19/06/2026
2025–2026-cı tədris ilinin yekun Pedaqoji Şurası keçirildi
Məktəbimizdə 2025–2026-cı tədris ilinin yekunlarına həsr olunmuş Pedaqoji Şura iclası keçirildi.
İclasda ötən tədris ili ərzində görülən işlər ətraflı təhlil edildi, təhsil göstəriciləri, şagird nailiyyətləri, müəllimlərin fəaliyyəti və həyata keçirilən layihələr müzakirə olundu. Eyni zamanda qarşıda duran vəzifələr müəyyənləşdirilərək yeni tədris ili üçün prioritet istiqamətlər barədə fikir mübadiləsi aparıldı.
Məktəbin rəhbərliyi tərəfindən il ərzində göstərdikləri səmərəli fəaliyyətə görə pedaqoji kollektivə təşəkkür bildirildi və gələcək fəaliyyətlərində uğurlar arzulandı.
Sonda yubileyini qeyd edən müəllimlərə Xətai Rayon Həmkarlar Komitəsi tərəfindən xatirə hədiyyələri təqdim olundu.
Bütün müəllimlərimizə əməklərinə görə minnətdarlığımızı bildirir, onlara sağlamlıq, xoş istirahət və yeni tədris ilində daha böyük nailiyyətlər arzulayırıq!