Mələk Ailə-Uşaq Klubu

Mələk Ailə-Uşaq Klubu Hər biri öz ailəsi üçün əziz, sevimli və əvəzolunmaz olan övladlarımız cəmiyyətimizin gələcəyidir.

"PZ" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən əsası qoyulan "Mələk" ailə-uşaq klubu artıq altı ildir ki, əziz uşaqlarımızdan qayğı və diqqətini əsirgəmir. Cəmiyyətimizin sağlam gələcəyi naminə hərtərəfli və düzgün formalaşmış, geniş dünyagörüşlü uşaqlar yetişdirmək və bu işdə valideynlərin ən yaxın köməkçisi olmaq klubumuzun əsas məqsədidir. "Mələk" ailə-uşaq klubu tərəfindən uşaqlarda düşdüyü mühitə müsbət emosional münasibətin inkişaf etdirilməsi, onlarda şəxsi sosial xüsusiyyətlərin formalaşdırılması istiqamətində aparılan fəaliyyət onların həm fiziki, həm intellektual, həm də sosial inkişafında müsbət nəticələr əldə etməyə yönəlmişdir. Keçirilən tədbirlər, viktorinalar, təşkil olunan ekskursiya və gəzintilər balacaların hərtərəfli inkişafında mühüm amillərdəndir. "Mələk" ailə-uşaq klubu tədris prosesində "Təhsil haqqında" qanunu və digər qanunvericilik aktlarını əldə rəhbər tutaraq son yenilik və islahatlardan da davamlı olaraq yararlanır, uşaqlarda oxumaq həvəsi, elmə, biliyə maraq yaratmaqla , individual olaraq yanaşmaqla bərabər hər birinin fərdi bacarıqlarının inkişafında yardımçı olur. Gündəlik həkim nəzarəti və sağlam qida övladlarının gələcəyini körpə yaşından düşünən, sabahlarını parlaq görmək istəyən valideynləri və uşaqlarımızın sağlamlığını nəzərə alaraq tətbiq edilir. Uşaqların yaxşı təhsil alması üçün təmizlik və təhlükəsizlik çox vacibdir. "Mələk" ailə-uşaq klubunda müasir stadartlara cavab verən maddi-texniki bazanın və təhlükəsizlik kameralarının olması da sabitliyə və etibarlılığa zəmanət verir.

Hamınızı  Yeni il və Dünya Azərbaycanlıların həmrəyliyi münasibətilə təbrik edirik. 2020-ci ilin sizə uğur gətirməsini d...
31/12/2019

Hamınızı Yeni il və Dünya Azərbaycanlıların həmrəyliyi münasibətilə təbrik edirik. 2020-ci ilin sizə uğur gətirməsini diləyirik 🙂

İşimizin önəmli hissələrindən biri də valideynlərlə daima sıx əlaqədə olmaq, gündəlik valideynlərə operativ şəkildə çatd...
26/12/2019

İşimizin önəmli hissələrindən biri də valideynlərlə daima sıx əlaqədə olmaq, gündəlik valideynlərə operativ şəkildə çatdırmaqdır.

Cənab prezident İlham Əliyev, sizi ürəkdən təbrik edir, ölkəmizin inkişafı və xalqımızın rifahı naminə fəaliyyətinizdə u...
24/12/2019

Cənab prezident İlham Əliyev, sizi ürəkdən təbrik edir, ölkəmizin inkişafı və xalqımızın rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayırıq.

Uşaqları həm əyləndirib həm də öyrədirik. Əylənərək öyrənmələri uşaqlar üçün daha effektiv metoddur.
23/12/2019

Uşaqları həm əyləndirib həm də öyrədirik. Əylənərək öyrənmələri uşaqlar üçün daha effektiv metoddur.

Əsas prioritetimiz övladınızın sağlamlıq və təhlükəsizliyi, sizin gözünüzün arxada qalmamasıdır.
20/12/2019

Əsas prioritetimiz övladınızın sağlamlıq və təhlükəsizliyi, sizin gözünüzün arxada qalmamasıdır.

Dekabrın 12-si xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anım günüdür. Dərin hüzünlə anırıq!
12/12/2019

Dekabrın 12-si xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anım günüdür. Dərin hüzünlə anırıq!

Bağçamızda uşaqların ehtiyaclarına fərdi yanaşılır və hər bir uşaq diqqətdə saxlanılır. İşinin peşəkarı olan koman...
26/11/2019

Bağçamızda uşaqların ehtiyaclarına fərdi yanaşılır və hər bir uşaq diqqətdə saxlanılır. İşinin peşəkarı olan komandamız övladınız üçün ən yaxşısını etmək üçün var gücü ilə çalışır.

12 noyabr Azərbaycan Respublikasının Konstitusiya Günüdür. Konstitusiya Gününüz Mübarək!
12/11/2019

12 noyabr Azərbaycan Respublikasının Konstitusiya Günüdür. Konstitusiya Gününüz Mübarək!

9 Noyabr Dövlət Bayrağı Günü münasibətilə xalqımızı təbrik edirik.
09/11/2019

9 Noyabr Dövlət Bayrağı Günü münasibətilə xalqımızı təbrik edirik.

Uşaqlara başını qatmaq üçün telefon, planşet, kompüter vermək əvəzinə dostları ilə olacağı mühitdə - bağçada oyunlar oyn...
26/10/2019

Uşaqlara başını qatmaq üçün telefon, planşet, kompüter vermək əvəzinə dostları ilə olacağı mühitdə - bağçada oyunlar oynamalı, inkişafını təmin edəcək məşğələlərdə iştirak etməlidir.

Sülh və azadlıq içində yaşayan xalqımızı milli müstəqillik günü münasibəti ilə təbrik edirik!
18/10/2019

Sülh və azadlıq içində yaşayan xalqımızı milli müstəqillik günü münasibəti ilə təbrik edirik!

Biz onlara dostluğun, sevginin, yardımlaşmağın necə ali və dəyərli hislər olduğunu uşaq yaşdan öyrədirik. Çünki, uşaqlıq...
11/10/2019

Biz onlara dostluğun, sevginin, yardımlaşmağın necə ali və dəyərli hislər olduğunu uşaq yaşdan öyrədirik. Çünki, uşaqlıqda qoyulan sağlam təməllərin heç vaxt sarsılmayacağını yaxşı bilirik.

Address

S. Rəhman Küçəsi 53
Baku
AZ1078

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00

Telephone

0124402363

Alerts

Be the first to know and let us send you an email when Mələk Ailə-Uşaq Klubu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Mələk Ailə-Uşaq Klubu:

Shortcuts

Share

Category