R.Nəsrəddinov adına 39 saylı tam orta məktəb.

R.Nəsrəddinov adına 39 saylı tam orta məktəb. Nərimanov rayonu Milli Qəhrəman Rafiq Nəsrəddinov adına 39 nömrəli tam orta ümumtəhsil məktəbi

Baki seheri N.Nerimanov rayonu R.Nesreddinov adina 39 sayli orta mektebin en boyuk Sehifesi!......Likee.

Təhsildə idarəçilik karyerasına başlamaq istəyənlərin nəzərinə!Məktəblərdə təlim-tərbiyə işləri və digər profillər üzrə ...
23/08/2026

Təhsildə idarəçilik karyerasına başlamaq istəyənlərin nəzərinə!

Məktəblərdə təlim-tərbiyə işləri və digər profillər üzrə vakant olan direktor müavini vəzifələrinə işə qəbul üçün elektron qeydiyyat mərhələsi start götürür.

📌 Əsas tarixlər və müraciət:
Başlanğıc: 24 avqust 2026, saat 15:00
Bitiş: 27 avqust 2026, saat 15:00
Müraciət linki: miq.edu.az/muavin

Müsabiqə sənəd seçimi və müsahibə mərhələlərindən ibarətdir. Məlumatları düzgün qiymətləndirilən namizədlər müsahibəyə dəvət ediləcəklər.



https://www.facebook.com/share/p/1EebsoDVkv/?mibextid=wwXIfr

📢 Direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayır

🗓️ 24 avqust 2026-cı il saat 15:00-dan etibarən təlim-tərbiyə işləri üzrə direktor müavini və digər profillər üzrə direktor müavini vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu prosesinin elektron sənəd qəbulu mərhələsinə başlanılacaq. Namizədlər 27 avqust 2026-cı il saat 15:00-dək (miq.edu.az/muavin) linki vasitəsilə elektron qeydiyyatdan keçə bilərlər.

📌 Müsabiqə seçim və müsahibə mərhələlərindən ibarət olacaq. Seçim mərhələsində namizədlərin təqdim etdiyi məlumat və sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra müsabiqənin müsahibə mərhələsinə buraxılacaqlar. Namizədlər müsahibə mərhələsinə qaydalara uyğun olaraq ardıcıllıq əsasında dəvət ediləcəklər.

❗️ Nəzərinizə çatdırırıq ki, namizədlər müsahibə mərhələsində liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, eləcə də sosial və emosional bacarıqları üzrə qiymətləndiriləcəklər.

📌 Qeyd edək ki, müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlərlə əmək münasibətləri qanunvericilikdə müəyyən olunmuş qaydada rəsmiləşdiriləcək.

🤝 Müsabiqədə iştirak edəcək bütün namizədlərə uğurlar arzulayırıq!

Əziz valideynlər! 🌿Nərimanov rayonu Rafiq Nəsrəddinov adına 39 nömrəli tam orta ümumtəhsil məktəbi olaraq, övladlarımızı...
14/08/2026

Əziz valideynlər! 🌿

Nərimanov rayonu Rafiq Nəsrəddinov adına 39 nömrəli tam orta ümumtəhsil məktəbi olaraq, övladlarımızın məktəb həyatına uğurlu başlaması, nizam-intizamlı, məsuliyyətli və bilikli şəxsiyyət kimi formalaşması üçün birlikdə çalışırıq.
Məktəb qaydalarına və forma tələblərinə əməl etmək hər bir şagirdin məsuliyyətidir. Bu qaydalar övladlarımızın rahat, təhlükəsiz və keyfiyyətli təhsil mühitində böyüməsinə xidmət edir.
Dəstəyiniz və əməkdaşlığınız üçün təşəkkür edirik!

Qeyd: Hörmətli valideynlər, nəzərinizə çatdırırıq ki, 2026–2027-ci tədris ilində də məktəbli formasının rəngində heç bir dəyişiklik yoxdur. Məktəbimizdə əvvəlki illərdə istifadə olunan məktəbli forması bu tədris ilində də qüvvədə qalır.


Yeni dərs ili ərəfəsində şagirdlərin sinifdə saxlanması qaydaları haqqında məlumatlı olmaq vacibdir.MÜTDA-nın təqdim etd...
12/08/2026

Yeni dərs ili ərəfəsində şagirdlərin sinifdə saxlanması qaydaları haqqında məlumatlı olmaq vacibdir.

MÜTDA-nın təqdim etdiyi qaydalara əsasən bilməli olduğunuz əsas məqamları diqqətinizə çatdırırıq.

Gəlin övladlarımızın təhsilinə birlikdə dəstək olaq və belə halların qarşısını alaq!

🎓 Əziz məzunlarımız!Sizi ümumi orta və tam orta təhsil haqqında attestatlarınızı almağınız münasibətilə ürəkdən təbrik e...
11/08/2026

🎓 Əziz məzunlarımız!

Sizi ümumi orta və tam orta təhsil haqqında attestatlarınızı almağınız münasibətilə ürəkdən təbrik edirik! Sizə gələcək təhsil və peşə həyatınızda uğurlar, yeni nailiyyətlər və parlaq gələcək arzulayırıq.

📄 Diqqətinizə çatdırırıq ki, təhsil haqqında dövlət nümunəli sənədlər artıq MyGov platformasında əlçatandır. Məzunlar öz təhsil sənədlərini rahat və operativ şəkildə MyGov üzərindən əldə edə bilərlər.
Hər birinizə uğurlu gələcək, yeni zirvələr və bitməyən uğurlar arzulayırıq! 🌟

💻 Təhsil haqqında dövlət nümunəli sənədlər artıq mygov platformasında əlçatandır.

🎓 2026-cı il məzunları təhsil müəssisələri tərəfindən imzalanmış elektron təhsil sənədlərini mygov (web) → “Təhsil məlumatlarım” → “Elektron təhsil sənədlərim” bölməsindən əldə edə bilərlər.

📌 Elektron sənədin üzərindəki QR kodu oxudaraq və ya edu.gov.az saytının “Sənəd yoxlama” bölməsində sənədin nömrəsi və doğum tarixini daxil etməklə sənədin həqiqiliyini yoxlamaq mümkündür.

📱 Yaxın günlərdə elektron təhsil sənədləri mygov mobil tətbiqində də əlçatan olacaq.

🎯Təhsil sənədləri artıq rəqəmsal formatda — daha rahat və əlçatan.

03/08/2026

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

Hər bir xalqın milli varlığını, tarixi yaddaşını, mənəvi dəyərlərini və mədəni irsini yaşadan ən mühüm amillərdən biri onun ana dilidir. Dil xalqın kimliyini müəyyən edən, keçmişi gələcəyə bağlayan, milli şüurun formalaşmasında mühüm rol oynayan müqəddəs sərvətdir. Azərbaycan dili də əsrlər boyu xalqımızın zəngin mədəniyyətini, ədəbiyyatını, adət-ənənələrini və dövlətçilik ənənələrini yaşadaraq bu günümüzə qədər gətirib çıxarmışdır. Azərbaycan Respublikasında hər il 1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur. Bu əlamətdar gün Azərbaycan dilinin dövlət dili kimi mövqeyinin möhkəmləndirilməsi, latın qrafikalı Azərbaycan əlifbasının tətbiqinin başa çatdırılması və ana dilimizin qorunması istiqamətində görülmüş işlərin əhəmiyyətini bir daha xatırladır.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə 9 avqust 2001-ci il tarixli Sərəncam əsasında təsis edilən bu gün milli-mənəvi dəyərlərimizə, dilimizə və əlifbamıza göstərilən dövlət qayğısının ifadəsidir. Məhz bu qərarla latın qrafikalı Azərbaycan əlifbasına tam keçid təmin edilmiş, Azərbaycan dilinin inkişafı istiqamətində yeni mərhələnin əsası qoyulmuşdur.
Ana dilinin qorunması və inkişafı istiqamətində Ümummilli Lider Heydər Əliyevin xidmətləri müstəsna əhəmiyyət daşıyır. O, dövlət dili uğrunda ardıcıl və prinsipial mübarizə apararaq hər zaman cəsarətli mövqe nümayiş etdirmişdir. Sovet İttifaqı dövründə mövcud olan müxtəlif siyasi və ideoloji məhdudiyyətlərə baxmayaraq, Heydər Əliyev Azərbaycan dilinin hüquqlarının qorunmasını milli məsələ kimi qiymətləndirmiş və bu istiqamətdə qətiyyətli fəaliyyət göstərmişdir.
1978-ci ildə qəbul edilən Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması məhz Heydər Əliyevin siyasi iradəsinin nəticəsi idi. Həmin dövrdə ittifaq respublikalarının çoxunda bu məsələ öz əksini tapmadığı halda, Azərbaycanın əsas qanununda dövlət dili haqqında maddənin yer alması xalqımızın milli maraqlarının müdafiəsində mühüm tarixi hadisə idi.
Ümummilli Lider SSRİ Konstitusiyasının müzakirələri zamanı etdiyi çıxışlarda xüsusi vurğulayırdı ki, Konstitusiya vətəndaşlara təhsil hüququ verir və bu hüquq hər bir insanın ana dilində təhsil almaq imkanı ilə təmin edilməlidir. Bu mövqe Azərbaycan dilinin cəmiyyətin bütün sahələrində istifadəsinin genişləndirilməsi baxımından mühüm siyasi əhəmiyyət daşıyırdı.
Heydər Əliyev ana dilinin sadəcə ünsiyyət vasitəsi deyil, milli kimliyin əsas sütunu olduğunu daim ön plana çəkirdi. Onun fikrincə, öz ana dilini sevən və qoruyan xalq milli dəyərlərini, tarixini və mədəniyyətini də qoruyub yaşadır: “Mən hər bir dilə öz hörmət və ehtiramımı bildirirəm. Amma hesab edirəm ki, öz dilimizlə, Azərbaycan dili ilə hər birimiz fəxr edə bilərik. Çünki bu, zəngin dildir, artıq dünyada tanınmış dildir. Xalqımızın adı da tanınıb, respublikamızın adı da tanınıb, dilimizin adı da tanınıb”. Buna görə də o, ziyalıları, elm və təhsil xadimlərini, yazıçıları və bütün cəmiyyəti Azərbaycan dilinin inkişafı uğrunda birgə fəaliyyət göstərməyə çağırmış, bu istiqamətdə bütün qüvvələri səfərbər etmişdir.
Müstəqillik illərində Azərbaycan dilinin hüquqi statusu daha da möhkəmləndirildi. Azərbaycan Respublikasının Konstitusiyasında dövlət dilinin Azərbaycan dili olduğu təsbit edildi və onun qorunması dövlətin əsas vəzifələrindən biri kimi müəyyənləşdirildi. Dövlət idarəçiliyində, təhsildə, elmdə, mədəniyyətdə və informasiya məkanında Azərbaycan dilinin tətbiq dairəsi davamlı şəkildə genişləndirildi.
Ulu Öndərin müəyyən etdiyi siyasi kurs bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycan dilinin inkişafı, onun saflığının qorunması, müasir dövrün tələblərinə uyğun zənginləşdirilməsi və beynəlxalq nüfuzunun artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu baxımdan Prezident İlham Əliyevin 1 noyabr 2018-ci il tarixində imzaladığı "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Fərman xüsusi əhəmiyyət kəsb edir. Həmin Fərman Azərbaycan dilinin dövlət idarəçiliyində, kütləvi informasiya vasitələrində, reklam sahəsində, internet resurslarında və gündəlik ictimai həyatda düzgün və səlis istifadəsinin təmin edilməsinə xidmət edir. Eyni zamanda sənəd dövlət dilinin xarici sözlərin təsirindən qorunması, ədəbi dil normalarının möhkəmləndirilməsi və dil mədəniyyətinin yüksəldilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.
Ümumiyyətlə, Azərbaycan dilinin qorunması və inkişafı məsələsi Prezident İlham Əliyevin fəaliyyətində də xüsusi yer tutur. Dövlət başçısı dəfələrlə çıxışlarında ana dilimizin saflığının qorunmasının hər bir vətəndaşın mənəvi borcu olduğunu vurğulamışdır. Prezident İlham Əliyev qeyd etmişdir: “Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Bir daha demək istəyirəm ki, biz əsrlər boyu dilimizi qorumuşuq. Bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik”. Bu fikirlər Azərbaycan dilinin zənginliyinə verilən yüksək qiymətin ifadəsi olmaqla yanaşı, dövlət dilinin saflığının qorunmasının milli-mənəvi dəyərlərimizin yaşadılması baxımından strateji əhəmiyyət daşıdığını göstərir. Bu çağırış hər bir Azərbaycan vətəndaşını ana dilinə hörmətlə yanaşmağa, onu düzgün işlətməyə və gələcək nəsillərə saf şəkildə ötürməyə səsləyir.
Qloballaşma, sürətli texnoloji inkişaf və rəqəmsal informasiya mühiti şəraitində ana dilinin qorunması daha böyük əhəmiyyət daşıyır. Xarici dillərin təsiri altında dil normalarının pozulması, sosial şəbəkələrdə və elektron mediada qeyri-ədəbi ifadələrin geniş yayılması Azərbaycan dilinin saflığının qorunmasını aktual vəzifəyə çevirir. Bu baxımdan hər bir vətəndaş dövlət dilinə hörmətlə yanaşmalı, onu düzgün işlətməli və gələcək nəsillərə saf şəkildə ötürməyə çalışmalıdır.
Bu gün Azərbaycan dili müstəqil dövlətimizin rəsmi dili olmaqla yanaşı, dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlını birləşdirən mənəvi körpüdür. Xaricdə fəaliyyət göstərən diaspor təşkilatları, həftəsonu məktəbləri və mədəniyyət mərkəzləri ana dilimizin yaşadılması və təbliği istiqamətində mühüm işlər görürlər.
1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü hər bir vətəndaşa ana dilimizin dəyərini bir daha xatırladır. Bu gün milli kimliyimizin, dövlətçiliyimizin və mədəni irsimizin ayrılmaz
hissəsi olan Azərbaycan dilinə ehtiramın ifadəsidir. Dilimizi qorumaq, onun saflığını gələcək nəsillərə çatdırmaq, zənginləşməsinə və inkişafına töhfə vermək hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Azərbaycan dili bizim milli sərvətimiz, mənəvi xəzinəmiz və dövlətçiliyimizin əsas sütunlarından biridir. Bu müqəddəs irsin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsi ümummilli məsuliyyət daşıyan mühüm vəzifə olaraq hər zaman diqqət mərkəzində qalmalıdır.

Rüstəmova Aybəniz Vilayət qızı, Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

01/08/2026

1 Avqust – Azərbaycan Əlifbası və Ana Dili Günü

Tahirə Şükürova
Nərimanov rayonu Rafiq Nəsrəddinov adına 39 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru, Qabaqcıl təhsil işçisi, YAP Nərimanov rayon təşkilatı üzrə ƏPT sədri

Dil yalnız bir ünsiyyət vasitəsi, informasiya ötürücüsü deyil. Dil – xalqın varlıq kimliyi, onun zamanın fırtınalarından keçərək bu günə gətirdiyi ruhani pasportudur. Əgər dil bir xalqın təfəkkür xəritəsidirsə, əlifba o xəritənin coğrafi sərhədlərini müəyyən edən strateji sütundur.
Hər il 1 Avqust tarixində qeyd etdiyimiz "Azərbaycan Əlifbası və Ana Dili Günü" təqvimdəki sıradan bir əlamətdar tarix deyil; bu gün milli özünəqayıdışın, tarixi yaddaşın və müstəqil dövlətçilik şüurunun təntənəsidir.
Alman fəlsəfəsinin böyük siması Martin Haydegger yazırdı: "Dil varlığın evidir." Bu fikri Azərbaycan xalqının tarixi taleyinə tətbiq etsək, görərik ki, əsrlər boyu imperiyaların toqquşduğu, coğrafiyaların dəyişdiyi, dövlətçilik xəritələrinin pozulub yenidən çəkildiyi bir məkanında bizi ayaqda saxlayan, sıradan çıxmağa qoymayan yeganə qala Ana dilimiz olmuşdur.
Azərbaycan dili – fəlsəfi baxımdan təkcə sözlər toplusu deyil. O, Nəsiminin haqqı axtaran üsyanı, Füzulinin ilahi sevgidən doğan nisgili, Şah İsmayıl Xətainin dövlət quran qılıncının və qələminin gücüdür.
Bəs əlifba nədir? Əlifba həmin bu fəlsəfi ruhun maddi formaya, vizual yaddaşa ötürülməsidir. Tarixən əlifba dəyişiklikləri sivilizasiya seçimləri ilə bağlı olub. 20-ci əsrdə bir neçə dəfə əlifba dəyişikliyinə məruz qalan xalqımız üçün latın qrafikasına qəti keçid – sadəcə texniki islahat deyil, milli kodların bərpası və Avropa-Türk sivilizasiyalar fəzasına inteqrasiya aktı idi.
Milli dilin dövlət dili səviyyəsinə qaldırılması və mühafizəsi elə bir geosiyasi cəsarət tələb edir ki, bunu yalnız böyük dövlət xadimləri bacara bilər. Sovet rejiminin tüğyan etdiyi 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi daxil edilməsi Ümummilli Lider Heydər Əliyevin misilsiz cəsarətinin və uzaqgörənliyinin göstəricisi idi.
Müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də qəbul olunan ilk Konstitusiyasında xalq referendum yolu ilə öz mövqeyini nümayiş etdirərək, ölkədə dövlət dilinin Azərbaycan dili adlandırılmasına yekdilliklə tərəfdar olduğunu bildirdi.
Ümummilli Lider anlayırdı ki, müstəqilliyin əsas şərti iqtisadi və ya siyasi müstəqillikdən öncə mənəvi müstəqillikdir. Ulu Öndərin dilimizlə bağlı işlətdiyi bu fəlsəfi kəlam məhz bu dərinliyin ifadəsidir:
"Dil hər bir millətin təfəkkürünün, mənəviyyatının, mədəniyyətinin göstəricisidir. Ana dilini sevməyən, ana dilini bilməyən insan öz xalqının tarixini, mədəniyyətini, mənəviyyatını layiqincə bilə bilməz."
Müstəqillik illərində, 2001-ci il iyunun 18-də Heydər Əliyev tərəfindən imzalanan "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Fərman və 9 avqust 2001-ci il tarixli Sərəncamla 1 Avqustun "Azərbaycan Əlifbası və Ana Dili Günü" elan edilməsi Latın qrafikalı əlifbaya tam keçidi təmin etdi. Bu da milli-mənəvi dəyərlərin qorunub saxlanması istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasət Heydər Əliyevin azərbaycançılıq ideyasının formalaşması yolunda göstərdiyi misilsiz xidmətlərdəndir. Bu, sadəcə qanunvericilik aktı deyil, köklərə dönüşün, sovet ideoloji buxovlarından tam azad olmanın möhürü idi.
Ana dilimizin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tədbirlərində eşidilməsi qürurvericidir. Çünki dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi, ədəbiyyatı, mədəniyyətidir. Hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini, dinini, milli adət və ənənələrini unutmamalı, onları təbliğ etməlidir. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır. Bunlarsız isə vətənpərvərlik formulu yoxdur”.
İnformasiya əsrində, qloballaşmanın milli kimlikləri əritdiyi bir dövrdə dili qorumaq onu sadəcə qanunla müdafiə etmək deyil, həm də onu müasir elmin, texnologiyanın və qlobal düşüncənin dilinə çevirməkdir.
Prezident İlham Əliyev Ümummilli Liderin dil siyasətini yeni müstəviyə – Zəfər qazanmış, özünəinamlı bir millətin strateji prioritetləri səviyyəsinə qaldırdı.
Prezident İlham Əliyevin bu məsələdəki mövqeyi dəqiq, prinsipial və kompromissizdir:
"Bizim zəngin, zərif və ahəngdar dilimiz var. Azərbaycan dilinin saflığının qorunması, yad təsirlərdən mühafizə edilməsi hər birimizin vətəndaşlıq borcudur. Biz elə etməliyik ki, ana dilimiz öz zənginliyini, poetikliyini saxlasın və gələcək nəsillərə təmiz şəkildə çatdırılsın."
Dövlət başçısının Latın qrafikasında kütləvi nəşrlərin həyata keçirilməsi, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun fəaliyyətinin gücləndirilməsi və media məkanında dil normalarının qorunması ilə bağlı sərəncamları göstərir ki, dil – dövlət təhlükəsizliyinin tərkib hissəsidir. Çünki dilin deqradasiyası – təfəkkürün, təfəkkürün deqradasiyası isə dövlətçilik şüurunun zəifləməsi deməkdir.
Bu gün 1 Avqust gününə baxarkən bir həqiqəti dərk etməliyik: Əlifba – sadəcə işarələr sistemi, dil – sadəcə qrammatik qaydalar toplusu deyil. Əlifba bizim dünyanı oxumaq, dil isə dünyanı anlamaq və anlatmaq formamızdır.
44 günlük Vətən müharibəsində qazanılan Zəfər göstərdi ki, Şuşada, Xankəndidə ,Kəlbəcərdə,Ağdamda,Xocalıda dalğalanan bayraqla yanaşı, orada yenidən səslənən Azərbaycan dili bizim mənəvi bütövlüyümüzün bərpasıdır. Şuşada ucalan ilk azan, səslənən ilk bayatı – dilin öz torpağına qayıdışının fəlsəfi təzahürü idi.
Biz Latın qrafikalı Azərbaycan əlifbası ilə yazarkən və Ana dilimizdə düşünərkən sadəcə keçmişimizə ehtiram göstərmirik; biz gələcəyimizi inşa edirik.
1 Avqust – özünə hörmət edən, öz kökünə bağlı olan, amma üzü gələcəyə, işığa doğru addımlayan müstəqil Azərbaycan övladının bayramıdır.
Dilimiz var olduqca – biz də varıq. Dilimiz zənginləşdikcə – mənəviyyatımız da ucalacaqdır.
“XALQI XALQ EDƏN, MİLLƏTİ MİLLƏT EDƏN ONUN ANA DİLİDİR” ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Məktəbimizdə təmayülləşmə ilə bağlı onlayn valideyn görüşləri keçirildiŞagirdlərimizin gələcək təhsil və peşə seçimlərin...
02/07/2026

Məktəbimizdə təmayülləşmə ilə bağlı onlayn valideyn görüşləri keçirildi

Şagirdlərimizin gələcək təhsil və peşə seçimlərinin düzgün istiqamətləndirilməsi, onların maraq və bacarıqlarına uyğun təhsil almalarının təmin edilməsi məqsədilə məktəbimizin direktoru Tahirə Şükürovanın rəhbərliyi ilə 10 və 11-ci sinif şagirdlərinin valideynləri üçün onlayn görüşlər təşkil olundu.
Görüşlər çərçivəsində təmayülləşmə prosesi, Elm və Təhsil Nazirliyinin müvafiq qaydalarına uyğun olaraq təmayül siniflərinə qəbul və yerləşdirmə şərtləri, tədrisin təşkili, eləcə də şagirdlərin maraq və bacarıqlarına uyğun istiqamət seçiminin əhəmiyyəti barədə valideynlərə ətraflı məlumat verildi.
Direktor Tahirə Şükürova bildirdi ki, Nərimanov rayonu ərazisində təmayül sinifləri olacaq ümumitəhsil məktəbi 45 nömrəli tam orta məktəbdir. Bu səbəbdən təmayül üzrə təhsil almaq istəyən şagirdlərin elektron qeydiyyatdan keçmələrinin vacibliyi valideynlərin diqqətinə çatdırıldı. Qeydiyyat prosesi, seçim qaydaları və qəbul zamanı nəzərə alınmalı məqamlar hərtərəfli izah edilərək valideynləri maraqlandıran suallar ətraflı cavablandırıldı.
1 iyul tarixində 10-cu sinif şagirdlərinin valideynləri, 2 iyul tarixində isə 11-ci sinif şagirdlərinin valideynləri ilə ayrı-ayrılıqda onlayn görüşlər keçirilmiş, hər iki görüşdə təmayülləşmə prosesi ilə bağlı vacib məlumatlar təqdim olunmuşdur.

Sonda məktəb rəhbərliyi onlayn görüşlərdə fəal iştirak edən bütün valideynlərə təşəkkürünü bildirərək vurğuladı ki, məktəb-valideyn əməkdaşlığı şagirdlərin uğurlu gələcəyinin və keyfiyyətli təhsilinin əsas amillərindən biridir.

29/06/2026
Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində məktəbimizin fiziki tərbiyə müəllimi Fuad ...
25/06/2026

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində məktəbimizin fiziki tərbiyə müəllimi Fuad Səfərəliyev 52 bal, texnologiya müəllimi İradə Qafarova 45 bal, Səidə Nadirova 41 bal toplayaraq yüksək nəticə göstəriblər.

Müəllimlərimizi bu uğuru münasibətilə səmimi qəlbdən təbrik edir, ona gələcək pedaqoji fəaliyyətlərində yeni nailiyyətlər, möhkəm can sağlığı və davamlı uğurlar arzulayırıq.

Uğurlarınız daim bol olsun! 🌹👏

Uğurlarımız davam edir!!!Məktəbimizin ibtidai sinif müəllimi Mənzər Quliyeva bu gün keçirilən müəllimlərin sertifikatlaş...
25/06/2026

Uğurlarımız davam edir!!!

Məktəbimizin ibtidai sinif müəllimi Mənzər Quliyeva bu gün keçirilən müəllimlərin sertifikatlaşdırılması imtahanında uğurlu nəticə göstərərək 57 bal toplamışdır!
Müəllimimizi qazandığı bu gözəl nailiyyət münasibətilə ürəkdən təbrik edir, gələcək pedaqoji fəaliyyətində daha böyük müvəffəqiyyətlər və yeni-yeni uğurlar arzulayırıq! 🌟👏

Address

Aşıq Molla Cümə Küçəsi 90
Baku

Telephone

+994505398997

Website

Alerts

Be the first to know and let us send you an email when R.Nəsrəddinov adına 39 saylı tam orta məktəb. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to R.Nəsrəddinov adına 39 saylı tam orta məktəb.:

Shortcuts

Share

Category