Azerbaijan State Academy of Physical Education and Sport

Azerbaijan State Academy of Physical Education and Sport

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Azerbaijan State Academy of Physical Education and Sport, Campus Building, Fatali Khan Khoyski str., 98, AZ 1072 Baku, Baku.

05/06/2025

Azərbaycan xalqını va dünya müsəlmanlarını müqəddəs Qurban bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirik!

Allah bütün qurbanları qəbul etsin!

02/06/2025

ASA Azərbaycanın minifutbol millisini dünya çempionu olması münasibəti ilə təbrik edir! ⚽

Bakıda keçirilən minifutbol üzrə dünya çempionatının final görüşündə Azərbaycan və Macarıstan yığmaları üz-üzə gəlib. Milli Gimnastika Arenasında təşkil olunan matç komandamızın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da Azərbaycanın minifutbol millisi dünya çempionu adını qazanıb.

Qeyd edək ki, minifutbol millimizdə Azərbaycan İdman Akademiyasının (ASA) məzunları Xətai Bağırov, Mirmehdi Rzayev, Samir Həmzəyev və Rəvan Kərimov da yer alıb.

02/06/2025

ASA-nın həmtəşkilatçılığı ilə konqres keçiriləcək.

20–22 noyabr 2025-ci il tarixlərində Konya şəhərində III Beynəlxalq Məşq və İdman Elmləri Konqresi (UESBK-2025) keçiriləcək.

Konqres Selçuk Universitetinin ev sahibliyi, Ondokuz Mayıs Universiteti, Ordu Universiteti, Sinop Universiteti, Giresun Universiteti və Azərbaycan İdman Akademiyasının (ASA) birgə təşkilatçılığı ilə baş tutacaq.

Konqres həm əyani, həm də onlayn formatda keçiriləcək və müxtəlif ölkələrdən elm adamlarını, tədqiqatçıları və sahə mütəxəssislərini bir araya gətirərək idman elmləri sahəsində elmi bilik və təcrübə mübadiləsi üçün mühüm platforma yaradacaq.

Qeydiyyat üçün:
https://www.uesbk.org/basvuru-ve-kayit

28/05/2025

28 May – Müstəqillik Günü

27/05/2025

İdman idarəçiliyi üzrə təhsil və tədqiqat məsləhətçisi, idman elmləri və bədən tərbiyəsi üzrə fəlsəfə doktoru Maykl Anaqnostou Azərbaycan İdman Akademiyasında tədrisi ingilis dilində aparılan “İdman menecmenti” ixtisaslaşmasının I tədris ili magistrantlarına “İdman marketinqi” fənnini tədris edir.

Tədris zamanı xarici ekspert magistrantlara idman marketinqinin əsas prinsipləri, tarixi inkişaf mərhələləri və müasir yanaşmalar barədə ətraflı məlumat verib. Fan davranışları, istehlakçı motivasiyası, bazar seqmentasiyası, texnologiyanın marketinqə təsiri, brend dəyərinin formalaşdırılması, stadion və infrastruktur marketinqi kimi mövzular əhatə olunub.

Dərslər yalnız nəzəri biliklərlə məhdudlaşmayıb. Belə ki, magistrantlar Manchester City, EFL, Robinhood Marathon və digər real hadisələr əsasında hazırlanmış case study-lər üzərində işləyərək analiz və qərarvermə bacarıqlarını inkişaf etdiriblər. Eyni zamanda sosial məsuliyyət, davamlılıq və fanlarla effektiv kommunikasiya kimi aktual mövzular ətrafında müzakirələr aparılıb.

Photos from Azerbaijan State Academy of Physical Education and Sport 's post 26/05/2025

Mayın 23-də Azərbaycan İdman Akademiyasında (ASA) doktorant və dissertantların növbəti attestasiyasına həsr olunmuş elmi seminar keçirilib.

ASA-nın Elmi-tədqiqat Mərkəzi doktorant və dissertantların cari ildə 2024/2025-ci tədris illəri üçün növbəti attestasiya prosesini təşkil edir.

Akademiyada əsasən üç əsas elmi istiqamət – tibb elmləri, pedaqogika elmləri və iqtisad elmləri üzrə doktorantura və dissertanturada hazırlıq hazırlıq həyata keçirilir.

Üç fakültə üzrə fəlsəfə və elmlər doktoru proqramında təhsil alan 30-dan çox doktorant və dissertantın cari təhsil ilində apardıqları elmi tədqiqatlar işləri və əldə etdikləri nəticələrə dair hesabatları dinlənilib. Onların növbəti təhsil ilinə davam etmələri ilə bağlı məlumatlar Akademiyanın Elmi Şurasına təqdim olunacaq.

23/05/2025

Azərbaycan İdman Akademiyasında (ASA) 17-18 may tarixlərində Avstriyanın “ComplexCore+” təşkilatının icraçı direktoru və Akademiyanın “Bədən tərbiyəsi və idmanda reabilitasiya” proqramı üzrə məsul şəxsi Roman Yahoda tərəfindən üçsəviyyəli “ComplexCore+” təlimi keçirilib.

Üçsəviyyəli təlim proqramının məqsədi iştirakçıların bədən gövdəsi, yuxarı və aşağı ətraflar üçün uyğun fiziki hərəkətləri seçməklə bərpa terapiyasını və məşq prosesini planlaşdırmaq bacarıqlarını inkişaf etdirməkdir.

19-23 may tarixlərində Roman Yahoda tərəfindən ASA-da silsilə seminarlar təşkil edilib. Seminarlar “Fizioterapiya” ixtisası üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulub və “Fizioterapiya”, “Əzələ funksiyasının müayinəsi”, “Reabilitasiya. Giriş”, “Onurğa reabilitasiyası”, “Çanaq reabilitasiyası”, “Çiyin reabilitasiyası”, “İdman müalicəsi (idman masajı, manual terapiya)”, “Reabilitasiyanın mərhələləri” mövzularını əhatə edib.

Mayın 23-də isə “ComplexCore+” təşkilatının icraçı direktorunun Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının məşqçi, fizioterapevt və həkimləri, eləcə də ASA tələbələri üçün “Futbolda reabilitasiya” mövzusunda seminarı baş tutub.

Azərbaycan İdman Akademiyası “ComplexCore+” ilə bu əməkdaşlığı daha yüksək səviyyəyə çatdırmağa çalışır və beynəlxalq təcrübənin tətbiqi ilə ölkədə reabilitasiya sahəsinin inkişaf istiqamətini və gələcək perspektivlərini aydın şəkildə nümayiş etdirmək niyyətindədir.

Photos from Azerbaijan State Academy of Physical Education and Sport 's post 23/05/2025

Mayın 23-də Azərbaycan İdman Akademiyasında “Trusted AI platform for sport data” (“İdman datası üçün etibarlı süni intellekt platforması”) adlı təlim keçirilib.

Tədbirin açılış mərasimində çıxış edən Azərbaycan İdman Akademiyasının Elm və innovasiya üzrə prorektorunun müşaviri Nailə Kələntərli qonaqları salamlayaraq, OriginTrail ChatDKG platforması haqqında ətraflı məlumat verib. O, sözügedən platformada yeni verilənlər bazasının yaradılması ilə bağlı verilənlərin düzğün toplanması, ötürülməsi və təhlili haqqında danışıb.

Təlimdə iştirak edən Avropa İdman Gimnastikası Federasiyasının vitse-prezidenti, Sloveniyadan olan Edvard Kolar çıxış edərək, yaradılan yeni platformanın məqsədi, əhəmiyyəti və mühüm rolu barədə təlim iştirakçılarını məlumatlandırıb.

Təlim OriginTrail şirkətinin qurucusu Tomaz Levak tərəfindən aparılıb. Qeyd edək ki, bu təlim Azərbaycan İdman Akademiyasının Sloveniyada FitBack Europe platforması əsasında AzerFIT-in qurulması üzrə təlimini uğurla başa vurmuş tələbələr üçün təşkil olunub.

23/05/2025

Azərbaycan İdman Akademiyasının (ASA) rektoru Fuad Hacıyev 2024/2025-ci il mövsümündə Azərbaycan Tələbə Liqasının çempionu olmuş tələbə-idmançılarla görüşüb.

Görüşdə ASA-nın Keyfiyyət təminatı və ömürboyu təhsil üzrə prorektoru Rafail Novruzov, elmi katib, professor Bəxtiyar Rüstəmov, Komanda idman növləri kafedrasının müdiri İlqar Əliyev, məşqçi heyəti və komandanın üzvləri iştirak ediblər.

Rektor Fuad Hacıyev tələbələri qazandıqları uğur münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində yeni nailiyyətlər arzulayıb.

Sonda xatirə fotosu çəkilib.

23/05/2025

Azərbaycan İdman Akademiyası, Azərbaycan Cüdo Federasiyası (ACF) və Böyük Britaniyanın Hertfordşir Universiteti arasında imzalanmış üçtərəfli Anlaşma Memorandumu çərçivəsində Akademiyada cüdo məşqçiliyi ixtisası üzrə təhsil alan I və II kurs tələbələri üçün nəzəri və praktiki dərslər keçirilib.

Tədris prosesi ACF-in Təlim-Məşq Mərkəzində müəyyən olunmuş cədvələ uyğun şəkildə baş tutub. Hertfordşir Universitetinin professoru Mayk Kallenin rəhbərlik etdiyi layihəyə həm xarici, həm də yerli mütəxəssislər cəlb olunub.

Tələbələr dərslər zamanı beynəlxalq məşqçilik standartlarına uyğun təhsil proqramı əsasında nəzəri biliklər əldə edib və praktiki bacarıqlarını təkmilləşdirib.

Photos from Azerbaijan State Academy of Physical Education and Sport 's post 22/05/2025

ASA-nın prorektoru Türkiyəyə səfər edib

Azərbaycan İdman Akademiyasının (ASA) Tədris işləri üzrə prorektoru Ülkər Babayeva Türkiyənin Antalya şəhərində səfərdə olub.

Səfər çərçivəsində ASA-nın prorektoru Akdeniz Universitetinin prorektoru professor Cengiz Topel, İdman Elmləri Fakültəsinin dekanı professor Tennur Yerlisu Lapa və professor Tuba Melekoğlu ilə görüşüb. Görüşdə iki ali təhsil müəssisəsi arasında əməkdaşlığın genişləndirilməsi, İdman Elmləri Fakültəsi ilə birlikdə “Məşqçilik” ixtisası üzrə ikili diplom proqramının inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Prorektor Ülkər Babayeva Akdeniz Universitetinin düşərgəsi ilə yaxından tanış olub.

21/05/2025

Mayın 21-də Slovakiya Turizm və İdman Nazirliyinin nümayəndə heyəti baş katib xanım İvana Sufliarska Libiakovanın rəhbərliyi ilə Azərbaycan İdman Akademiyasının (ASA) qonağı olub.

Akademiyaya səfərin əsas məqsədi ASA-nın tədris proqramları və infrastrukturu ilə yaxından tanış olmaqdır. Qonaqları salamlayan ASA-nın Tədris işləri üzrə prorektoru Ülkər Babayeva Akademiyanın ikili diplom proqramları da daxil olmaqla bütün ixtisaslar haqqında geniş məlumat verib.

Görüşdə Slovakiya ilə Azərbaycan arasında idman təhsili və elmi sahədə mümkün əməkdaşlıq istiqamətləri müzakirə edilib.

Daha sonra qonaqlar ASA-nın MediaLab və İdman Tibbi Tədqiqatları Laboratoriyasında yaradılan şəraitlə tanış olublar.

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Category

Culinary Team

Attire

Website

Address


Fatali Khan Khoyski Str., 98, AZ 1072 Baku
Baku
1014