20/03/2025
Bahar ətirli Novruz bayramınız mübarək!
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from UNEC MBA TEC, College & University, İstiqlaliyyət 8, Baku.
20/03/2025
Bahar ətirli Novruz bayramınız mübarək!
08/03/2025
8 Mart- Beynəlxalq Qadınlar Günü münasibətilə bütün xanımları təbrik edirik!
30/12/2024
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə hər birinizi təbrik edirik!
27/12/2024
Dekabrın 27 -də UNEC Biznes Məktəbinin (MBA) Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə peşəkar təlimçi, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyinin İnsan resursları şöbəsinin Tədris, inkişaf və qiymətləndirmə sektorunun müdiri Leyla Tağıyevanın magistrlər üçün təşkil edilmiş "Təqdimat bacarıqları" adlı təlimi baş tutmuşdur.
Təlimdə təqdimat zamanı davranış, təqdimatı effektiv edən vasitələr və təqdimatda edilən tipik səhvlər kimi mövzular müzakirə edilmiş və tələbələrin çoxsaylı sualları cavablandırılmışdır.
22/12/2024
🔔Cari tədris ilinin birinci semestrinin sonunda möhtəşəm təlimlə qarşınızdayıq!
📢 UNEC MBA üzrə Tələbə Elmi Cəmiyyəti sizi təqdimetmə bacarıqlarınızı inkişaf etdirmək üçün təşkil olunan " *Təqdimat bacarıqları"* adlı sertifikatlı təlimə dəvət edir.
👨🎓Təlim peşəkar təlimçi, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyinin İnsan resursları şöbəsinin Tədris, inkişaf və qiymətləndirmə sektorunun müdiri *Leyla Tağıyeva* tərəfindən keçiriləcək və sizin suallarınızı cavablandıracaq.
✒ Təlimdə təqdimat zamanı davranış, təqdimatı effektiv edən vasitələr və təqdimatda edilən tipik səhvlər kimi mövzulara diqqət yetiriləcəkdir.
Təlim tarixi və vaxtı:
🗓 Tarix: 27 dekabr 2024
⏰ Saat: 17:00
📍Ünvan:
UNEC İçərişəhər korpusu, "Heydər Əliyev" zalı
📌Qeydiyyat linki: https://docs.google.com/forms/d/16By8tklefKCQkyrDLVbI_8YHkDoqpkIWL1mbWk20bJo/edit
💎 Bu təlim, düzgün təqdimat qaydalarını öyrənərək və təcrübədə həyata keçirərək uğur qazanmağınız üçün əla fürsətdir!
♦️Qeydiyyat linki bio-da
04/12/2024
UNEC MBA Proqramı CFA İnstitutunun akkreditasiyasını əldə etdi!
ACCA-da (Association of Chartered Certified Accountants) akkreditasiyadan sonra UNEC MBA proqramının dörd ixtisas və bir bakalavr ixtisasının da artıq CFA (Chartered Financial Analyst) tələblərinə uyğunluğunu təsdiq etdi.
Belə ki, UNEC MBA Proqramı nüfuzlu Sertifikatlaşdırılmış Maliyyə Analitikləri İnstitutunun akkreditasiyasını qazanıb və İnstitut tərəfindən tərəfdaş universitet kimi qəbul edilib (CFA İnstiute University Affiliation Program). UNEC MBA Proqramının Maliyyə, Qiymətli kağızlar, Risk menecment və Maliyyə analitikası ixtisaslaşmaları CFA proqramının tələb etdiyi Biliklər Məcmusunu (CFA Program Candidate Body of Knowledge (CBOK)) əks etdirdiyi, CFA İnstitutunun Etik Qaydalar və Peşəkar Davranış Standartlarının (Code of Ethics and Standards of Practice) tələblərinə cavab verdiyi və məktəbin tədris proqramlarının magistrantların maliyyə və investisiya sahəsində dünyanın ən nüfuzlu və tanınmış sertifikatı olan Sertifikatlaşdırılmış Maliyyə Analitiki kvalifikasiyasına tam hazırlaması CFA İnstitutu tərəfindən təsdiqlənib.
17/11/2024
Milli Dirçəliş Günümüz mübarək! 🇦🇿
12/11/2024
12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür.
08/11/2024
📢 UNEC Tədrisin Metodiki və Keyfiyyət Təminatı Mərkəzi aktual mövzularda silsilə təlimlərə start verir. Təlim ödənişli şəkildə online həyata keçiriləcək.
Təlimi bitirən şəxslərə sertifikat veriləcəkdir.
08/11/2024
"Qürurla qeyd etdiyimiz 8 Noyabr Zəfər Günü, azadlıq və birlik uğrunda mübarizəmizin simvoludur. Şəhidlərimizin ruhu şad olsun, Vətənimiz hər zaman güclü və müstəqil qalsın!
18/10/2024
Müstəqilliyimiz əbədi olsun!
04/10/2024
Oktyabrın 4 -də UNEC Tələbə Elmi Cəmiyyəti MBA məktəbinin təşkilatçılığı ilə peşəkar təlimçi, gənc alim, "Tədqiqatın əsasları" dərsliyinin müəllifi, ADA müəllimi, Tedqiqat.com" platformasının təsisçisi inqilab
Şahbazovun "Akademik yazı qaydaları"adlı təlimi baş tutmuşdur.
Təlimdə akademik yazının strukturu, məqalə yazma
qaydaları və akademik jurnalların tələbləri kimi mövzular müzakirə edilmişdir. Təlim boyu verdiyi biliklər və paylaşdığı məlumatlar üçün İnqilab müəllimə UNEC MBA Məktəbi Tələbə Elmi Cəmiyyəti adından təşəkkür edirik.