R.Nəsirov adına 111 nömrəli tam orta ümumtəhsil məktəbi
20 Yanvar küçəsi 1 ünvanda yerləşən Rövşən Nəsirov adına 111 nömrəli tam orta ümumtəhsil məktəbi.
Direktor / Hacıyeva Jalə xanım/ Bizimlə əlaqə saxlaya bilərsiniz. R.Nəsirov adına 111 nömrəli tam orta ümumtəhsil məktəbin rəsmi facebook səhifəsi. Direktor: Jalə Hacıyeva
Adres: Nəsimi rayonu, 4cü mikrorayon, 20 yanvar küçəsi 1
Əlaqə nömrəsi: +994124313989
16/05/2026
Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Mənim irsim danışır” respublika müsabiqəsi keçirilmişdir.
Müsabiqədə məktəbimizin Gənc turist dərnəyinin üzvləri 4c sinif şagirdi Məmmədli Yağmur, 5c sinif şagirdləri Leyla Ələkbərli və Mehri Ələkbərli, 7 b sinif şagirdi Quluzadə Günel fəal iştirak edərək sertifikata layiq görülmüşdülər.
Şagirdlərimizə yaradıcılıq fəaliyyətlərində daima uğurlar əldə etməyi arzu edirik.
Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar keçirilən bu müsabiqə ölkənin zəngin memarlıq irsinin və tarixi abidələrinin gənc nəslə tanıdılması baxımından xüsusi aktuallıq kəsb edir və milli irsin qorunması və təbliği istiqamətində həyata keçirilən təşəbbüslərə uyğun olaraq reallaşdırılıb.
Layihənin əsas məqsədi uşaq və gənclərin Azərbaycanın zəngin tarixi-mədəni irsi ilə daha yaxından tanışlığını təmin etmək, onların yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək və milli dəyərlərə bağlılığını gücləndirməkdən ibarət olub.
Müsabiqə çərçivəsində iştirakçıların işləri “Sükutun dili: Bölgəmin gölü”, “Keçmişə körpü: Tarixi körpünün səsi”, “Əbədi növbətçi: Qalanın dili”, “Karvanların yolu: Karvansarayın xatirələri”, “Daşların sirri: Tarixi abidənin söhbəti” və “Təbiətin nəfəsi: Dağ, meşə və şəlalənin dili” nominasiyaları üzrə hazırlanaraq təqdim edilib.
“Mənim irsim danışır” layihəsi gənc nəslin milli kimlik şüurunun formalaşmasına, onların tarixi-mədəni dəyərlərə marağının artırılmasına və yaradıcı potensialının üzə çıxarılmasına mühüm töhfə verib.
14/05/2026
14/05/2026
15 may Ailə Günü münasibəti ilə Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılıgı ilə keçirilən tədbirdə məktəbimizi Hüseynovlar ailəsi təmsil etdi.Ailə dəyərlərini özündə əks etdirən bu ailənin üç qız övladı məktəbimizdə təhsil alır.Ailə başçısı Fəqan bəyin və Sona xanımın timsalında yüzlərlə ailələrimizlə qürur duyur, onlara möhkəm ailə bagları ilə qurulmuş,dəyərlərimizi qoruyacaq saglam ailə arzulayıriq. Belə bir tədbirin aparıcılıq missiyasını həyata keçirən,məktəbin ibtidai sinif müəllimi Qönçə müəllimi və məktəbin şagirdi Ugur balamızı isə növbəti fəaliyyətləri münasibəti ilə təbrik edirik.
14/05/2026
Bu gün Nəsimi rayon Polis İdarəsinin əməkdaşları məktəbin 10-11 sinif oglanlarını ilə görüş keçirdi.Görüşün əsas mövzusu "Zərərli vərdişlərə yox deyək!"idi.Mövzu ətraflnda söhbət çox səmərəli və işgüzar keçdi.Gələcək naminə hər bir kəsin saglıgına sahib çıxmasının bu mövzu ətrafında açıqlaması geniş şəkildə təqdim olundu.
08/05/2026
Bu gün biz Azərbaycan xalqının yaddaşında əbədi yaşayan böyük dövlət xadimi,müasir Azərbaycan dövlətinin qurucusu ,Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbirə toplaşdıq.Tədbir Ulu Öndər Heydər Əliyev və Şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Məktəbin ibtidai sinif müəllimi Qönçə müəllimin ifasında "Dahi" mahnısı,şagirdlərimizin ifasında isə Ulu Öndərin sevimli mahnıları səsləndi.Tədbirin sonunda məktəbin ictimai həyatında,təhsil sahəsində akademik göstəriciləri ilə fərqlənən şagirdlərə yaşıl kartlar təqdim olundu.Şagirdlər də öz növbələrində, belə bir əlamətdar gündə təltif olunduqları üçün qürur hissi keçirdilər.
08/05/2026
"Hər zaman ürəklərdə yaşan Lider,Heydər Baba!" Bu sözlərlə I I"ç" sinfi öz təqdimatını etdi.
08/05/2026
Məktəbin şagirdləri Ulu Öndərimiz Heydər Əliyevi böyük ehturamla yad etdilər.Ruhu qarşısında baş əyirik!
Məktəbin foyesində,tənəffüs zamanı Ulu Öndərimızin ən çox sevdiyi mahnı məktəbin ibtidai sinif müəllimi Qönçə müəllimənin ifasında , pianinoda məktəbin təsərrüfat işləri üzrə direktor müavini Telman müəllimin müşayəti ilə səsləndi.
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Address
20 Yanvar Kecesi 1
Baku
Opening Hours
| Monday | 08:00 - 17:00 |
| Tuesday | 08:00 - 17:00 |
| Wednesday | 08:00 - 17:00 |
| Thursday | 08:00 - 17:00 |
| Friday | 08:00 - 17:00 |