21/12/2025
Qida maddələrinin mənimsənilməsinə, qidalanma ilə bağlı xəstəliklərə və bədən çəkisinin tənzimlənməsinə genetik determinantlar necə təsir edir?
Dr. Aida Orucova, həkim-diyetoloq, funksional tibb həkimi, ANDOP məzunu, bu barədə fikirlərini bölüşür
📖 Oxumaq üçün www.andop.az
Sağlamlıq Piylənmə
07/12/2025
Növbəti “Diyetologiya və Nutrisiologiya”, “Tibbi Detox”, “Hormonlar və laborator analizlərə funksional yanaşma”, “Natiqlik sənəti” üzrə kursumuz uğurla başa çatdı!
İştirakçılarımız Diyetologiya və Piylənmənin profilaktikası sahəsində bilik və bacarıqlara yiyələndilər. Proqramı uğurla başa vuran iştirakçılar diplomla mükafatlandırıldılar, kurs haqqında öz təəsüratlarını bölüşdülər. Məzun günündən olan şəkilləri böyük sevinc və qürur hissi ilə sizlərə təqdim edirik!
Məzunlarımızın hər birinə təşəkkür edir və gələcək karyeralarında uğurlar arzulayırıq!
02/12/2025
Yalnız həkimlər üçün. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən akkreditə olunmuş "Uşaq piylənməsinin diaqnostikası, müalicəsi və profilaktikasında müasir yanaşmalar" təhsil proqramı fəaliyyətə başlayır.
Qeyd etmək lazımdır ki, Azərbaycanda piylənmənin müalicəsi üçün yeni protokollar Avropa ölkələri, Türkiyə və Kanada təcrübələri əsasında beynəlxalq standartlara uyğun olaraq hazırlanıb və rəsmi şəkildə təsdiq edilib. Bu prosesdə ANDOP mütəxəssisləri birbaşa iştirak ediblər.
"Uşaq piylənməsinin diaqnostikası, müalicəsi və profilaktikasında müasir yanaşmalar" təhsil proqramı bu müalicə protokollarına əsasən hazırlanıb həyatə keçirilir.
Kurs haqqında ətraflı məlumat almaq üçün 👉 direct-ə müraciət edin
🔹 Təlim formatı: əyani/distant təhsil
🔹 Müddət: 1 ay
🔹 16 Bal: Davamlı tibb təhsili üzrə akkreditə edilmiş kursdur
🔹 İştirak ödənişlidir.
Kursu müvəffəqiyyətlə bitirən iştirakçılara Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və ANDOP akreditasiya olunmuş sertifikat təqdim ediləcək.
👉 Kursa yazılmaq və ya ətraflı məlumat almaq üçün direct-ə müraciət edin
20/11/2025
Düzgün tərtib olunmuş pəhriz kardioloji xəstələrin müalicəsində ilk etapda mütəxəssis tərəfindən təyin olunarsa, ÜDX ağırlaşmalarının profilaktikası mümkün ola bilər. Bu diyetlər hansıdır?
Dr. İradə Abdullayeva, həkim-kardioloq, qidalanma üzrə mütəxəssis, ANDOP təlimçisi bu barədə fikirlərini bölüşür
Qeyd edək ki, ÜDX zamanı istifadə olunan ideal universal pəhriz yoxdur, çünki qidalanma proqramı hər psiyentə uyğun fərdi tərtib olunmalıdır.
📖 Oxumaq üçün www.andop.az
14/11/2025
Xəstəliklə əlaqəli malnutrisiya (Disease-Related Malnutrition – DRM) hələ də qlobal səviyyədə yetərincə tanınmayan ciddi bir sağlamlıq problemidir.
Xroniki xəstəliklər, infeksiyalar və kəskin klinik vəziyyətlər zamanı yaranan yetərsiz qidalanma nəticəsində inkişaf edir. Bu vəziyyət təkcə xəstənin enerji–protein ehtiyacının qarşılanmaması deyil, eyni zamanda xəstəliyin gedişinə birbaşa mənfi təsir göstərən sistemik bir problemdir.
ESPEN-in Malnutrition Awareness Week kampaniyası dünyanın hər yerində səhiyyə mütəxəssislərini bu barədə məlumatlılığı artırmağa çağırır.
ANDOP olaraq biz də bu missiyanı dəstəkləyirik, daha erkən müdaxilə və daha təhlükəsiz qidalanma strategiyaları üçün çalışırıq.
12/11/2025
Yalnız həkimlər üçün. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən akkreditə olunmuş "Piylənmənin İdarə Edilməsi" təhsil proqramı fəaliyyətə başlayır.
Qeyd etmək lazımdır ki, Azərbaycanda piylənmənin müalicəsi üçün yeni protokollar Avropa ölkələri, Türkiyə və Kanada təcrübələri əsasında beynəlxalq standartlara uyğun olaraq hazırlanıb və rəsmi şəkildə təsdiq edilib. Bu prosesdə ANDOP mütəxəssisləri birbaşa iştirak ediblər.
"Piylənmənin İdarə Edilməsi" təhsil proqramı bu müalicə protokollarına əsasən hazırlanıb həyatə keçirilir.
👉 Kurs haqqında ətraflı məlumat almaq üçün direct-ə müraciət edin
Kursda EASO-nun prezidenti, PhD. İstanbul Universiteti Cerrahpaşa Tibb Fakültəsi, Endokrinologiya, Metabolizm və Diabet Bölməsinin professoru Volkan Yumuk rəhbərliyi altında Azərbaycan və Türkiyədən tanınmış piylənmənin müalicəsi üzrə mütəxəssis təlimçilər iştirak edirlər.
🔹 Təlim formatı: əyani/distant təhsil
🔹 Müddət: 2 ay
🔹 25 Bal: Davamlı tibb təhsili üzrə akkreditə edilmiş kursdur
🔹 İştirak ödənişlidir.
👉 Kursa yazılmaq və ya ətraflı məlumat almaq üçün diret-ə müraciət edin
29/10/2025
2025-ci il oktyabrın 18-19-da Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə Şuşa şəhərində “QHT-lərin VI İnkişaf və Mübadilə Proqramı” keçirilib.
Tədbirdə ANDOP İctimai Birliyinin nümayəndəsi Jalə Məmmədova da iştirak edib.
2 gün davam edən təlimlərdə layihələrin hazırlanması, məqsəd və vəzifələrin müəyyənləşdirilməsi, icra mərhələlərinin planlaşdırılması, məlumatların toplanması və təhlili, qərarların qəbulu prosesi, hədəf qruplarının müəyyən edilməsi, tərəfdaşlarla iş və digər mühüm mövzularda QHT-lərin bilik və bacarıqları artırılıb.Təlimin yekununda uğurlu nəticə göstərən QHT-lərə sertifikatlar təqdim olunub.
Qazanılan bacarıqlar ANDOP-un gələcək fəaliyyətlərində uğurla tətbiq olunacaq.
19/10/2025
İctimai tövsiyələr verərkən və pasientlərlə işləyərkən qidalanma mütəxəssislərinin sübut edilmiş elmi tədqiqatlara əsaslanması nə üçün vacibdir?
Dr. Züleyxa Bədəlova – həkim-nutrisioloq, ANDOP-un ictimai səhiyyə üzrə həkim-eksperti. bu barədə fikirlərini bölüşür
📖 Oxumaq üçün www.andop.az