Bakı şəhəri Elxan Həsənov adına 139 saylı tam orta ümumitəhsil məktəbi

Bakı şəhəri Elxan Həsənov adına 139 saylı tam orta ümumitəhsil məktəbi

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Bakı şəhəri Elxan Həsənov adına 139 saylı tam orta ümumitəhsil məktəbi, High School, Lökbatan, Baku.

Photos from Bakı şəhəri Elxan Həsənov adına 139 saylı tam orta ümumitəhsil məktəbi's post 15/05/2026

Məktəbin kitabxanasında görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin yaradıcılığına həsr olunmuş “Hüseyn Cavid irsi” adlı tədbir təşkil olunmuşdur.

Tədbir zamanı şagirdlər H.Cavidin həyat və yaradıcılığı ilə yaxından tanış olmuş, onun əsərlərində əks olunan humanizm, vətən sevgisi və milli-mənəvi dəyərlər haqqında fikir mübadiləsi aparmışlar.

Şagirdlər tərəfindən yazıçının əsərlərindən parçalar səsləndirilmiş, müzakirələr zamanı isə klassik ədəbiyyatın əhəmiyyəti və gənc nəslin mənəvi inkişafındakı rolu vurğulanmışdır.

Bu cür tədbirlərin təşkili şagirdlərdə ədəbiyyata marağın artırılmasına, milli ədəbi irsin təbliğinə və mənəvi dəyərlərin formalaşmasına mühüm töhfə verir.

📚 Klassik irsimizi yaşatmaq və gələcək nəsillərə tanıtmaq hər birimizin borcudur.

15/05/2026

2026-2027-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair
SUAL-CAVAB

Sual: Uşaqların I sinfə qəbulu necə həyata keçirilir?
Cavab: Ümumi təhsil müəssisələrinin birinci sinfinə uşaqların qəbulu www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə ərizələrin onlayn qeydiyyatı yolu ilə həyata keçirilir.
Sual: Elektron sistemdə qeydiyyat kim tərəfindən aparıla bilər?
Cavab: Qeydiyyat valideyn (və ya digər qanuni nümayəndə) tərəfindən aparıla bilər.
Sual: Elektron qəbul hansı rayon və şəhərləri əhatə edir?
Cavab: Uşaqların birinci sinfə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir.
Sual: Elektron qəbul hansı rayon və şəhərləri əhatə edir?
Cavab:Uşaqların birinci sinfə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir.
Sual: Qəbul prosesi hansı tarixdən başlanılır?
Cavab: Uşaqların birinci siniflərə elektron qəbulu prosesinin tarixləri və ardıcıllıqları aşağıda qeyd olunan qaydada təşkil olunacaq:
06 may 2026-cı il saat 11:00-dan dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı məktəbəhazırlıq qruplarına cəlb olunmuş və məktəbəhazırlıq qruplarına cəlb olunmamış uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibəyə yazılmaq üçün qeydiyyat;
06 may 2026-cı il saat 15:00-dan etibarən Azərbaycan bölməsi üzrə sorğuların yerləşdirilməsi
06 may 2026-cı il saat 15:00-dan 05 iyun 2026-cı il saat 11:00-a qədər Abşeron rayonu, Bakı, Sumqayıt, Gəncə və Naxçıvan şəhəri üzrə üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrində prioritet əsasında məktəb və müəllim seçimi;
06 may 2026-cı il saat 15:00-dan 05 iyun 2026-cı il saat 18:00-a qədər Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbinin Azərbaycan bölməsi üzrə birinci siniflərinə qəbulla bağlı müsabiqəyə yazılmaq üçün qeydiyyat;
18 may 2026-cı il saat 18:00-da dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı müsahibəyə yazılma mərhələsi bitir;
12 may tarixindən – 1 iyun tarixinədək dövlət ümumitəhsil müəssisələrində tədris digər dillərdə aparılan birinci siniflərə qəbulla bağlı müsahibələrin təşkili;
14 may tarixindən – 03 iyun tarixinədək dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibədə övladlarının qiymətləndirilməsindən narazı olan valideynlərin müraciətlərinə baxılması;
11 iyun tarixindən 18 iyun tarixinədək Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası, Bülbül adına orta ixtisas musiqi məktəbinin Azərbaycan bölməsi üzrə qəbulla bağlı müsabiqələrin keçirilməsi;
17 iyun 2026-cı il saat 11:00-dan 01 sentyabr saat 18:00-a qədər dövlət ümumitəhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbul məqsədilə müsahibədən uğurla keçən uşaqlar üçün valideynləri tərəfindən məktəb və müəllim seçimi ilə bağlı sorğuların yerləşdirilməsi
17 iyun 2026-cı il saat 11:00-dan 17 iyul 2026-cı il saat 11:00-a qədər Abşeron rayonu, Bakı, Sumqayıt, Gəncə və Naxçıvan şəhəri üzrə tətbiq edilən ümumi təhsil müəssisələrində prioritet əsasında məktəb və müəllim seçimi;
17 iyun 2026-cı il saat 11:00-dan 25 iyun 2026-cı il saat 18:00-a qədər Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbinin rus bölməsi üzrə birinci siniflərinə qəbulla bağlı müsabiqəyə yazılmaq üçün qeydiyyat;
17 iyun 2026-cı il saat 11:00-dan 25 iyun 2026-cı il saat 18:00-a qədər rus bölməsi üzrə prioritetlər üzrə üstünlüyü olan uşaqlar üçün prioritetlər üzrə məktəb seçimi və eyni zamanda prioritetlər üzrə üstünlüyü olmayan uşaqlar üçün isə müsabiqəyə qeydiyyatın aparılması (İ.Əfəndiyev adına Elitar gimnaziya, Bakı Slavyan Universiteti nəzdində məktəb-lisey kompleksi, T.Həsənov adına 23 nömrəli tam orta məktəb, 132-134 nömrəli Təhsil Kompleksi, T.İsmayılov adına 6 nömrəli məktəb-lisey, “Zəngi” liseyi)
30 iyun tarixindən 7 iyul tarixinədək Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası, Bülbül adına orta ixtisas musiqi məktəbinin rus bölməsi üzrə qəbulla bağlı müsabiqələrin keçirilməsi;
30 iyun tarixindən 7 iyul tarixinədək rus bölməsi üzrə 1-ci siniflərinə qəbul müsabiqə yolu ilə aparılan (prioritetlər üzrə üstünlüyü olan uşaqlar istisna olmaqla) ümumi təhsil müəssisələrinə rus bölməsi üzrə qəbulla bağlı müsabiqələrin keçirilməsi;
14 iyul tarixindən rus bölməsi üzrə 1-ci siniflərinə qəbul müsabiqə yolu ilə aparılan (prioritetlər üzrə üstünlüyü olan uşaqlar istisna olmaqla) ümumi təhsil müəssisələrinin prioritetlər üzrə seçim etmiş və müsabiqədən uğurla keçən uşaqlar üçün müəllim seçiminin başlaması;
01 sentyabr 2026-cı il tarixdə birinci sinfə qəbulla bağlı elektron qeydiyyatın başa çatması.
Sual: Hansı ümumi təhsil müəssisələrinin 1-ci sinfinə qəbul müsabiqə yolu ilə aparılır?
Cavab: Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası, Bülbül adına orta ixtisas musiqi məktəbinin həm Azərbaycan, həm də rus bölməsi üzrə 1-ci siniflərinə uşaqların qəbulu müsabiqə yolu ilə aparılır. Uşaqların qəbulu zamanı heç bir prioritet üzrə üstünlük nəzərə alınmır.
İ.Əfəndiyev adına Elitar gimnaziya, Bakı Slavyan Universiteti nəzdində məktəb-lisey kompleksi, T.Həsənov adına 23 nömrəli tam orta məktəb, 132-134 nömrəli Təhsil Kompleksi, T.İsmayılov adına 6 nömrəli məktəb-lisey, “Zəngi” liseyinin rus bölməsinin 1-ci siniflərinə prioritetlər üzrə üstünlüyü olmayan uşaqların qəbulu müsabiqə yolu ilə aparılır.
Sual: Tədris digər dillərdə aparılan bölmələr üzrə I siniflərə qəbul hansı qaydada həyata keçirilir?
Cavab: Dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbul uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədilə təşkil olunan müsahibə komissiyalarının rəyi əsasında həyata keçirilir.
Sual: Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəblərinə qəbul hansı qaydada həyata keçirilir?
Cavab: Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəblərinin tədris Azərbaycan dilində aparılan I siniflərinə qəbul uşaqların xüsusi hazırlıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsabiqə komissiyalarının rəyi əsasında həyata keçirilir. Qeyd olunan təhsil müəssisələrinin rus bölməsi üzrə birinci siniflərinə qəbul isə həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibə və uşaqların xüsusi hazırlıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsabiqə komissiyalarının rəyi əsasında aparılır.
Sual: Rus bölməsi üzrə 1-ci siniflərinə qəbul müsabiqə yolu ilə aparılan ümumi təhsil müəssisələrinə Azərbaycan və rus bölmələri üzrə (Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbləri istisna olmaqla) qeydiyyat necə aparılır?
Cavab: Təlim dili Azərbaycan dili seçilərsə, ümumi qaydada, tədris digər dildə aparılan bölmə seçilərsə, ilk növbədə uşağın şifahi nitq bacarıqları müsahibə əsasında qiymətləndiriləcək. Övladı müsahibədən uğur qazanmış valideyn “Prioritet üzrə” bölməsini seçib müvafiq ümumi təhsil müəssisəsinə sorğu yerləşdirə bilər. Prioritet üzrə üstünlükləri olmayan valideynlər (qanuni nümayəndələr) isə elektron sistemdə “Müsabiqə yolu ilə” bölməsini seçərək övladının həmin təhsil müəssisəsinə müsabiqə yolu ilə qəbulu üçün elektron sorğu yerləşdirə bilərlər. Müsabiqələr 30 iyun tarixindən 07 iyul tarixinədək keçiriləcək.
Sual: Məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqların I sinfə qəbulu hansı qaydada həyata keçirilir?
Cavab: Azərbaycan bölməsi üzrə məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqlar üçün həmin bölmə üzrə hazırda təhsil aldığı ümumi təhsil müəssisəsi və müəllim seçilməklə sistem tərəfindən birinci sinfə avtomatik sorğu yerləşdiriləcək;
Tədris digər dillərdə aparılan məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqların valideynləri (qanuni nümayəndə) isə may ayının 06-dən etibarən şəxsi kabinetinə daxil olmalı, müsahibə mərkəzini seçərək övladının müsahibəyə yazılmasını təmin etməlidir. Sonra isə müsahibə nəticəsi məqbul hesab edilən uşaqlar üçün sistem tərəfindən həmin bölmə üzrə birinci sinfə avtomatik sorğu yerləşdiriləcək;
Sual: Övladı üçün sistem tərəfindən 1-ci sinfə avtomatik sorğu yerləşdirilmiş valideynə həmin ümumi təhsil müəssisəsini dəyişmək imkanı verilirmi?
Cavab: Valideyn Şəxsi kabinetində “Sorğunu sil” düyməsini sıxaraq digər ümumi təhsil müəssisəsini seçə bilər.
Sual: Tədris digər dillərdə aparılan birinci siniflərə qəbulla bağlı müsahibələr hansı formada keçiriləcək?
Cavab: Müsahibələr birbaşa ünsiyyət qurma (canlı) formada təşkil olunacaq.
Sual: Müsahibə zamanı uşaqlara hansı meyarlar üzrə suallar verilir?
Cavab: Digər dildə tədris aparılan bölmə üzrə birinci siniflərə qəbul üçün müsahibə komissiyaları tərəfindən aşağıdakı meyarlar əsasında uşaqların yalnız həmin dil üzrə şifahi nitq bacarıqları yoxlanılır:
dinləyib-anlama bacarığı
sadə tapşırıqları dinləyib yerinə yetirir;
qısa (3-5 cümlədən ibarət) mətni dinləyir və suallara cavab verir;
sualı diqqətlə dinləyib uyğun cavab verir;
rabitəli danışma bacarığı
özünü təqdim edir;
ailəsi və vətəni haqqında danışır;
şəkil əsasında sadə cümlə qurur;
söz ehtiyatı
əşyaların adlarını düzgün adlandırır;
heyvan, bitki, meyvə–tərəvəz, peşə adları kimi ümumi anlayışları tanıyır;
xüsusiyyət bildirən sözlərdən istifadə edir (rəngləri adlandırır, ölçü və keyfiyyət bildirən sözləri bilir);
ətraf aləmdə baş verən hadisələri, təbiətdəki mövsümi dəyişiklikləri təsvir edir;
hərf və səsləri anlama və tələffüz etmə
səslərdən söz düzəldir;
hərfi formasına görə tanıyır (böyük və kiçik);
danışıqda eşitdiyi səsi müvafiq hərflə əlaqələndirir;
sözləri aydın tələffüz edir.
Sual: Şifahi nitq bacarıqlarının qiymətləndirilməsinin nəticəsi haqqında məlumat valideynə nə zaman və necə bildiriləcək?
Cavab: Şifahi nitq bacarıqlarının qiymətləndirilməsinin nəticəsi haqqında məlumat uşağın müsahibədə iştirak etdiyi gündən 3 iş günü ərzində SMS vasitəsilə valideynin qeydiyyatdan keçdiyi mobil nömrəyə və şəxsi kabinetə göndəriləcək..
Sual: Müsahibə nəticəsi məqbul hesab edilməyən uşaqlar üçün Azərbaycan bölməsi üzrə müraciət etmək imkanı nəzərdə tutulurmu?
Cavab: Müsahibə nəticəsi məqbul hesab edilməyən uşaqların valideynləri Azərbaycan bölməsi üzrə ümumi təhsil müəssisəsi seçimi edərək sorğu yerləşdirə bilərlər.
Sual: Elektron sistemdə müsahibəyə yazılma mərhələsi hansı tarixdə yekunlaşacaq?
Cavab: Elektron sistemdə tədris digər dillərdə aparılan bölmə üzrə müsahibəyə yazılma mərhələsi 18 may 2026-cı il tarixdə saat 18:00-da bitir.
Sual: Məktəbəhazırlıq qruplarındakı uşaqlar üçün sistem tərəfindən birinci sinfə avtomatik sorğu yerləşdirildikdən sonra valideyn növbəti mərhələdə nə etməlidir?
Cavab: Şəxsi kabinetdən müvafiq ərizəni çap edərək məktəbə təqdim etməlidir.
Sual: Şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üzrə müsahibənin nəticəsi valideyni qane etmədikdə hara müraciət edə bilər?
Cavab:Şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üzrə müsahibənin nəticəsi valideyni qane etmədikdə valideyn (qanuni nümayəndə) 14 may tarixindən 03 iyun tarixinədək www.mektebeqebul.edu.az saytındakı şəxsi kabinetinin “əlaqə” bölməsi vasitəsilə yerli təhsili idarəetmə orqanlarına müraciət edə bilər.
Sual: Şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üzrə müsahibənin nəticəsi valideyni qane etmədikdə və valideyn məsələ ilə bağlı aidiyyəti üzrə müraciət etdikdə uşağın yenidən müsahibədə iştirakı təmin ediləcəkmi?
Cavab:Müsahibənin nəticələrindən narazı olan valideynlərin övladları üçün yenidən müsahibə təşkil olunmayacaq. Apellyasiya komissiyası tərəfindən müsahibə zamanı aparılmış videoçəkilişə baxılaraq müvafiq qərar qəbul ediləcək.
Sual: Lisey və ya gimnaziyaların tədris rus dilində aparılan siniflərinə müəyyən edilmiş prioritetləri olmayan valideynlərin övladının qəbulu hansı qaydada aparılır?
Cavab:Şifahi nitq bacarıqlarının yoxlanılması üzrə müsahibədən uğur qazandıqları təqdirdə lisey və gimnaziyalara müsabiqəyə yazılırlar.
Sual: Tədrisi digər dillərdə aparılan bölmə üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi müsahibəsindən uğur qazanmayan uşaqlar qeydiyyat ünvanına uyğun olan lisey və gimnaziyaların Azərbaycan bölməsinə qəbul edilə bilərmi?
Cavab:Bəli, uşaq tədrisi digər dildə aparılan bölmə üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi zamanı uğur qazanmadıqda, həmin lisey və gimnaziyalarda boş qalan yerlərə yalnız Azərbaycan bölməsi üzrə sorğu yerləşdirə bilər.
Sual: Ərazidən kənarda daimi qeydiyyatda olan uşaqların lisey və ya gimnaziyalara qəbulu mümkündürmü?
Cavab: Əgər valideyn Azərbaycan bölməsi üzrə lisey və ya gimnaziyanı seçmək istəyirsə, qeydiyyat ünvanı həmin lisey və ya gimnaziyanın müəyyən edilmiş ərazisinə uyğun deyilsə, uşağın bacı və qardaşlarından biri həmin lisey və ya gimnaziyada təhsil almırsa və ya valideynlərdən (qanuni nümayəndə) biri həmin lisey və ya gimnaziyada işləmirsə, lisey və gimnaziya üçün müəyyən olunmuş müddətdə tətbiq edilən prioritet götürüldükdən sonra boş qalan yerlərə sərbəst qaydada sorğu yerləşdirə bilər. Tədrisi digər dildə aparılan bölmə seçildiyi halda isə müsabiqəyə yazıla bilər.
Sual: Müsabiqənin nəticələrinə əsasən, lisey və gimnaziyalara (Bakı Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına Orta İxtisas Musiqi Məktəbi) qəbul edilməyən uşaqların valideynləri (qanuni nümayəndələri) elektron sistemdə yenidən ümumi təhsil məktəbi seçə bilərmi?
Cavab: Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbinin müsabiqəsində iştirak etmək üçün övladlarını qeydiyyatdan keçirən valideynlər, eyni zamanda üstünlük hüququ əsasında yaxud sərbəst formada digər ümumi təhsil müəssisəsini seçib sorğu yerləşdirə bilər. Müsabiqədən uğur qazandığı halda, digər ümumi təhsil müəssisəsində olan sorğusu avtomatik olaraq silinəcəkdir.
Sual: I sinfə qəbul üzrə müraciətlərin çox olduğu bəzi ümumi təhsil müəssisələrində uşaqların qəbulu ilk növbədə hansı üstünlük hüququ əsasında aparılır?
Cavab: Abşeron rayonu, Bakı, Sumqayıt, Gəncə və Naxçıvan şəhərində yerləşən bir sıra ümumi təhsil müəssisələrində birinci sinfə onlayn qeydiyyat zamanı uşaqların məktəbə qəbulu üzrə aşağıda qeyd olunmuş üstünlük hüquqları təmin olunur:
valideyni (qanuni nümayəndəsi) qeydiyyat ünvanı üzrə həmin ümumi təhsil müəssisəsinin müəyyən edilmiş ərazisində yaşayan;
valideyni (qanuni nümayəndəsi) həmin ümumi təhsil müəssisəsində işləyən;
bacısı və ya qardaşı həmin ümumi təhsil müəssisəsində təhsil alan.
Sual: Bakı və Sumqayıt şəhərində yerləşən ümumi təhsil müəssisələrinin müəyyən edilmiş mikroərazisi haqqında necə məlumat əldə etmək olar?
Cavab: Valideyn (qanuni nümayəndə)) Bakı şəhəri üzrə https://baku.edu.gov.az/az/page/333, Sumqayıt şəhəri üzrə isə https://bit.ly/4gyiSR2 linkinə daxil olaraq Bakı və Sumqayıt şəhərində yerləşən ümumi təhsil müəssisələri və həmin təhsil müəssisələrinin müəyyən edilmiş mikroəraziləri haqqında məlumat əldə edə bilər.
Sual: Prioriteti olmayan uşaqlar üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisəsinə necə qəbul ola bilər?
Cavab: Valideynlər prioriteti olmayan övladları üçün üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrinin boş qalan yerlərinə Azərbaycan bölməsi üzrə 05 iyun saat 11:00-dan, tədris digər dillərdə aparılan bölmələr üzrə isə 17 iyul saat 11:00-dan etibarən sərbəst qaydada sorğu yerləşdirə bilərlər.
Sual: Hansı halda valideyn elektron sorğusunu ləğv edib başqa ümumi təhsil müəssisəsi seçimi edə bilər və ya edə bilməz?
Cavab: Valideyn şəxsi kabinetində müvafiq ümumi təhsil müəssisəsinə elektron sorğu yerləşdirib, tələb olunan sənədləri təqdim edib, ümumi təhsil müəssisəsi tərəfindən sistemdə təsdiq vurulduqdan sonra sorğusunu ləğv edə bilməz. Yalnız ümumi təhsil müəssisəsi tərəfindən sistemdə imtina düyməsi vurulduğu halda, valideynin qeydiyyatdan keçdiyi nömrəyə verifikasiya kodu göndərildikdən sonra həmin kod daxil edilməklə sorğunu silib başqa ümumi təhsil müəssisəsi seçimi etmək olar.
Sual: I sinfə şagird qəbulu üçün hara və hansı sənədlərin təqdim edilməsi tələb olunur?
Cavab:Valideyn (qanuni nümayəndə) I sinfə şagird qəbulu üçün aşağıdakı sənədləri ümumi təhsil müəssisəsinə təqdim etməlidir:
Azərbaycan Respublikasının vətəndaşları üçün - valideynin şəxsiyyətini təsdiq edən sənədin və uşağın şəxsiyyət vəsiqəsinin əsli və surəti;
Azərbaycan Respublikasının vətəndaşlığını sonradan almış və övladının doğum haqqında şəhadətnaməsi əvvəllər vətəndaşı olduğu ölkə tərəfindən verilmiş şəxslər üçün Azərbaycan Respublikasının 16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsi və ya xarici ölkənin doğum haqqında şəhadətnaməsi;
xarici ölkə vətəndaşları üçün - valideynin xarici pasportu, Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi (olduğu təqdirdə), uşağın doğum haqqında şəhadətnaməsinin əsli və surəti;
digər ölkələrin vətəndaşları olan, qaçqınlıq statusu almış şəxslər üçün Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının Himayə Sənədi;
uşağın sağlamlığı haqqında tibbi arayışı (forma 26U);
2 (iki) ədəd 3x4 ölçüdə rəngli fotoşəkil
valideynin (qanuni nümayəndənin) www.mektebeqebul.edu.az elektron sistemində yaradılmış “Şəxsi kabinet”indən çap olunmuş “Ərizə”.
Sual: Yaşı 9 və yuxarı olan uşaqların I sinfə qəbulu mümkündürmü?
Cavab:Bəli. Yaşı 9 və yuxarı olan uşaqlar Azərbaycan Respublikası Təhsil nazirinin 29.05.2014-cü il tarixli, 645 nömrəli əmri ilə təsdiq edilmiş “Fərdi təhsilin təşkili haqqında Qaydalar”ın tələblərinə uyğun olaraq fərdi təhsilə cəlb olunurlar.
Sual: Yaşı 9 və yuxarı olan uşaqların qeydiyyatı üçün hara və hansı sənədlərlə müraciət edilməlidir?
Cavab:Yaşı 9 və yuxarı olan uşaqların valideynləri www.mektebeqebul.edu.az elektron sistemində qeydiyyatdan keçdikdən sonra 01.07.2025-ci il tarixindən yaşayış yerindən arayış, 2 ədəd 3x4 rəngli fotoşəkil, valideynin (və ya qanuni nümayəndənin) və uşağın şəxsiyyətini təsdiq edən sənəd, ehtiyac yaranarsa, sağlamlıq haqqında arayışla (forma 26U) yerli təhsili idarəetmə orqanlarına müraciət etməlidir.
Sual: Sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu necə həyata keçirilir?
Cavab:Sağlamlıq imkanları məhdud uşaqların I sinfə qəbul olunmaları üçün www.mektebeqebul.edu.az elektron sistemində qeydiyyatdan keçdikdən sonra 5 (beş) iş günü müddətində valideyn (digər qanuni nümayəndə) aşağıdakı sənədləri yaşayış yeri üzrə Rayon Təhsil Sektoruna təqdim edir:
valideynin (digər qanuni nümayəndənin) himayəsində olan xüsusi təhsilə ehtiyacı olan övladının psixoloji-tibbi-pedaqoji komissiyanın müayinəsindən keçirilməsi üçün razılıq ərizəsi;
valideynin (digər qanuni nümayəndənin) şəxsiyyət vəsiqəsinin surəti;
uşağın şəxsiyyət vəsiqəsinin surəti;
uşağın xəstəliyi ilə bağlı yaşayış yeri üzrə xidmət göstərən poliklinikanın baş həkimi tərəfindən təsdiq edilmiş ətraflı tibbi arayış (forma 27U);
yaşayış yerindən arayış. - Psixoloji-tibbi-pedaqoji komissiya müayinə sənədlərini qəbul edərək on gün ərzində uşağın müayinə olunacağı günü təyin edir. - Psixoloji-tibbi-pedaqoji komissiya bir ay müddətində xüsusi təhsilə ehtiyacı olan uşağın müayinəsini keçirir və uşağın məhdudiyyətlərinə və imkanlarına əsaslanaraq təhsilinintəşkilinə dair qərar qəbul ediir. Qərar, müayinə sənədlərinin surəti və komissiyanın uşağın inkişafının qiymətləndirməsinin nəticələri onun təhsil alacağı təhsil müəssisəsinə göndərilir.
Sual: Xüsusi qayğıya ehtiyacı olan sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu üçün məktəb seçimi necə həyata keçirilir?
Cavab:Sağlamlıq imkanı məhdud uşaqların xüsusi təhsilə cəlb olunması Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən Rayon Təhsil Sektorlarının nəzdində fəaliyyət göstərən psixoloji-tibbi-pedaqoji komissiyanın qərarına əsasən həyata keçirilir. Psixoloji-tibbi-pedaqoji komissiya sağlamlıq imkanları məhdud uşağın cəlb olunacağı xüsusi təhsilin təşk

ÜMUMİ TƏHSİL MƏKTƏBLƏRİNİN, LİSEY VƏ GİMNAZİYALARIN I SİNFİNƏ ELEKTRON SƏNƏD QƏBULU SİSTEMİ

13/05/2026

https://www.facebook.com/share/p/1BfHNHr94C/?mibextid=wwXIfr

WUF13 müddətində Bakı məktəblərində tədris “Rəqəmsal məktəb” üzərindən aparılacaq

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) keçirildiyi dövrdə Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin (Pirallahı, Qaradağ, Suraxanı, Sabunçu və Nizami rayonları istisna olmaqla) V-XI sinifləri üzrə tədris prosesi 18-22 may tarixlərində distant (məsafədən) formada keçiriləcək.

Yasamal, Səbail, Nəsimi, Nərimanov, Binəqədi, Xətai və Xəzər rayonlarındakı ümumi təhsil müəssisələrini əhatə edən distant dərslər “Rəqəmsal məktəb” platforması üzərindən tədris olunacaq.
Müəllimlər şəxsi kabinetlərindəki “Microsoft” alətləri bölməsi vasitəsilə “Teams” platformasına keçid edərək dərs cədvəllərini hazırlaya bilərlər.

Onlayn dərslərə qoşulmaq üçün dərs məlumatları platforma üzərindən şagirdlərlə paylaşılacaq.

https://reqemsal.edu.az/

Photos from Bakı şəhəri Elxan Həsənov adına 139 saylı tam orta ümumitəhsil məktəbi's post 10/05/2026

Hörmət və ehtiramla anırıq!!!
Məktəbin rəhbər heyəti və müəllim kollektivi Azərbaycan dövlətçiliyinin memarı, Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri düzmüş və əziz xatirəsini dərin hörmət və ehtiramla yad etmişlər.

Photos from Bakı şəhəri Elxan Həsənov adına 139 saylı tam orta ümumitəhsil məktəbi's post 10/05/2026

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illik yubileyi münasibətilə məktəbin kitabxanasında şagirdlərin iştirakı ilə dəyirmi masa təşkil olunmuşdur. Tədbirdə Ulu Öndərin əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilmiş, şagirdlərə onun mənalı həyat yolu, zəngin siyasi fəaliyyəti və Azərbaycanın inkişafı, dövlətçiliyinin möhkəmləndirilməsi naminə gördüyü misilsiz xidmətlər haqqında ətraflı məlumat verilmişdir.

Photos from Bakı şəhəri Elxan Həsənov adına 139 saylı tam orta ümumitəhsil məktəbi's post 08/05/2026

Məktəbdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə V–VI–VII sinif şagirdləri arasında şahmat yarışı keçirilmişdir.
Yarışın keçirilməsində əsas məqsəd şagirdlərin asudə vaxtının səmərəli təşkili, onların intellektual bacarıqlarının inkişaf etdirilməsi və strateji düşünmə qabiliyyətinin artırılması olmuşdur.
Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın sonunda qalib şagirdlər diplom və təşəkkürnamələrlə təltif olunmuşlar.
Qaliblər:
🥇 Hacızadə Murad — I yer
🥈 Musayev Əli — II yer
🥉 Şəmsəddinov Səid — III yer
Şagirdlərimizi təbrik edir, gələcək yarışlarda da onlara uğurlar arzulayırıq!

Photos from Bakı şəhəri Elxan Həsənov adına 139 saylı tam orta ümumitəhsil məktəbi's post 07/05/2026

Məktəbdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 103 illik yubileyi ilə əlaqədar tədbir keçirilmişdir.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin Azərbaycanın taleyində oynadığı misilsiz roldan, müasir Azərbaycan dövlətçiliyinin formalaşması və inkişafı istiqamətində göstərdiyi tarixi xidmətlərdən bəhs olunmuşdur. Şagirdlərə Ümummilli Liderin uzaqgörən siyasətinin bu gün də dövlətimizin davamlı inkişafının əsasını təşkil etdiyi barədə ətraflı məlumat verilmişdir.

Tədbir çərçivəsində Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarxlar nümayiş etdirilmiş, həmçinin şagirdlər tərəfindən Ulu Öndərə həsr edilmiş ədəbi-bədii kompozisiyalar təqdim olunmuşdur.

Photos from Bakı şəhəri Elxan Həsənov adına 139 saylı tam orta ümumitəhsil məktəbi's post 07/05/2026

Məktəbin 6-cı sinif şagirdləri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 103 illik yubileyi münasibətilə Qaradağ rayonunda yerləşən Heydər Əliyev Mərkəzinə ekskursiya etmişlər.

Ekskursiya zamanı mərkəzin əməkdaşı şagirdləri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və siyasi fəaliyyətini əks etdirən ekspozisiya zalı ilə tanış etmişdir. Şagirdlərə Ulu Öndərin uşaqlıq və gənclik illəri, eləcə də zəngin həyat yolu və çoxşaxəli fəaliyyətinin bütün dövrləri haqqında ətraflı məlumat verilmişdir.

Sonda şagirdlər Ulu Öndərə həsr olunmuş filmi izləyərək ekskursiyanı böyük maraqla başa vurmuşlar.

Photos from Bakı şəhəri Elxan Həsənov adına 139 saylı tam orta ümumitəhsil məktəbi's post 01/05/2026

5-ci sinif şagirdləri arasında tarix fənni üzrə bilik yarışı təşkil edilmişdir. Yarışın keçirilməsində əsas məqsəd şagirdlərin tarixi biliklərini möhkəmləndirmək, onlarda milli-mənəvi irsimizə və keçmişimizə marağı artırmaq, həmçinin komanda şəklində işləmək bacarıqlarını inkişaf etdirmək olmuşdur. Yarış zamanı şagirdlər həm qədim dövrlərə, həm də Azərbaycanın zəngin və şanlı tarixinə dair sualları cavablandıraraq yüksək fəallıq nümayiş etdirmişlər.

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


Lökbatan
Baku