21/06/2026
📢 Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təhsil alan tələbələrin ixtisas (sınaq) istehsalat işlərinin qəbulu uğurla yekunlaşdı.
🔹 Tələbələr təhsil müddətində qazandıqları nəzəri bilikləri praktik bacarıqlarla nümayiş etdirərək müxtəlif texniki tapşırıqları müvəffəqiyyətlə yerinə yetirdilər. İstehsalat (sınaq) işləri onların peşə hazırlığı səviyyəsinin qiymətləndirilməsi, əmək bazarına hazırlıqlarının müəyyənləşdirilməsi və real iş mühitində əldə etdikləri təcrübənin nümayişi baxımından mühüm əhəmiyyət daşıyır.