12/12/2023
Övladlarımız üçün ən yaxşı sərmayə nədir❓
➡️ Məlumdur ki, hər valideyn uşağı üçün hər şeyin ən yaxşısını etməyə çalışır. Nəzərə alsaq ki, bugün dünyada sürətli inkişaf gedir, bu sürət insanların da bir-biriylə yarış halında yaşamasına gətirib çıxarır. Dünən aldığımız oyuncaq bugün yenisiylə əvəz olunduqda övladımız da yenisini tələb edir. Biz bugün ən yenisini alarkən, bu işi biznes kimi görənlər sabah üçün yenilərini hazırlayırlar. Beləcə biz gündən günə yoruluruq, tükənirik, övladımız isə qazancsız böyüyür. Böyüklərin hər daim dediyi, gənclərin isə qarşı çıxdığı bir fikir var: uşaqlar varlıq içində yoxluğu bilməlidir. Nə qədər ağır gəlsə də bu cümlənin də həqiqət tərəfi var. Əgər uşaqlarımızın hər dediyini alsaq, hər istədiklərini önlərinə sərsək, onların gələcək üçün tək yatırımı rahatlıq, tənbəllik olacaq. Elə isə dərindən düşünək və öz övladlarımız üçün doğru sərmayə nədir onu düşünək❓
✅Uşaqlarınıza ilk əvvəl sağlam bir örnək olun, həmçinin ilk müəllim kimi həyatda hər şeyin doğru tərəfini öyrədin, hətta bəzən bu sizə qorxu versə belə doğrunu anlatmaqdan çəkinməyin! Bir sözlə sağlam bir mənəviyyat və xarakter insan üçün ən vacib sərmayədir✔️
✅ Uşaqlarınızın sağlamlığı üçün idmana yönləndirin. Bu onların həyatında çox önəmlidir. Sağlam və fiziki gücə sahib olan bir insan, digər üstünlüklərinə qarşı laqeyd davrana bilmez⛹️🏋️
✅Onlara hər hansı sevdiyi bir işlə məşğul olmasına icazə verin. Bu onları rahatladar, bacarmaq hissini yaşadar ve özgüvənlərinin artmasına səbəb olar🏄🤺🏇🚵
✅ Onlar üçün imkan daxilində kiçik bir hesab açın. Hər ay az da olsa müəyyən məbləğ yatırım edin. Bir zamana qədər toplanan məbləğ onları hər hansı bir çətinlikdən qurtara bilər. Mümkünsüzdür deməyin ☺️ Hər ay sadəcə bir oyuncaq və bir geyim az alsaq, əlbəttə ki mümkündür
✅ Birinci qədər önəmli olan, həmçinin hər uşağın hüququ sayılan digər sərmayə isə onlara verilən Təhsildir💯 Unutmayın ki, gələcəkdə uşaqlar sizə nə onlara aldığınız oyuncaqlar, nə də geyimlər üçün təşəkkür edəcəklər. Sadəcə onların təhsili üçün verdikləriniz həm sizə, həm onlara, həm də gələcək nəsillərə fayda verəcək ❗❗❗