Abşeron Binə Peşə Liseyi

Abşeron Binə Peşə Liseyi Abşeron-Binə Peşə Liseyi

21/08/2026
19/08/2026
18/08/2026

📢 Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsi 27 avqustda başlayacaq!

🎓 Qəbulun II mərhələsinə 27 avqust tarixindən etibarən start veriləcək və müraciətlər 3 sentyabr tarixinədək davam edəcək.

💻 Müraciətlər portal.edu.az üzərindən elektron qaydada həyata keçiriləcək.

📌 Peşə təhsili almaq istəyən namizədləri müraciət tarixlərini diqqətdə saxlamağa dəvət edirik.

✨ Abşeron - Binə Peşə Liseyinə qəbul olan tələbələrin nəzərinə!Sənəd qəbulu ilə bağlı müraciətlərin çoxluğunu nəzərə ala...
17/08/2026

✨ Abşeron - Binə Peşə Liseyinə qəbul olan tələbələrin nəzərinə!

Sənəd qəbulu ilə bağlı müraciətlərin çoxluğunu nəzərə alaraq, həftə sonu günlərində də sənəd qəbulu həyata keçirilir.

🕘 İş saatları: 09:00–18:00
📅 Son müraciət tarixi: 25 avqust 2026-cı il

📢 Peşə təhsili müəssisələrinə tələbə qəbulunun I mərhələsinin cavabları açıqlandı! 📌23 iyul tarixindən etibarən www.port...
14/08/2026

📢 Peşə təhsili müəssisələrinə tələbə qəbulunun I mərhələsinin cavabları açıqlandı!

📌23 iyul tarixindən etibarən www.portal.edu.az platforması vasitəsilə 39 735 nəfərdən 150 354 müraciət daxil olub. Ümumilikdə 24 161 nəfər müsabiqədən keçib.

❗Müsabiqədən uğurla keçən namizədlər 25 avqust 18:00 tarixinədək qeyd olunan sənədləri qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidir.

📌 Əvvəlki illərin məzunları üçün attestatın əsli, cari ilin məzunları üçün isə elektron attestatların çap olunmuş nüsxəsi təqdim olunur.

ℹ️ Müsabiqədən keçən şəxsin qəbul olunduğu peşə təhsili müəssisəsində qeyd edilən tarixlərdə qeydiyyatdan keçməməsi və ya sənədlərini tam təqdim etməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

📢 14 avqust tarixindən 2026/2027-ci tədris ili üzrə dövlət peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimi və istehsal...
14/08/2026

📢 14 avqust tarixindən 2026/2027-ci tədris ili üzrə dövlət peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimi və istehsalat təlimi ustası vəzifələrinə işə qəbul üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə başlanılıb.

🕐 Son müraciət tarixi: 18 avqust, saat : 18:00
🔗 Ətraflı : https://vet.edu.gov.az/news/content/1342/inner
🔗 Vakansiya seçimi üçün : portal.edu.az

📌 Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə yeni direktor təyin edilib.Orxan Rəhimov Avias...
13/08/2026

📌 Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə yeni direktor təyin edilib.

Orxan Rəhimov Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru vəzifəsinə təyin edilib.

Orxan Rəhimov 2006-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İstehsal və xidmət sahələrinin iqtisadiyyatı / Mühəndis iqtisadiyyatı fakültəsinə daxil olub, 2010-cu ildə həmin universiteti bitirib.

2011-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Biznesin idarə edilməsi fakültəsinə qəbul olub və 2014-cü ildə magistr təhsilini tamamlayıb.

Əmək fəaliyyətinə 2011-ci ildə başlayan Orxan Rəhimov 2011–2012-ci illərdə Azərbaycan Beynəlxalq Bankında, 2012–2015-ci illərdə "Bank Technique" ASC-də, 2017-ci ildən “SOCAR Methanol” MMC-də müxtəlif vəzifələrdə çalışıb.

2018–2024-cü illərdə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində direktor müavini, 2024-cü ildən isə Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Müəssisəsində direktor vəzifəsində çalışıb.

12 avqust 2026-cı il tarixindən Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzin direktoru təyin olunub.

Orxan Rəhimova yeni vəzifəsində uğurlar arzulayırıq!

📢 Təhsil sənədləri artıq myGov-da!💻 Təhsil haqqında dövlət nümunəli sənədlər artıq mygov platformasında əlçatandır. 🎓 20...
12/08/2026

📢 Təhsil sənədləri artıq myGov-da!

💻 Təhsil haqqında dövlət nümunəli sənədlər artıq mygov platformasında əlçatandır.

🎓 2026-cı il məzunları təhsil müəssisələri tərəfindən imzalanmış elektron təhsil sənədlərini mygov (web) → “Təhsil məlumatlarım” → “Elektron təhsil sənədlərim” bölməsindən əldə edə bilərlər.

📌 Elektron sənədin üzərindəki QR kodu oxudaraq və ya edu.gov.az saytının “Sənəd yoxlama” bölməsində sənədin nömrəsi və doğum tarixini daxil etməklə sənədin həqiqiliyini yoxlamaq mümkündür.

📱 Yaxın günlərdə elektron təhsil sənədləri mygov mobil tətbiqində də əlçatan olacaq.

🎯Təhsil sənədləri artıq rəqəmsal formatda — daha rahat və əlçatan.

📢  11 avqust tarixində peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimi və istehsalat təlimi ustası vəzifələrinə işə qə...
12/08/2026

📢 11 avqust tarixində peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimi və istehsalat təlimi ustası vəzifələrinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilib.

📌 İmtahanın keçirildiyi təhsil müəssisələrində Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlının və rəhbər şəxslərin iştirakı ilə infotur təşkil olunub.

Address

Xəzər Ray, Binə Qəs. Əli İsazadə Küç. 1
Baku

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+994124560121

Alerts

Be the first to know and let us send you an email when Abşeron Binə Peşə Liseyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Abşeron Binə Peşə Liseyi:

Shortcuts

Share

Category