13/04/2022
Biznesin inkişafı cəmiyyətin sosial və iqtisadi yüksəlişinin əsas göstəricisidir.
Həmçinin hər birimizə aydındır ki, istənilən biznes sektorlarının innovativ və prespektivliyi üçün sərf olunan fiziki güc, ayrılan zaman,ortaya qoyulan sərmayə mühüm faktor hesab edilir.
Məhz,sözü gedən resursların biznesin formalaşması və inkişafında düzgün tətbiq edilməsi üçün biliyin, davamlı öyrənməyin rolu ön plana çıxmış olur.
Qeyd olunan mövzu ilə bağlı geniş izahları isə spiker PhD. Sakit Səmədov öz çıxışında qeyd edəcəkdir.
08/04/2022
Son illər informasiya texnologiyaları və tətbiq edilən proqramlar elə sürətlə inkişaf edir ki, onun sonrakı fəsadlarının əvvəlcədən dəqiqləşdirilməsi çox zaman mümkün olmur. Sonradan yaranan neqativ vəziyyətin aradan qaldırılmasına xeyli vəsait, zaman və bilik sərf etmək lazım gəlir.
Məhz bu istiqamətdə "Kibertəhlükəsizlikdə atılan addımlar nələrdir və hansı amilləri nəzərə almalıyıq? " kimi mühim sualları spiker Şahin Alıyev öz çıxışında cavablayacaqdır.
06/04/2022
Ölkəmizdə və Dünyada biznes mühitinin daim dəyişdiyi və müsbət formada inkişaf etdiyi hər kəsə məlumdur.Özəlliklə də, texnologiyanın inkişafı ilə Biznesin Rəqəmsallaşması prossesi sürətlənmiş, müxtəlif istiqamətlərdə inkişaf etmişdir.
Bəs Rəqəmsallaşmış dünyada biznes necə idarə olunmalıdır? Məhz bu mövzuda yenilikləri və inkişaf prosseslərini Anar Nəbi öz çıxışı zamanı Sizlərə aydın şəkildə izah edəcək...
06/04/2022
Rəqəmsallaşan Dünyada tək dəyişməyəcək inkişaf yolu yəqin ki, öyrənmək və öyrətmək olacaq. Bu prossesin - "Təhsilin Rəqəmsallaşması"nın nə olduğu və necə davam edəcəyi barədə hər şeyi spikerimiz Qələndar Məmmədli öz çıxışında açıqlayacaq.
06/04/2022
May ayının 21-i baş tutacaq layihəmizin tərəfdaşı olan "Nizami Kino Mərkəzi"nə ( Nizami Cinema Center ) dərin təşəkkürlərimizi bildiririk.
30/03/2022
Liderlik ruhuna sahibsən?
Əgər cavabın "hə"-dirsə, o zaman doğru ünvandasan!
Əgər bu xüsusiyyətlər səndə yoxdursa yenə doğru ünvandasan! Komanda olaraq özünüzü tapacağınız bir layihə təqdim edirik.
Yaxın gələcəkdə görüşənədək, səhifəni izləməyə alın ki, yeniliklərdən xəbərdar olasınız!
19/03/2022
❗Layihə bizdən, idarə sizdən ❗
Əziz tələbələr! Uzun, sıxıcı, qeyri-passiv 2 ildən sonra yepyeni fikirlər ilə qarşınızdayıq. Layihəmiz hazırdır, idarəni isə sizə həvalə edirik!
🖇 Nələr öyrənəcəksiniz? Layihədən qazanclarınız nələr olacaq ?
✅ Komanda quruculuğu və idarə edilməsi
✅ Marketing və reklam alətlərindən istifadə
✅ Bilavasitə idarəçi olduğunuz yerli və qlobal layihələr
✅ Tərəfdaş və sponsorlarla danışıqların aparılması
✅ Tədbir planının hazırlanması və büdcənin hesablanması
Komandamıza qoşulmaq istəyənlərin rəy bölməsinə "+" atması kifayətdir.
QEYD. Biz könüllülər yox, idarəçilər axtarırıq!