Şuşa Rayon Quşçular Məktəb

Şuşa Rayon Quşçular Məktəb Xocalı rayon Quşçular kənd tam orta ümumtəhsil məktəb .Azərbaycan Respublikası Təhsil Nazirliyi Şuşa Rayon Təhsil Şöbəsi.

11/08/2026

📢 Təhsil sənədləri artıq myGov-da!

💻 Təhsil haqqında dövlət nümunəli sənədlər artıq mygov platformasında əlçatandır.

🎓 2026-cı il məzunları təhsil müəssisələri tərəfindən imzalanmış elektron təhsil sənədlərini mygov (web) → “Təhsil məlumatlarım” → “Elektron təhsil sənədlərim” bölməsindən əldə edə bilərlər.

📌 Elektron sənədin üzərindəki QR kodu oxudaraq və ya edu.gov.az saytının “Sənəd yoxlama” bölməsində sənədin nömrəsi və doğum tarixini daxil etməklə sənədin həqiqiliyini yoxlamaq mümkündür.

📱 Yaxın günlərdə elektron təhsil sənədləri mygov mobil tətbiqində də əlçatan olacaq.

🎯Təhsil sənədləri artıq rəqəmsal formatda — daha rahat və əlçatan.

11/08/2026

📢 Ümumi təhsil müəssisələrinin məzunlarına elektron attestatlar təqdim olunur

🎓 2025–2026-cı tədris ilindən etibarən ümumi təhsil müəssisələrinin məzunlarına təhsil haqqında dövlət sənədləri ilk dəfə elektron formatda təqdim olunur. Belə ki, 2026-cı il məzunları attestatlarını artıq myGov platformasından əldə edə bilərlər.

📊 Yeni tətbiq çərçivəsində təxminən 300 min məzunun attestatı elektron sənəd formasında hazırlanıb. Təhsil müəssisələrinin rəhbərləri tərəfindən elektron imza ilə təsdiqlənmiş attestatlar artıq myGov platformasında əlçatandır.

💻 Məzunlar elektron attestatlarını myGov (web) → “Təhsil məlumatlarım” → “Elektron təhsil sənədlərim” bölməsindən əldə edə bilərlər. Valideynlər isə övladlarına aid təhsil sənədlərinə “Övladlarımın təhsil sənədləri və məlumatları” bölməsi vasitəsilə baxa bilərlər.

🔎 Elektron attestatın üzərindəki QR kodu oxutmaqla və ya edu.gov.az saytının “Sənəd yoxlama” bölməsində sənədin nömrəsi və doğum tarixini daxil etməklə attestatın həqiqiliyini yoxlamaq mümkündür.

📌 Qeyd edək ki, elektron attestatların yaxın günlərdə myGov mobil tətbiqində də əlçatan olması təmin ediləcək.

🎯 Elektron attestatların tətbiqi məzunlara təhsil sənədlərini daha rahat, operativ və əlçatan şəkildə əldə etmək imkanı yaradır.

16/07/2026
Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen ilə görüşü Azərbaycan–Avropa İttifaqı mü...
08/07/2026

Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen ilə görüşü Azərbaycan–Avropa İttifaqı münasibətlərinin inkişafında mühüm mərhələ kimi qiymətləndirilir. Görüş zamanı enerji təhlükəsizliyi, iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi, bərpa olunan enerji sahəsində əməkdaşlıq, nəqliyyat və logistika layihələri, eləcə də regional təhlükəsizlik və sülh prosesi ətrafında geniş fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verən etibarlı tərəfdaş olduğunu vurğulayıb. O, ölkəmizin təbii qaz ixracı ilə yanaşı, yaşıl enerji sahəsində də böyük potensiala malik olduğunu və bu istiqamətdə Avropa İttifaqı ilə əməkdaşlığın genişləndirilməsinin qarşılıqlı maraqlara xidmət etdiyini bildirib.
Görüşdə həmçinin qarşılıqlı etimad, bərabərhüquqlu tərəfdaşlıq və beynəlxalq hüququn prinsiplərinə əsaslanan əməkdaşlığın əhəmiyyəti qeyd olunub. Tərəflər enerji, iqtisadiyyat, nəqliyyat və digər sahələrdə mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi, regional sabitliyin və davamlı sülhün təmin olunması istiqamətində birgə fəaliyyətin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Xocalı rayon Quşçular kənd tam orta ümumtəhsil məktəbinin direktoru Turan Əhmədova

26/06/2026
17/06/2026
Şagirdimizi təbrik edirik
17/06/2026

Şagirdimizi təbrik edirik

16/06/2026

Məktəbli formasına dair tələblərə riayət olunması hüquqi müstəvidə təsbit edilir.

"Azərbaycan müəllimi" AZƏRTAC-a istinadən xəbər verir ki, bu, Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Ümumi təhsil haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Təhsilalanlarla bağlı qanunvericilikdə nəzərdə tutulan dəyişiklik dövlət ümumi təhsil müəssisələrində artıq müəyyən edilmiş geyim tələblərinə riayət olunmasının hüquqi müstəvidə təsbit edilməsini nəzərdə tutur.

Address

Baku

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+994517016673

Website

Alerts

Be the first to know and let us send you an email when Şuşa Rayon Quşçular Məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Şuşa Rayon Quşçular Məktəb:

Shortcuts

Share

Category