123 Nomreli H.Z.Tagiyev

123 Nomreli H.Z.Tagiyev Mərdəkan Haqqinda Ətrafli Məlumat

Sehifeni beyendikden sonra "maraqlarım siyahısına" əlavə Mərdəkan Bakının ən qədim kəndlərindən biridir.

Onun adı “Mərdlər məkanı” kimi tərcümə olunur, bu da yaşayış məskəninin qədim mard tayfaları tərəfindən salınmasına işarədir. Mardların adına isə ilk dəfə Qafqaz Albaniyasında yaşayan tayfaların sırasında rast gəlinir. Mərdəkan barədə xarici səyyahların salnamələrində də məlumatlar var. Qədim tarixçilər Heradot, Strabonun yazdığına görə, mərdlər hələ eramızdan əvvəl 331-ci ildə Qavqamel döyüşündə

İran ordusunun sıralarında qəhrəmancasına vuruşmuş, böyük şücaətlər göstərmişlər. Mərdəkanı 7 tayfadan ibarət böyük bir icma yaradıb: “Bunlar Ocaqqulu, Nəzərli, Subhanlı, Rəhimli, Cəlilli, Bürcülü, Şahsəvənd tayfalarıdır. Tayfaların tərkibi türklər və iranlılardan ibarət olub. Hazırda da bu tayfaların nəsillərindən olan insanlar kənd də yaşayır”. Hələ qədimdən Mərdəkan xalq memarlığının mərkəzi sayılıb. Qəsəbədəki bir sıra qədimi abidələr indiyədək qorunub saxlanılır. Kəndin Qumluq, Qala, Xərmən, Qoyunbulağı , Seyidlər məhəlləsi var. Uzundərə adlanan yerdə əvvəllər taxıl anbarları olub. Vaxtilə Mərdəkan əhalinin əsas məşğuliyyəti heyvandarlıq və əkinçilik olub. Ancaq indi boş ərazilər qalmadığından bu məşğuliyyət növləri unudulub. Arxeololqların araşdırmalarına görə, Mərdəkanda albanlara məxsus daş kitabələr, əşyalar tapılıb. Bu da albanların da ərazidə yaşamasına sübutdur. Yerli sakinlər deyir ki, bəzən həyətlərdə qazıntılar zamanı qədim insanlara məxsus alətlər tapılır. Mərdəkandakı orta əsrlərə aid “Dördkünc Qala” 1187-ci ildə tikilib. Onun inşasında balıqqulağı, əhəng, yumurta sarısı, keçi və dəvə yunundan istifadə edilib. Hündürlüyü 22 metr, 76 pilləsi, 6 otağı var. Böyük müharibələri nəzərə alaraq, ərzaq anbarı kimi istifadə etmək üçün qalanın içərisində 108 quyu düzəldilib. Yeraltı yol vasitəsilə isə digər qalalarla əlaqə yaradıblar. Mərdəkandakı Heydər məscidi 1893-cü ildə yerli sakin Heydər Almazov tərəfindən tikdirilib. Deyilənə görə onun arvadı rus olduğu üçün kənddə ona rus Heydər deyirmişlər. Bir gün Heydər Axund Ələkbərə deyir: “Nə edim ki, mənə “rus” deməsinlər?”. Axund Ələkbər buyurur: “Get, məscid tikdir”. Mərdəkanda baxımsız vəziyyətdə olan qədim hamamlar da az deyil. Xanbaba hamamı Şirvanşahların dövrünə aiddir. Təxminən 1482-83-cü illərdə yerli sakin tərəfindən tikilib. Ziley hamamı XIX əsrin əvvəlləri kənd sakini xeyirxah bir qadın tərəfindən tikilib. Bu hamam qadınlar üçün imiş. Kənddəki 1918-ci il erməni qəsbkarlarına qarşı döyüşdə şəhid olmuş Mərdəkan sakinlərinin uyuduğu Şəhidlər xiyabanının yerində V-VI əsrdə də qəbristanlıq olub. Mərdəkanın ən məşhur yerlərindən biri Dendrari bağıdır. İndi Mərdəkan dendrarisi kimi tanıdığımız bağ 1890-cı illərdə Bakının neft milyonçusu Murtuza Muxtarovun bağı olub. Hazırda burada 1800-ə yaxın bitki növü, 28 növ heyvan və əylənmək üçün katamaranlar, istirahət guşələri var. Mərdəkan dendrarisində həm də bir əsr yaşı olan İtaliyanın Qotik üslubunda tikilmiş qədim bir bina da var. Məhz bu bina bir çox kinorejissorların diqqətini çəkib, “Arşın mal alan”, “Qorxma mən səninləyəm” və bir neçə başqa filmlərdən kadrlar məhz burada çəkilib. Dendrari parkında bir sıra obyektlər mövcuddur: banket zalı; «Lyuks» tipli 1-2 yerlik 20 sayda qonaq otağı; səyahətə gələnlər üçün otaqlar; müxtəlif elmi laboratoriyalar; süni şəlalə; qeyri-adi ecazkar su quyusu; qayıqla gəzinti üçün göl. Mərdəkanda xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin 1885-1924-cü illərdə yaşadığı ev hazırda durur. Pir Həsən adlanan yer kənd sakini olmuş Pir Həsənin adını daşıyır. Burdakı ziyarətgahı Murtuza Muxtarov 1907-ci ildə tikdirib. Ziyarətgahda H.Z.Tağıyev, onun qızı Sara xanım, Axund Hacı Mirzə və Zeynal Səlimxanovun qəbri yerləşir.

Kim hansı ilin məzunudur ?Yazın ki, bir birini axtaranlara tapmaqda kömək olaq.
26/10/2016

Kim hansı ilin məzunudur ?
Yazın ki, bir birini axtaranlara tapmaqda kömək olaq.

Parisdə belə bir məkan var. Telefonunuzun enerji yığmağını istəyirsinizsə, oturub velosiped sürməlisiniz. Ordan yaranan ...
03/10/2016

Parisdə belə bir məkan var. Telefonunuzun enerji yığmağını istəyirsinizsə, oturub velosiped sürməlisiniz. Ordan yaranan enerji telefona ötürülür

Qurban bayramınız mübarək 😌 Sevdiklərinizkə ilə birlikdə neçə belə gözəl bayramlara💙🐑 inşallah..
12/09/2016

Qurban bayramınız mübarək 😌 Sevdiklərinizkə ilə birlikdə neçə belə gözəl bayramlara💙🐑 inşallah..

O günlərə qayıtmaq istiyənlər ?
25/06/2016

O günlərə qayıtmaq istiyənlər ?

Bu günün real universiteti, bir kitabxanadır.
05/10/2015

Bu günün real universiteti, bir kitabxanadır.

ⓣⓔⓑⓡⓘⓚⓛⓔⓡ  Son zenge Sayili gunler qalib.Son zeng munasibetile butun 11-ci sinif usaglarini tebrik edirem..Yeni heyatda ...
26/05/2013

ⓣⓔⓑⓡⓘⓚⓛⓔⓡ Son zenge Sayili gunler qalib.Son zeng munasibetile butun 11-ci sinif usaglarini tebrik edirem..Yeni heyatda ugurlar xosbextlik arzulayiram...Kim necenci ilin mezunudu yazsin görek.

Məktəb illəri üçün darıxanlar
08/05/2013

Məktəb illəri üçün darıxanlar

123 Nomreli H.Z.Tagiyev adına mekteb
10/04/2013

123 Nomreli H.Z.Tagiyev adına mekteb

123 Nomreli H.Z.Tagiyev adına mekteb
10/04/2013

123 Nomreli H.Z.Tagiyev adına mekteb

20/08/2011

Address

Mərdəkan
Baku
1076

Website

Alerts

Be the first to know and let us send you an email when 123 Nomreli H.Z.Tagiyev posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to 123 Nomreli H.Z.Tagiyev:

Shortcuts

Share

Category