Ramazan Dəyərlərini Uşaqlara Necə Öyrətməli? 🤔📖
Videodakı kiçik dostlarımız Ramazan ayının mahiyyətini öz yaradıcı əl işləri vasitəsilə kəşf edirlər. Onların hazırladıqları rəsmlər təkcə rənglərdən ibarət deyil, həm də mühüm mənəvi dərsləri ehtiva edir:
🤝 Yardımlaşmaq: Ehtiyacı olanlara əl tutmağın önəmi.
❤️ Birlik: Birlikdə güclü, həmrəy olmağın sevinci.
⏳ Səbr etmək: Çətinliklərə dözməyin və iradənin gücü.
🙏 Dua etmək: İstəklərimizi uca yaradana çatdırmağın hüzuru və s..
Bu cür yaradıcı fəaliyyətlər uşaqların həm əylənməsinə, həm də mənəvi tərəfdən inkişaf etməsinə kömək edir. Uşaqların bu fəaliyyətlərdə iştirak etməsi isə onların motivasiyasını artırır. 😊🌸
Siz də evdə uşaqlarınızla belə əl işləri hazırlaya bilərsiniz. Ramazanınız mübarək! ✨🌙
Distant Bilik
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Distant Bilik, Education, Mirəli Qaşqay 87, Baku.
Müqəddəs Ramazan Bayramınız Mübarək!🌜 🌙
Salam, dostlar! 🌸 Baharın gəlişi münasibətilə hər birinizi təbrik edirik! 💐🌸
Biz Distant Bilik komandası olaraq sizə bol şans, sevincli günlər və uğurlar arzulayırıq. Bayramınızın fərqli və maraqlı keçməsi üçün Süni İntellektin köməyi ilə yaratdığımız bu şirin Səməni personajını sizinlə bölüşürük.
Qoy bu bahar həyatınıza təzə rənglər, yeni biliklər və xoşbəxtlik gətirsin! Bayramınız mübarək! ☀️😊
Torpaq oyanır, bahar qapımızı döyür! 🌱 ☀️
Sonuncu çərşənbəniz — Torpaq Çərşənbəniz mübarək! Evinizdən ruzi-bərəkət, üzünüzdən təbəssüm əskik olmasın. Bayram sevinciniz bol olsun! 🦋🎊
🚀 Kainatın sirrini balaca ulduzlarımızdan öyrənin!
Hər bir planetin öz "səsi" var. Gəlin görək, uşaqlar bizə kosmos haqqında nələr danışacaqlar? 🌌🤩
Sona qədər izləyin və sevimli planetinizi seçin! 🪐✨
Kiçik toxunuşlar, böyük təbəssümlər! ✨
Şagirdlərimizlə birgə mini printer təcrübəmizi yaşadıq. Hər birinin öz şəklinin anındaca çap olunduğunu görməsi, o kiçik kağız parçasını əllərində bərk-bərk tutmaları dünyalara dəyərdi. 📸🧸
Texnologiya təkcə öyrənmək üçün deyil, həm də belə gözəl xatirələr yaratmaq üçündür. Şagirdlərimizin gözlərindəki o sevinc parıltısı bizim ən böyük motivasiyamızdır. ❤️
Yel əsdi, baharın nəfəsi gəldi... 🌱🌬️
Yel Çərşənbəniz mübarək! Qoy bu çərşənbə bütün kədəri bizdən uzaqlaşdırıb, xoş müjdələr gətirsin. 🕯️☕
Həyatımızın ən gözəl "ilkləri" harada başlayır? İlk yatağımız anamızın qucağı, ilk müəllimimiz onun səsi, ilk dünyamız isə onun qəlbidir. ❤️
Bu balaca qəhrəmanlar bizə xatırladır ki, əslində ən böyük güc və ən təmiz sevgi elə ananın baxışında, laylasında və nəfəsində gizlənib. Həyatın hər anı bir başlanğıcdır və bu başlanğıcların ən gözəli ANADIR. 🌸
Gəlin bu gün sevgimizi paylaşaq, çünki sevgi bütün çətinliklərdən daha güclüdür. ✨
Sevgi elə bir dildir ki, onu hər kəs anlayır. ❤️
Məhəbbət elə bir qüvvədir ki, hər yeri rəngarəng çiçək baxçasına çevirir. 🌹🎨
Bu gün bütün xanımlara – analara, bacılara, qızlarımıza özümüzü ən səmimi şəkildə ifadə etməyin günüdür. Bu videodakı səmimiyyət və o isti qucaqlaşma hamımızın qəlbinə sevinc dolsun! 😊✨
8 Mart Beynəlxalq Qadınlar Gününüz mübarək! Həmişə belə sevilməyiniz diləyi ilə... 🙌🌸
🔥 İkinci çərşənbəmiz gəldi! 🔥
Odun, istinin və bərəkətin rəmzi olan Od çərşənbəniz mübarək olsun! Qoy həyatınız bu tonqal kimi parlaq və isti keçsin. 🎇
Fərqli ölkə🌍💡, eyni dil sevgisi! ❤️ Parsa Hasani Azərbaycan dilini necə səlis öyrənir?
Distant Bilik Mərkəzində hər bir şagirdin uğur hekayəsi fərqlidir. Parsa isə öz əzmi ilə hər kəsi heyran qoyur! Danışıqdan qrammatikaya qədər hər addımda mükəmməlliyə doğru... 🚀📖
Heç kim təhsilsiz qalmasın!✨
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Address
Mirəli Qaşqay 87
Baku