13/11/2023
Erkən yaş dövründə travmaya məruz qalmış uşaqlarda rast gəlinən əlamətlər:
🔸 Yuxu pozuntusu, gecə qorxuları
🔸 Qidalanma, geyinmə, təmizlik vərdişlərində fərqlilik və reqressiya (geriyə getmə)
🔸 Çox hərəkətli və narahatlıq
🔸 Yuxulu, sönük və ya donma kimi halların çox rast gəlinməsi, tək qalma istəyi
🔸 Hər fürsətdə ağlama
🔸 Tanıdığı əşyalara bağlanma
🔸 Dəyişikliklərə uyğunlaşmada çətinlik
11/11/2023
📍Erkən yaş dövründə autistik uşaq kimlər tərəfindən müayinə olunmalıdır❓
✅ Uşaq psixiatrı
✅ Uşaq inkişaf pediatrı (Developmental Pediatrics)
✅ Uşaq nevroluqu
✅ Genetik həkim
✅ Audioloq
✅ Oftalmoloq
✅ Psixopedaqoq
✅ Erqoterapevt
✅ Danışıq-dil patoloqu (Speech therap*sts)
09/11/2023
Psixoloqlar uşaqların yalan danışmasına səbəb olacaq faktların asaqdakilar olduğunu düşünürlər⤵️
📌Uşaqların yalan danışması əksər hallarda onların mənəvi problemlərinə deyil, onları əhatə edən böyük insanların cəmiyyətində onların psixoloji diskomfortuna işarə edir. Buna görə valideynlər üçün əsas bu yalanın səbəblərini aydınlaşdırmaq, onları anlamaq və aradan qaldırmaqdır.
📍Səbəb 1: Böyüklərdən nümunə.
📍Səbəb 2: Xoşagəlməz nəticələrin qorxusu.
📍Səbəb 3: Razılıq almaq arzusu.
📍Səbəb 4: Şəxsi maraqların müdafiəsi.
03/11/2023
Hər vaxtınız xeyir əziz izləyicilər!
Ətrafınızda danışa bilməyən uşaqları heç müşahidə etmisinizmi?
Danışmayan və özünü ifadə edə bilməyən uşaqların çoxu agressiv davranışlar nümayiş etdirə bilər. Çox hallarda bu vəziyyət uşağa və ailəyə psixoloji təsir göstərə bilər.
Edəcəyiniz ən düzgün davranış, uşağınızın təfərrüatlarını diqqətlə izləməkdir, çünki uşağınızın davranış fərqlərini ən yaxşı şəkildə siz müşahidə edə bilərsiniz.
Bu vəziyyət sizə və uşağınıza p*s təsir göstərməyə başlamışsa, qısa zaman ərzində loqopedə və psixoloqa müraciət etmənizdə fayda vardır.
30/10/2023
Ətraflı oxuyun.👇
Əgər övladınızda autizm spektri pozğunluğu əlamətləri varsa, əvvəlcə pediatr hərtərəfli inkişafın qiymətləndirilməsi üçün onu mütəxəssislərə yönləndirir. Bu mütəxəssislər autizm müalicəsi üçün təlim keçmiş tibb həkimləri, uşaq psixiatrları, uşaq nevroloqları və ya inkişaf pediatrları ola bilər.
Bəzi hallarda həkim olmayan təlim keçmiş mütəxəssislər, məsələn, loqopatoloqlar, uşaq psixoloqları və ya peşə terapevtləri də autizm qiymətləndirməsi apara bilər.
Lakin, autizmin olub-olmamasına aid son diaqnozu həkim psixiatrlar qoyur.
Unutmayın ki, autizm son deyil!! Erkən aşkarlandıqda yaxşı nəticələr əldə etmək mümkündür.
Övladınızı peşəkarlara etibar edin.
25/10/2023
Mərkəzimizin baş psixoloqu Leyla Əli günərzi qrupumuzun uşaqlarını konsultasiya etdi.
Xüsusi qayğıya ehtiyacı olan ailələrə dəstək olmaq üçün yaradılan ADDIM mərkəzində biz yalnız ən yaxşı mütəxəssisləri toplamağa çalışmışıq.
Onlar üçün uşaqlarla işləmək qazanc mənbəyi deyil, əsl missiyadır!
Bunu kiçik dostlarımız üçün hər birimiz böyük sevgi və
səbrlə edirik.
👣”ADDIM” Nitq və Psixoloji İnkişaf mərkəzi 👪
🏠Əsəd Əhmədov küç. 28L
📲(055)442 37 38
☎️(012)505 81 04
18/10/2023
Skolioz xəstəliyi zamanı onurğa yana əyilir və öz oxu ətrafında burulur. Onurğa yana əyilirsə, bu ilk öncə təbii görünən deformasiya kimi özünü biruzə verir. Lakin valideynlər bu əyriliyi xəstəliyin inkişaf etmiş mərhələsində müəyyən edə bilirlər. Skolioz xəstəliyinin inkişaf etmiş mərhələsi əyrilik qüsuru ilə yanaşı, daxili orqanların sıxılmasına və normal fəaliyyətində problemlər yarada bilər.
Ona görə bu xəstəliyin erkən diaqnostikasına çox diqqət yetirilməlidir. Skoliozun müxtəlif növləri var. Bunlara kongenital, neyromuskulyar və idiopatik aiddir. Kongenital skolioz anadangəlmə olaraq çox vaxt onurğa fəqərələrinin müxtəlif qüsurları ilə bağlı olur. Nevromuskulyar skolioz bəzi nevroloji xəstəliklər zamanlı yaranır. Lakin skoliozun bu növünə nadir hallarda rast gəlinir. Ən çox yayılmış və rast gəlinən növ idiopatikdir. Yəni dəqiq səbəbi bilinməyən əyrilik.
Müxtəlif faktorlar skoliozun inkişafına səbəb ola bilər. Buna ilk öncə düz olmayan qaməti misal göstərə bilərik. İdiopatik skolioz ən çox 10-18 yaş arası olan insanlarda müəyyən edilir. Çox zaman bu xəstəliyin inkişafı gizli gedir. Skolioz xəstəliyi ilkin mərhələdə deformasiyadan başqa bir problem yaratmadığı üçün bu xəstəliyi bəzən 3-4-cü mərhələlərdə aşkar oluna bilər.