07/09/2026
🎓 “Heç vaxt gec deyil” – 3 övlad anasının tələbəlik arzusu gerçəkləşdi!
Ailə, uşaqlar və gündəlik qayğılar... Kənarə Mustafazadə bütün bunların arasında oxumaq arzusunu heç vaxt unutmadı, sadəcə təxirə saldı.
İllər sonra yenidən özünə şans verən 3 övlad anası Naxçıvan Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olub. 📚
Kənarə deyir ki, bu qərarı həm özünü inkişaf etdirmək, həm də övladlarına nümunə olmaq üçün verib:
💬 “Uşaqlarıma ‘istəsəniz, heç vaxt gec deyil’ deyə bilmək istəyirdim”.
Bu yolda ən böyük çətinliyi isə zaman bölgüsü olub. Uşaqları yatandan sonra dərs oxuyub, gün ərzində imkan yaranan kimi hazırlıqlarına vaxt ayırıb. Yorulduğu anlarda isə məqsədini xatırlayıb.
Ətraflı: https://muallim.edu.az/ozume-sans-vermek-qerarina-geldim-3-usaq-anasi-olan-telebe