Vazeh Asgarov

Vazeh Asgarov

Share

Dr. Vazeh ASGAROV, Ass. Prof./PhD Strasbourg University
Acting Rector/Azerbaijan State Oil and Industry University-ASOIU
Board Member YAP
Prez/French Allumni

Les artices scientifiques en histoire, langues (sciences sociales).

28/08/2024

✅ Azİİ yenə liderdir!
Nüfuzlu dünya universitetləri reytinqlərində ildən-ilə irəliləyən, Azərbaycanın mühəndis təhsili verən aparıcı ali məktəbi olan ADNSU Sizin gələcək uğurlarınızın start götürəcəyi doğru ünvandır.
100 ildən artıq zəngin təcrübəyə malik Universitetimizin başlıca amalı Sizi yüksəkixtisaslı peşəkar kimi formalaşdırmaqdır.
Qəbul olunmuş hər bir abituriyenti 20 mindən artıq tələbə və professor, müəllim heyəti adından salamlayır və təbrik edirik!
Xatırladaq ki, 2024/2025-ci tədris ilində ADNSU-ya qəbul olan gənclər qeydiyyat mərhələsini online qaydada www.portal.edu.az platforması üzərindən həyata keçirə biləcəklər.
2024/2025-ci tədris ilində hər birinizə uğurlar arzulayırıq!

Photos from Vazeh Asgarov's post 12/07/2024

125 000 dollar məbləğində investisiya qazanmış UFAZ məzunlarından ibarət "Nexus Lab" komandası ilə görüşüm baş tutdu.
UFAZ University nin “Nexus Lab” komandası 2022-ci ildə “ActInSpace 2022” layihəsində Fransanın Kann şəhərində keçirilən beynəlxalq “ActInSpace” kosmik texnologiyalar üzrə hakatonun qalibi olmuşdu. Nəticədə, tələbələr həm hakatonun “Qran-Pri”sini, həm də Avropa İttifaqının Kosmik Proqramlar Agentliyinin xüsusi mükafatını qazanmışdılar. “Nexus Lab” komandası həmçinin “Baku ID 2024” yarışmasında da iştirak edərək, 1-ci yeri tutmuşdu. Nəticədə, komandanın təqdim etdiyi layihə SABAH Hub tərəfindən 100.000 dollar, “Caucasus Venture” tərəfindən isə 25.000 dollar məbləğində investisiyaya layiq görülmüşdür.

11/07/2024

9 ali məktəb arasında Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nin də adının olması sevindirici haldır.

11/07/2024

✅ Azİİ-nin növbəti elmi uğuru!
QS World Ranking: ADNSU Avropanın 394, Asiyanın isə 19-cu ən yaxşı universitetidir.
Universitetimiz əcnəbi müəllimlərin sayına görə bu il Azərbaycanda birinci, dünyada isə 634-cü yerdədir.
Dünyanın ən nüfuzlu reytinq təşkilatı olan “QS Quacquarelli Symonds” agentliyi “QS Avropa 2025” (“QS Europe 2025”) və “QS Qərbi Asiya 2025” (“QS Western Asia 2025”) reytinq nəticələrini elan edib. Avropanın 42 bölgəsindən müvafiq meyarlara cavab verən 685 ali təhsil müəssisəsi reytinq siyahısında yer ala bilib.
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) “QS Avropa 2025” reytinqində ötən illə müqaisədə 40 pillə irəliləyərək 394-cü mövqeyə yüksəlib.
ADNSU "Qərbi Asiya 2025" reytinqində isə öz mövqeyini 2 pillə yüksəldərək 19-cu sırada qərarlaşıb.
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 2025-ci il üçün “QS Dünya Universitetlərinin Reytinq Sıralamasında” (“QS World Ranking”) dünyada 1001-1200, Azərbaycanda isə 2-ci yerdə qərarlaşıb.
Ötən ilin göstəricisi ilə müqayisədə əhəmiyyətli irəliləyişin səbəbi ADNSU-nun akademik və işə götürən indikatorlarına görə 4 dəfə, beynəlxalq tədqiqat şəbəkəsi üzrə indikatora görə 1-dən 6.6-ya, əcənəbi müəllimlərin əmsalına görə 10,1-dən 17,4-ə yüksəlməsidir. Qeyd edək ki, əcnəbi müəllimlərin əmsalına görə ADNSU Azərbaycanda liderlik edir, dünyada isə 634-cü yerdədir.
Qeyd edək ki, ADNSU məşğulluq göstəricisinə görə dünyada TOP-500-də yer alıb.
Onu da xatırladaq ki, Quacquarelli Symonds (QS) Dünya Universitetlərinin Reytinqində iştirak üçün 106 ölkədən 5663 universitet müraciət edib. Onlardan 2025-ci il üçün “QS Dünya Universitetlərinin Reytinq Sıralamasında” 1503 universitet yer alıb.
, ,

Photos from Vazeh Asgarov's post 10/07/2024

Milli Gimnastika Arenasında ADNSU-nun “Məzun Günü” keçirilib
İyulun 9-da Milli Gimnastika Arenasında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Məzun Günü” keçirilib.
Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə açılış nitqi ilə çıxış edən ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov öncə universiteti uğurla başa vuran məzunları təbrik edib. Dosent Vazeh Əsgərov çıxışında yüksəkixtisaslı mühəndislər yetişdirən ADNSU-da təhsil və tədrisin müasir tələblərə uyğun təşkili, universitetin elmi nailiyyətləri və beynəlxalq metrik bazalarda yüksək pillələrdə qərarlaşması haqqında iştirakçılara məlumat verib.
“Məzun Günü”ndə Gənclər və İdman naziri Fərid Qayıbov, Elm və təhsil nazirinin müavini İdris İsayev, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, SOCAR-ın vitse-prezidenti Arzu Cavadova çıxış edərək Azərbaycanda gənclərin savadlı və sağlam formalaşmasının hər zaman prioritet olduğunu bildiriblər. Çıxışlarda Azərbaycanda, eyni zamanda ölkə hüdudlarından kənarda ADNSU-nun yetişdirdiyi mühəndis kadrların neft sənayesinin inkişafına verdiyi töhfələrdən bəhs olunub. Məzunları təbrik edən çıxışçılar diqqətə çatdırıblar ki, həmişə olduğu kimi, bu gün də istehsalatda bu qocaman təhsil ocağının yetişdirdiyi mütəxəssislərə tələbat yüksəkdir.
Yüksək coşqu ilə keçirilən “Məzun Günü”ndə universitetin fəaliyyəti və tədris prosesindən bəhs edən video-təqdimatlar nümayiş olunduqdan sonra ən yaxşı tələbələrin mükafatlandırılması olub. Tədbir bədii hissə ilə davam edib.
, ,

10/07/2024
10/07/2024

Məzun günü yadda qalan edən gənclər!
Hər nə etdiniz möhtəşəm etdiniz!
Salman Salmanov Mugaddas Azizzade

Photos from Vazeh Asgarov's post 08/07/2024

Dördüncü "Yüksəliş" müsabiqəsinin yarımfinal mərhələsinə start verilib.
Bi gün "Bakı Ekspo Mərkəzi"ndə keçirilən mərhələdə qonaq qismində "Yüksəliş" müsabiqəsinin Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, elm və təhsil naziri Emin Əmrullayev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin idarə heyətinin sədri Zaur Əliyev və gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev iştirak edirlər.
Qeyd edək ki, "Yüksəliş" müsabiqəsinin dördüncü mövsümünün yarımfinal və final mərhələlərinin ümumi konsepti "Təbiəti Yaşıllaşdır, Dünyanı Yaxşılaşdır" şüarı ilə Prezident İlham Əliyevin Sərəncamına əsasən elan edilən "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunub.

Photos from Vazeh Asgarov's post 05/07/2024

İyulun 4-də Heydər Əliyev Mərkəzində “SABAH-ın məzunu – 2024” tədbiri keçirilib.
Tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, elm və təhsil naziri Emin Əmrullayev, millət vəkilləri, dövlət və özəl qurumların rəsmiləri, ali təhsil müəssisələrinin rektorları, müəllim və tələbələr, eləcə də digər qonaqlar iştirak ediblər.

04/07/2024

Azİİ Məzun Günü 2024

Photos from Vazeh Asgarov's post 03/07/2024

ADNSU ilə Azərbaycan Tibb Universiteti arasında memorandum imzalanıb
İyulun 2-də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Azərbaycan Tibb Universiteti (ATU) arasında memorandumun imzalanma mərasimi kerçirilib.
Tədbirdən öncə qonaqlar Azərbaycan-Fransız Universitetində (UFAZ) olub, tədris auditoriyaları və laboratoriyalarla tanış olublar.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Açılış nitqi ilə çıxış edən ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov qonaqları salamlayaraq ATU ilə tərəfdaşlıq üçün atılan addımı yüksək qiymətləndirib və əlaqələrin inkişaf etdirilməsinin önəmindən danışıb.
ADNSU-nun dünya universitetləri arasında yüksək reytinq tutması, eləcə də tədqiqat universitetinə çevrilməsi istiqamətində görülən işlərdən danışan dosent V.Əskərov beynəlxalq və yerli təhsil müəssisələri ilə əməkdaşlığın, innovasiyaların tətbiqinin hər iki universitet üçün mühüm əhəmiyyət kəsb etdiyini deyib, əməkdaşlığın yeni mərhələsinin uğurlu olacağına ümidvar olduğunu bildirib.
Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli səmimi qarşılanmaya görə təşəkkürünü bildirərək birgə əməkdaşlığın hər iki tərəf üçün əhəmiyyətindən söz açıb. Memorandumun tələbələr və gənc tədqiqatçılar üçün yeni tədqiqat imkanları açacağını, həmçinin birgə startap ideyalarının, elmi-tədqiqat işlərinin, tədris proqramlarının yerinə yetirilməsinə öz töhfəsini verəcəyini deyib.
Sonra tərəflər arasında memorandum imzalanıb.
Qeyd edək ki, ATU-nun Əczaçılıq fakültəsinin tələbələri xeyli müddətdir ki, ADNSU-nun laboratoriyalarında təcrübə keçirdilər. Bu memarandumun imzalanmasıyla sözügedən fəaliyyət də rəsmiləşmiş olub.

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


Azadliq Avenue, 20
Baku