Idarəetmə və sistemlər mühəndisliyi

Idarəetmə və sistemlər mühəndisliyi

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Idarəetmə və sistemlər mühəndisliyi, Community College, Azadliq Avenue, 20, Baku.

20/01/2023
Photos from GOUP's post 08/05/2021
08/03/2021

Hörmətli müəllimimiz! Bir təbəssümlə bizi qarşılayır - gün dərhal isti olur. Bizə kəşfiyyat və xeyirxahlıq öyrədir - həyat daha gözəl olur. Bu yaz günü sizi ürəkdən təbrik edir, sizi 8 mart təbrik edirəm. Hətta pəncərənin xaricində bu gün hələ də soyuq deyil - isti ürəklərimizlə sizə bahar verməyi vəd edəcəyik!

02/06/2020

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) "İdarəetmə və sistemlər mühəndisliyi" kafedrasının professoru İsrayıl Əfəndiyev 72 yaşında vəfat edib.

Əfəndiyev İsrayıl Rüstəm oğlu 1945-ci il mart ayının 29-da Qazax rayonunun Sadıxlı kəndində anadan olub. O, 1969-cu ildə ADNSU-nu “Texnoloji proseslərin və istehsalatların avtomatlaşdırılması” ixtisası üzrə bitirib və həmin ildən etibarən universitetdə işləməyə başlayıb. 1988-ci ildən professordur. İ.Əfəndiyev ADNA-nın “İstehsal proseslərinin avtomatlaşdırılması” kafedrasının müdiri olub. 1993-1997-ci illərdə ADNSU- nun elmi işlər üzrə prorektoru vəzifəsində işləyib və 1995-ci ildən Akademiya nəzdində Respublika Nazirlər Kabinetinin qərarı ilə yaradılan “İdarəetmə Proseslərinin Avtomatlaşdırılması” Elmi-Tədqiqat İnstitutunun direktoru olub.
Professor İ.Əfəndiyevin aldığı elmi nəticələr əsasında Azərbaycanın neftçıxarma, neftemalı və neftkimya sənaye sahələrində onlarla orijinal idarəetmə sistemləri və unikal avtomatlaşdırma vasitələri yaradılıb və tətbiq edilib.
O, 1993-cü ildən Təhsil Nazirliyinin “Avtomatika və robototexnika” Elmi-Metodik Şurasının sədri, 2003-2009-cu illərdə Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın “İnformatika və Energetika” elm sahələri üzrə Ekspert Şurasının üzvü və sədri, doktorluq dissertasiyalarının müdafiəsi üzrə ixtisaslaşdırılmış Şuranın üzvü olub.
Professor həmçinin Azərbaycan Milli Ensiklopediyasının məsləhətçisi işləyib. O, 2010-cu ildə Azərbaycan Prezidentinin fərmanı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

Universitetimizin profesor-müəllim heyəti və tələbələri adından İsrayıl müəllimə Allahdan rəhmət, yaxınlarına səbr diləyirik!

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Culinary Team

Attire

Telephone

Address


Azadliq Avenue, 20
Baku
AZ1010