31/08/2024
Biraz öncə uşaqlar binamızın qarşısında pul qabı tapıblar. Pul qabının içindəki şəxsiyyət vəsiqəsi və tələbə bileti Quluzadə Kənan adlı gəncə məxsusdur. Tələbə bileti UNEC Zaqatala Filialina aiddir. Bu filialdan Kənan Quluzadəni tanıyan varsa, aşağıdakı nomrə ilə əlaqə saxlayıb, vəsiqəsini və pul qabını götürə bilər.
Əlaqə: 050 684 80 84
Pul qabı Mingəçevir şəhərində tapılıb.
24/05/2023
📢 PROGRO komandası sizi “Peşəkar İnkişaf Proqramı”na dəvət edir.
📌2 aylıq bu proqramda siz fiziki təlimlər, məşğələlər, praktik tapşırıqlar, aktiv iş axtarışı, tədbirlərin təşkili, müxtəlif mövzularda təqdimatlar, şirkət nümayəndələri ilə görüşlər kimi bir çox fəaliyyətlərdə iştirak edəcək və iş mühitinə bir peşəkar kimi hazırlaşacaqsınız. Bəs bu proqramda kimlər iştirak edə bilər?
❗️Əgər:
- Uğurlu karyeraya başlamaq;
- Şəxsi və peşəkar inkişafınıza yeni nəfəs vermək;
- Həyatdakı seçim imkanlarınızı genişləndirmək istəyirsinizsə;
O zaman TƏLƏSİN!
İştirakçıların seçimi aşağıdakı meyarlara əsasən dəyərləndiriləcək:
✅30 yaşı tamam olmamış;
✅Orta və ya ali ixtisas təhsilli məzunlar;
✅Fəal surətdə iş axtaran, motivasiyalı və öz üzərində işləməyə meyilli gənclər.
📆 İştirak etmək istəyənləri 4 iyun 2023-cü il tarixinədək aşağıdakı müraciət formasından qeydiyyatdan keçməyə dəvət edirik:
📑 https://forms.gle/mATQYgrFmtNBtwVY8
“Peşəkar İnkişaf Proqramı”nda iştirak tamamilə ödənişsizdir.
PROGRO Platforması BMT - nin İnkişaf Proqramı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin birgə əməkdaşlığı çərçivəsində yaradılmışdır və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilir.
14/05/2023
İŞ ELANI
Çevrənizdə olan işsiz insanları tag edə bilərsiniz
sığorta agentləri tələb olunur
Namizədə tələblər
Yaş: 18-45
Cinsi: kişi və qadın
Təhsil: ali və orta ixtisas
İş təcrübəsi: fərq etməz( təlimlər keçirik)
Fikrini aydın izah etmə, yaxşı ünsiyyət və aktiv satış bacarığı olmalı
Karyera qurmaqda maraqlı olmalı
Ofis proqramları və internetlə sərbəst işləməyi bacarmalı
İşində dəqiq və məsuliyyətli olmalı
Dil bilikləri: Azərbaycan (əla),rus və ingilis arzu olunandır
Əsas vəzifə öhdəlikləri
Mövcud müştərilərin sığortalarının yenilənməsi
Yeni müştərilərin cəlb edilməsi üçün telefon zənglərinin edilməsi
Müştərilərə yerindəcə sığorta məhsulları haqqında məlumat vermək
Yerindəcə sığorta şəhadətnaməsi yazmaq
İş şərtləri
İş vaxtı: 10:00 dan 17:00 dək
Maraqlanan şəxslər öz CV formasını, [email protected] ünvanına göndərə bilər.
İnboxa və whatsapp ilə də əlaqə saxlaya bilərlər
Əlaqə üçün (055)-677-00-13
14/08/2021
PROGRO Platforması sizi "İş axtaran gənclər" məlumat bazasında qeydiyyatdan keçməyə dəvət edir.
Aşağıdakı formanı dolduraraq vakansiya səhifələrində paylaşılmayan və ya diqqətdən kənarda qalan iş yerləri haqqında ilk xəbərdar olanlardan biri ola bilərsiz
👆 https://forms.gle/H1VKvYeuAgKpVG9ZA
PROGRO Platforması tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
02/05/2021
"PROGRO Talks" layihəmiz tam sürətlə davam edir.🚀
Budəfəki qonağımız Kapital Bankda Data mühəndisi və Chapter lead olaraq çalışan Nail Mustafazadədir. O, “Biznesdə data mühəndisliyi” mövzusunda danışacaq və sizi maraqlandıran sualları cavablandıracaq.
🗓️ Görüş 6 may aprel saat 20:00-da baş tutacaq. Bu sahəyə marağı olan, ətraflı məlumat əldə etmək istəyən gəncləri bizə qoşulmağa dəvət edirik!
Görüş “Zoom” platforması üzərindən həyata keçiriləcək. İştirak üçün aşağıdakı linkdən qeydiyyatdan keçə bilərsiniz.
📌 Qeydiyyat linki: https://forms.gle/Ah9jDmnziDKdqdxK9
USAID/Azerbaijan UNDP Azerbaijan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Məşğulluq Agentliyi
24/04/2021
Əziz gənclər!
"PROGRO Talks" layihəsi çərçivəsində növbəti qonağımızı təqdim edirik!
"Legalaid" hüquq şirkətinin təsisçisi, hüquqşünas Sona Səlimli Ələsgərova “Əmək qanunvericiliyinin əsasları” mövzusunda danışacaq.
🗓️ Görüş 1 may aprel saat 15:00-da baş tutacaq. Bu sahəyə marağı olan, ətraflı məlumat əldə etmək istəyən gəncləri bizə qoşulmağa dəvət edirik!
Görüş “Zoom” platforması üzərindən həyata keçiriləcək. İştirak üçün aşağıdakı linkdən qeydiyyatdan keçə bilərsiniz.
📌 Qeydiyyat linki: https://cutt.ly/FvFMzO5
USAID/Azerbaijan UNDP Azerbaijan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Məşğulluq Agentliyi
11/04/2021
PROGRO platforması sizi “Peşəkar İnkişaf Təlimləri 10” adlı onlayn təlimlərə dəvət edir.
Əgər:
- Uğurlu karyeraya başlamaq;
- Şəxsi və peşəkar inkişafınıza yeni nəfəs vermək;
- Həyatdakı seçimlərinizi genişləndirmək istəyirsinizsə;
- O zaman TƏLƏSİN və bizimlə peşəkar gələcəyinizin ilk addımlarını atın!
Təlim zamanı əhatə olunacaq mövzular:
- Tənqidi düşüncə
- Emosional zəka
- Təqdimat
- Karyera planlaması
- CV
- Müsahibə
- Şəxsi brendinq
- Şəbəkələşmə
- Onlayn biznes
- Peşəkarlarla görüş
İştirakçıların seçimi aşağıdakı meyarlara əsasən dəyərləndiriləcək:
- Orta və ya ali ixtisas təhsilli;
- İnternetə mütəmadi qoşulma imkanı olan;
- Fəal surətdə iş axtaran, motivasiyalı və öz üzərində işləməyə meyilli gənclər.
İştirak etmək istəyənləri 16 aprel 2021-ci il tarixinədək aşağıdakı müraciət formasından qeydiyyatdan keçməyə dəvət edirik:
https://forms.gle/c3xKLV6n8Pm4gAjWA
Zoom vasitəsilə keçiriləcək onlayn təlimlərdə iştirak tamamilə ödənişsizdir!
“PROGRO - Peşəkar İnkişaf və İnnovasiyalar Platforması”
UNDP Azerbaijan ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ( Dövlət Məşğulluq Agentliyi ) tərəfindən yaradılmışdır və USAID/Azerbaijan tərəfindən maliyyələşdirilir.