Bash Adminle Elaqe Azərbaycan Kooperasiya Universiteti respublikanın ali təhsil sistemində mühüm yerlərdən birini tutur. Burada işgüzar kollektiv formalaşmışdır.
Son illərdə bizim universitetdə təhsil almaq istəyən abituriyentlərin sayı surətli templərlə artmaqdadır. Hal-hazırda universitetdə təhsil alanların sayı 4000 nəfərdən artıqdır.Burada kadr hazırlığı bakalavr ,
magistr , aspirantura pilləsində iki dildə :-azərbaycan və rus dillərində aparılır.
40 ildən çox yaşı olan universitet çox çətin , lakin şərəfli yol keçmişdir. 1964-cü ildə SSRİ
Sentrosoyuzunun (SSRİ mərkəzi İstehlak Cəmiyyətləri İttifaqı) İdarə Heyətinin qərarına əsasən
Azərbaycanda Moskva Kooperativ institutunun Bakı Tədris-Məsləhət Məntəqəsi yaradılmışdır. Həmin
dövrdə burada bütün Qafqaz respublikaları, Şimali Qafqaz və Orta Asiya vətəndaşları təhsil alırdılar. Sonrakı dövrlərdə Bakı Tədris-Məsləhət Məntəqəsinin fəaliyyəti genişləndirilərək Moskva kooperativ
İnstitutunun Bakı filialına və nəhayət Azərbaycan Kooperasiya Universitetinə çevrilmişdir. Universitetin məzunları arasında alimlər, millət vəkilləri, iş adamları, dövlət qulluğunun müxtəlif pillələrində
çalışan insanlar vardır. Bazar iqtisadiyyatı və rəqabət şəraitində Azərbaycan Kooperasiya Universiteti öz nüfuzunu qoruyub saxlaya və inkişaf etdirə bilmişdir. Xüsusi qeyd etmək lazımdır ki, universitetin böyük uğurlara imza atmasında Ümummilli liderimiz Heydər Əliyevin diqqət və qayğısı mühüm rol oynamışdır. Azərbaycan Respublikası Prezidentinin 391 saylı 30 avqust 2000-ci il tarixli fərmanı universitetin gələcək fəaliyyət istiqamətlərini müəyyən etmiş və onun inkişafına böyük təkan vermişdir. Bu gün Azərbaycan Kooperasiya Universiteti tanınmış, nüfüzlu təhsil, elm və mədəniyyət mərkəzlərindən biridir. Hal-hazırda universitetin əməkdaşlarının sayı 400 nəfərdən artıqdır ki, bunlardan 30 nəfər elmlər doktoru, 145 nəfər elmlər namizədidir. Universitetin məqsədi həyatda və əməkdə yüksək nailiyyətlər əldə etmək üçün gənc nəslə fundamental elmi biliklər verməkdir. Sərbəst düşüncəli , təşəbbüskar, qətiyyətli, yeniliklərə can atan, mənəvi cəhətdən yetkin, vətənpərvər, öz dünya görüşünə görə beynəlminəl mütəxəssislər yetişdirmək ücün universitetin daim müasirləşən maddi texniki bazası və kadr potensialı vardır. AKU-da
beynəlxalq iqtisadi münasibətlər,
ticarət və istehlak kooperasiyasının iqtisadiyyatı və idarə edilməsi, gömrük işinin təşkili,
mühasibat uçotu və audit,
maliyyə və kredit,
iqtisadiyyatın hüquqi tənzimlənməsi,
marketinq,
beynəlxalq ticarət,
xarici dil (ingilis dili),
coğrafiya,
riyaziyyat və informatika,
vergi işinin təşkili,
dövlət və bələdiyyə idarəetməsi,
menecment,
kommersiya,
turizm və sosial sferada mədəni servis,
ekologiya və təbiətdən istifadə,
istehlak mallarının keyfiyyət ekspertizası,
standartlaşdırma və sertifikasiya,
ərzaq və qeyri-ərzaq məhsullarının əmtəəşünaslığı
kimi ixtisaslar üzrə ali təhsilli kadr hazırlanır. Universitetdə magistratura və aspirantura fəaliyyət göstərir, «Kooperasiya» elmi məcmuə və «Kooperasiya-Bizim qəzet»i nəşr olunur, tibb məntəqəsi, kitabxana, oxu zalı, kompyüter texnologiyası, laboratoriyaları, akt zalı, mətbəə, istehlak kooperasiya muzeyi, yeməkxana, idman zalı və s. malikdir. Universitet MDB ölkələri Kooperasiya Ali məktəb rektorları Şurasının üzvüdür, Türkiyə, Rusiya, Ukrayna, Moldova və digər ali təhsil müəssisələri elmi-texniki əməkdaşlıq edir tələbə və müəllim mübadiləsi aparır. Bu gün universitet inkişaf və tərəqqi dövrünü yaşayır. Respublika Prezidenti İlham Əliyevin etimadını layiqincə yerinə yetirmək əzmində olan universitetin kollektivi öz gücünə inanır və sabaha böyük inamla addımlayır.
27/09/2023
⚫️ Lokal antiterror tədbirlərində 192 hərbçi, 1 mülki şəxs şəhid olub, 511 hərbçi yaralanıb.
Kooperasiyamızın Məzunu olmuş Qasımov İbrahim Malik oğlu.
Ruhun Şad olsun !!!
Allah Bütün Şəhidlərimizə rəhmət eləsin 🇦🇿
17/01/2020
Kooperasiyada Son Qar❄️🌨
Bu il şekil çeken yoxdu :) .
Hamsı köhnedi :)
25/12/2019
Səhifələrdə Abbas Müəllimin Videosunu Paylaşırlar,Guya kimsə öz aləmində Babası yaşda kişiylə məzələnir.
Kim Çəkib Yayıbsa Ayıb Olsun.Abbas Müəllim Hələ Bir Tələbəni İncitməyib,Biz də Ərgən Olub Zarafat Eləmişiy,Amma Elə şey mədəniyyətsizliydi.
04/06/2019
Hardasa Indilərdə Bir Kooperasiyalı Tələbə İmtahanın Opşi Pulunu Aparır Dekana Verməyə,Yolda da Şəklin Çəkib Storydə Paylaşır.Altına da Yazıb Ki Bahalı Həyat zad zud.Eləmiyin də Belə,Biliriy Ətağa Özüvün Deyil Dədən Verib,Biz də Keçmişiy O Yolları 🙄😃
Kooperasiyanın Məşhur Kazımı Var idi Nooldu Ona Qaqalar ? 🙄😀
19/02/2019
Sabooz xeyir Köhnələr 😅🤚🏻❄️☃️
27/11/2018
Bir Zamanlar AKU-nun Pəncərəsindən Kollecə Tərəf Baxıb Qızlara Himcimlə Nömrə Verməy İstəyən Qaqaların 80 Faizi Evlənib Oğul Uşaq Sahibidilər Artıq(Bu Səhifədən).
Necə Gəldi Getdi O Boyda Vaxt 😀🤣
05/03/2018
Sizin Kimi Müəllimləri Heç Bir Tələbə Unutmaz Kərəm Müəllim.
Bizi Danlasaz da Həmişə Haqlı İdiz.
Siz Heç Bir Tələbəyə Pislik Etmədiz,Heç bir Tələbəni Kiminsə Ayağına Vermədiz.
Sözünüzdə Həmişə Mərd Olmusuz.
Kaş yenə sizin Tələbəniz Olardıq .
Yenə Patokda Qızları Çıxarıb Bizimlə Söhbət Edərdiz.
Allah Sizə Rəhmət Eləsin..
Nur İçində Yatın Kərəm Müəllim !!!
Qrup 253
19/10/2017
Kooperasiyada olan bu günki razborkadan görüntüler
Razborka :)
18/09/2017
Bir zamanlar biz də Tələbə idik.
Adı Guya dərsə getmək idi,Dərsə girməyib Təbrizə domino oynamağa gedərdiy,ya da padvaldakı playstationa gedib Pes oynuyardiğ.
Heyif O tələbəlik illərindən.
24/08/2017
Qarabaga Uğurlar ❤️
Şekile Max Like :) Kooperasiya Ehli ❤️