Dövlət İnvestisiyalarıüzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsinin həyata keçirilməsi ücün Azərbaycan Respublikasına 8 milyon ABŞ dollarıekvivalentində Beynəlxalq İnkişaf Assosiasiyası kreditinin ayrılmasını nəzərdə tutur. Qeyd edək ki, layihənin ümumi dəyərini 10 milyon ABŞ dolları təşkil edir və qalan 2 milyon ABŞ dolları Azərbaycan Höküməti tərəfindən maliyyələşdirilir
Layihənin inkişaf məqsədi: əsas prioritet sektorlarda, xüsusilə də infrastruktur sahələrində, investisiya layihələrinin hazırlanmasının və icrasının keyfiyyətinin və səmərəliliyinin artırılması. Layihənin müddəti: 03 noyabr 2009-cu il – 31 mart 2014-cü il
Layihənin komponentləri:
Komponent 1: Ümumi mövzular üzrə kadr potensialının gücləndirilməsi. Komponent 3: Potensialın gücləndirilməsini dəstəkləyən fəaliyyətlər. Komponent 4: Layihənin icrası. Layihə, layihə idarəetməsi üzrə müasir metodologiyalar sahəsində təlimlərin keçirilməsini, yol, su təchizatı və kanalizasiya xidmətləri sektorları kimi seçilmiş sahələrdə xüsusi texniki təhsilin təmin edilməsini nəzərdə tutur. Layihə, həmçinin, avadanlığın (kompüterlər və laboratoriya avadanlığı) alınmasını, təlim mərkəzlərinin təmirini, potensial ehtiyaclarının təhlili, peşə səriştələrinin təhlilini, təlimin nəticəsində akkreditasiya və sertifikasiyanı, və digər əlaqəli fəaliyyətləri maliyyələşdirəcək
Vəzifələrimiz
Layihənin əsas məqsədlərinə uyğun olaraq aşağıdakılar təmin ediləcək: (i) Ümumi idarəetmə (layihə idarə etməsi, maliyyə, insan qaynaqları və s.) təlimlərinin təşkili və müvafiq qurumların təlimlərə cəlb olunması və benefisiar infrastruktur qurumları (Azərsu ASC, Meilorasiya və Su Təsərrüfatı ASC, Nəqliyyat Nazirliyi və Azəryolservis ASC) üçün xüsusi texniki təlimlərin keçirilməsi; (ii) Təhsil müəssisələrinin (Dövlət İdarəçilik Akademiyası və Memarlıq və İnşaat Universiteti) və inkişaf təşkilatlarının potensialın qurulması sahəsində şəbəkəsinin yaradılması, (iii) Layihə çərçivəsində potensialın gücləndirilməsi ehtiyaclarının təfərrüatlı təhlili, illik icmal və iş proqramlarının hazırlanması vasitəsilə rəhbər işçilərin potensialın gücləndirilməsi fəaliyyəti barədə məlumatlarının artırılması; (iv) Erkən nəticələrin əldə olunması ilə fəaliyyətə impuls verilməsi, və hökumət qurumlarının və dövlət müəssisələrinin rəhbərləri və insan resursları ilə işləyərək bu qurumlarda potensialı gücləndirmək tədbirlərini planlaşdırmaq və icra etmək bacarığının formalaşdırılması. Benefisiar təşkilatlar
Layihə çoxsektorludur və ona görə də bir sıra hökumət qurumlarını və müəssisələri ondan bəhrələnəcək. Bununla belə, bir sıra müəssisələr (Azərsu ASC, Meliorasiya və Su Təsərrüfatı ASC, Nəqliyyat Naziliyi, Azəryolservis ASC) əass benefisiarlar qismində və Dövlət İdarəçilik Akademiyası və Memarlıq İnşaat Universiteti ikinci dərəcəli benefisiarlar qismində seçilmişdirlər və müvafiq təlim mərkəzləri hazır olduqdan sonra onları idarə edəcəklər və bəzi təlimlərin keçirilməsini təmin edəcəklər. Həmin qurumlar üçün onların həyata keçirəcəyi layihə fəaliyyətlərin idarə edilməsi üçün xüsusi qaydalar işlənib-hazırlanacaq.
İcraçılar
Layihə üzrə İşçi Komissiya (LİK): Bu Layihə müxtəlif nazirlik və dövlət agentliklərində bir sıra potensial quruculuq fəaliyyətlərini əhatə etdiyi üçün Layihəyə ümumi rəhbərliyi Azərbaycan Respublikası Nazirlər Kabineti həyata keçirəcək. Nazirlər Kabinetinin rəhbərliyi altında, Baş nazirin müavininin sədrliyi ilə Layihə üzrə İşçi Komissiya (LİK) yaradılmışdır. Bu Komisisyanın digər üzvləri Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Təhsil Nazirliyi, Ədliyyə Nazirliyi, Nəqliyyat Nazirliyi və Azərsudur. LİK digər funksiyalarla yanaşı Layihənin strateji istiqamətinin müəyyənləşdirilməsi və icra agentlikləri arasında əlaqələndirmənin təmin edilməsinə görə cavabdehlik daşıyacaq. İcraçı orqan (Təhsil Nazirliyi):
Layihənin icra vəzifələri Təhsil Nazirliyi tərəfindən yerinə yetiriləcək və strateji planlaşdırma şöbəsinin rəhbəri bu layihənin əlaqələndiricisi təyin olunmuşdur. O, layihənin ümumi icrasına görə Təhsil Nazirliyinə hesabat verəcək. Təhsil Nazirliyi, öz tərəfindən isə, layihəni İqtisadi İnkişaf Nazirliyi və Maliyyə Nazirliyi ilə müzakirə edəcək və hesabatları Nazirlər Kabinetinə təqdim edəcəkdir. Təhsil Nazirliyinin nəzdindəki Layihə Əlaqələndirmə Qrupu (LƏQ) layihə üzrə maliyyə və satınalmalar funksiyalarını yerinə yetirəcək. LƏQ, həmçinin, Layihənin monitorinq və qiymətləndirmə sisteminin tətbiqi, habelə Layihənin məqsədlərinə nail olmaq və onun nəticələrini yaymaq üçün bəzi yardımçı fəaliyyətlər üçün cavabdeh olacaq. Layihənin icrası Layinənin LƏQ Directoru, Təlim müşaviri, Maliyyə üzrə Meneceri, Satınalmalar üzrə Meneceri, Təlim Koordinatorları və İctimaiyyətlə əlaqələr üzrə Məsul şəxs tərəfindən həyata keçirilir