Mərkəzi və Şərqi Avropa ölkələri) – 1500 manat, 10 yer

Regionşünaslıq (Qafqaz ölkələri) – 1500 manat, 10 yer

Regionşünaslıq (Norveç) -1500 manat, 10 yer

Regionşünaslıq (Yaponiya) – 1500 manat, 10 yer

Regionşünaslıq (Çin) – 1500 manat, 10 yer

Regionşünaslıq (Argentina) – 1500 manat, 10 yer

Azərbaycan Texniki Universiteti

Sənayenin təşkili və idarə olunması – 1300 manat, 15 yer (qiyabi )

Sənayenin təşkili və idarə olunması – 1600 manat, 90 yer (əyani)

Menecment – 1600 manat, 30 yer

Nəqliyyat servisi – 1500 manat, 30 yer

Azərbaycan Dövlət Pedaqoji Universiteti

Tarix və coğrafiya müəllimli – 1320 manat, 60 yer

Coğrafiya müəllimliyi – 1320 manat , 90 yer

Bu qiymətlər filiallarda da eynidir.

3-cü ixtisas qrupu – ƏN BAHALI İXTİSASLAR

ADA Universiteti

Dövlət və ictimai münasibətlər fakültəsi – 6000 manat,80 yer

Qafqaz Universiteti

Dil və ədəbiyyat müəllimliyi (ingilis dili və ədəbiyyatı) – 4800 manat, 45 yer

Tərcümə (ingilis dili )- 4800 manat, 60 yer

Azərbaycan dili və ədəbiyyatı müəllimliyi – 4200 manat, 50 yer

Xəzər Universiteti

Politologiya – 4500 manat, 25 yer

Dizayn – 3500 manat, 20 yer

Pedaqoji fakültələr – 3500 manat , 110 yer

Tərcümə – 3500 manat , 50 yer

Qərb Universiteti

Politologiya – 40 yer – 3290 AZN
Dizayner (interyer, qrafik, landşaft) – 30 yer – 3300 AZN
Tərcümə (ingilis, alman, fransız) – 35 yer – 3800 AZN
Filologiya (Azərbaycan dili və ədəbiyyatı) – 30 yer – 2900 AZN
Filologiya (İngilis dili və ədəbiyyatı) – 30 yer – 3800 AZN
Dil və ədəbiyyat müəllimliyi (ingilis dili və ədəbiyyatı) – 15 yer – 3600 AZN

3-cü qrupda – ƏN UCUZ İXTİSASLAR

Azərbaycan Dillər Universiteti

Filologiya (alman v ə fransız dili) – 1000 manat, 20 yer

Tərcümə (alman dili, fransız dili) – 1000 manat ,24 yer

Dil və ədəbiyyat müəllimliyi (fransız dili) – 1000 manat, 12 yer

Xarici dil müəllimliyi (fransız dili ) – 1000 manat, 48 yer

Xarici dil müəllimliyi (alman dili ) – 1000 manat, 48 yer

Bakı Dövlət Universiteti

İbtidai sinif müəllimliyi (Qazax filialı) – 1200 manat, 25 manat

Məktəbəqədər təlim və tərbiyə (Qazax filialı )- 1200 manat, 25 manat

Naxçıvan Dövlət Universiteti

Xarici dil müəllimliyi (alman dili) -1200 manat, 15 yer

Azərbaycan dili və ədəbiyyatı müəllimliyi -1300 manat, 40 yer

Xarici dil müəllimliyi (fransız dili)-1300 manat, 15 yer

Tarix müəllimliyi -1300 manat, 40 yer

Kitabxanaçılıq və informasiya -1300 manat ,20 yer

Naxçıvan Müəllimlər İnstitutu

İbtidai sinif müəllimliyi-1300 manat, 165 yer

Məktəbəqədər təlim və tərbiyə -1300 manat, 30 yer

Təhsildə sosial- psixoliji xidmət -1300 manat, 25 yer

4-cü qrupda – ƏN BAHALI FAKÜLTƏLƏR

Qafqaz Universiteti

Psixologiya – 3850 manat, 25 yer

Biologiya müəllimliyi – 3850 manat, 25 yer

Kimya müəllimliyi – 3850 manat, 25 yer

Xəzər Universiteti

Psixologiya-3500 manat, 25 yer

Biologiya müəllimliyi- 3500 manat, 20 yer

Kimya müəllimliyi- 3500 manat, 20 yer

Kimya və biologiya müəllimliyi – 3500 manat, 30 yer

Qərb Universiteti

Psixologiya – 15 yer – 2900 AZN
Ekologiya – 15 yer – 2770 AZN

Odlar Yurdu Universiteti

Biologiya fakültəsi-3000 manat, 50 yer.

5-ci qrupda – ƏN BAHALI FAKÜLTƏLƏR

Bakı Musiqi Akademiyası

İnstrumental ifaçılıq – 3000 manat, 90 yer

Solo oxuma – 3000 manat, 24 yer

Dirijorluq – 3000 manat,15 yer

Bəstə karlıq – 3000 manat, 5 yer

Musiqişünaslıq – 3000 manat, 22 yer (əyani)

Azərbaycan Milli Konservatoriyası

Solo oxuma – 3000 manat, 16 yer(əyani)

Solo oxuma – 2400 manat, 4 yer(qiyabi)

Dövlət Rəssamlıq Akademiyası

Dizayn – 2500 manat , 180 yer

Qrafika – 2300 manat, 25 yer

5-ci qrupda – ƏN UCUZ FAKÜLTƏLƏR

Gənc ə Dövlət Universiteti

Bədən tərbiyəsi və idman fakültəsi – 900 manat,15 yer.

Azərbaycan Dövlət Aqrar Universiteti

Dizayn – 1200 manat,30 yer

Naxçıvan Dövlət Universiteti

Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq – 1300 manat, 20 yer

Musiqi müəllimliyi – 1300 manat, 20 yer

07/07/2016

Təhsil Nazirliyi tələbələrin bir universitetdən digərinə köçürülməsinin şərtlərini açıqladı

Azərbaycan Təhsil Nazirliyi tələbələrin bir ali məktəbdən digərinə köçürülməsi şərtlərini açıqlayıb.

Təhsil Nazirliyindən AZEDUPRESS-ə bildirilib ki, bu şərtlər mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycanın bütün ali təhsil müəssisələrində (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla) təhsil alan tələbələrə şamil edilir.

Tələbələrin bir dövlət ali təhsil müəssisəsindən digər dövlət ali təhsil müəssisəsinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə müvafiq ali məktəb rəhbərliyinin əmri ilə həyata keçirilir. Mövcud qaydalara görə, tələbələrin bir ali məktəbdən digərinə köçürülməsinə yalnız əsaslı səbəblər olduğu halda (ailə qurduqda, sağlamlıqla bağlı problem olduqda, yaşayış yerini dəyişdikdə və s.) icazə verilir. Dövlət adından təsisçi funksiyalarını həyata keçirən digər nazirlik, dövlət komitəsi və ya idarələrin tabeliyində olan dövlət ali təhsil müəssisələrinə tələbələrin köçürülməsi və bərpası tabe olduqları dövlət qurumunun və Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir.

Ali təhsil müəssisələrinin bakalavriat səviyyələrində təhsilalanların köçürülməsi Təhsil Nazirliyi tərəfindən elektron proqram təminatı tətbiq olunmaqla, mərkəzləşdirilmiş qaydada həyata keçirilir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Bu zaman tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar TQDK tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır. II və III ixtisas qruplarında müəyyənləşdirilmiş “tarix və coğrafiya müəllimliyi”, “tarix müəllimliyi” və “tarix” ixtisasları öz aralarında, eləcə də II ixtisas qrupunda müəyyənləşdirilmiş “beynəlxalq münasibətlər” və “regionşünaslıq” ixtisasları isə III ixtisas qrupuna daxil olan digər ixtisaslarla (mədəniyyət və incəsənət ixtisasları istisna olmaqla) uyğun hesab edilməlidir.

Bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən şəxslər (dövlət sifarişi əsasında təhsilalanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər.

Ali təhsilin magistratura səviyyəsində tələbələrin bir ali təhsil müəssisəsindən və ya ixtisasdan digərinə köçürülməsinə yol verilmir. Həmin səviyyədə təhsil alan tələbələr yalnız təhsilalma formasını dəyişmək, xaric olunanlar isə öz ixtisası üzrə əvvəl təhsil aldığı ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdirlər

16/06/2016

RƏSMİ! Bakalavr, magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququ verildi
2 gün ago Sərəncamlar, Universitetlər 4,435 Views

Azərbaycan Prezidenti qanunu imzaladıqdan sonra sənəd qüvvəyə minəcək.
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişikliklər edilməsi layihəsinə baxılıb.
AZEDUPRESS APA-ya istinadən xəbər verir ki, layihə haqda məlumat verən Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, hərbi xidmətə çağırışdan möhlət hüququ indiyədək ancaq bakalavriat pilləsində təhsil alanlara verilirdi.
Qanunun 21-ci maddəsinə edilən dəyişikliyə görə, bundan sonra həmin möhlət hüququ magistratura və doktorantura səviyyələrinə də şamil olunacaq.
Həmçinin xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələrində, tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək çağırışdan möhlət hüququ veriləcək.
Qanuna təklif edilən daha bir dəyişiklik Azərbaycanda elmi təşkilatlarda təhsilini davam etdirmək istəyənlərə hərbi çağırışdan möhlət verilməsi ilə bağlıdır.
Belə ki, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda, eləcə də xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələrində, tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək hərbi xidmətə çağırışdan möhlət veriləcək.
Layihə səsverməyə çıxarılaraq qəbul edilib.
Azərbaycan Prezidenti qanunu imzaladıqdan sonra sənəd qüvvəyə minəcək.

Photos 15/03/2016
13/08/2015

Bu il Azərbaycan Universitetlərinə qəbul olan 32276 tələbədən 15406 nəfər Oğlan, 16870 nəfəri Qızdır... :)

Photos 13/08/2015

ugurlar sizlere :)

12/08/2015

T ə l ə b ə adiniz mubarək!
Sizi 4 il ərzində cətin və o cumlədən shərəfli bir həyat yolu gozləyir...
Valideynlərinizin gozu aydin olsun! :D

04/08/2015

TQDK-dan verilən məlumata görə, builki qəbul imtahanlarında 738 nəfər 600-dən yuxarı bal toplayıb.

Abituriyentlərin qruplar üzrə bal göstəriciləri belədir: I qrup üzrə 10798 nəfər 200-dən yuxarı bal toplayıb. 1838 nəfər 500-dən yuxarı, 581 nəfər 600-dən yuxarı, 228 nəfər isə 650-dən yuxarı bal toplayıb. II qrup üzrə 9686 abituriyent 200-dən yuxarı nəticə göstərib. Bunlardan 1472 nəfəri 500-dən yuxarı, 422 nəfəri 600-dən yuxarı, 126 nəfəri isə 650-dən yuxarı bal toplayıb. III qrup üzrə 10068 nəfər 200-dən yuxarı bal toplayıb ki, bunun da 2181 nəfəri 500-dən yuxarı, 660 nəfəri 600-dən yuxarı, 202 nəfəri isə 650-dən yuxarı bal toplayıb. IV qrup üzrə 200-dən yuxarı 2646 abituriyent nəticə göstərib. 980 nəfər 500-dən yuxarı, 431 nəfər 600-dən yuxarı, 182 nəfər isə 650-dən çox bal toplayıb. Qeyd edək ki, builki qəbul imtahanlarında 15 nəfər 700 bal toplayıb. I qrup üzrə 7 nəfər, II qrup üzrə 3 nəfər, III qrup üzrə, 3 nəfər, IV qrup üzrə isə 2 nəfər maksimum nəticə göstərib.

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Baku