24/02/2022
Hörmətli izləyicilərim,
rayonunun qabaqcıl tədris ocaqlarından biri — Milli Qəhrəman Y.Kovalyov adına 229 saylı orta məktəbə baş çəkib, direktor Vüsalə xanım Məmmədova ilə söhbətləşdim.
Görüş zamanı diqqətimizə çatdırıldı ki, cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən, 7 il öncə məktəb binası əsaslı təmir olunmuşdur. Hal-hazırda isə məktəbin şagirdləri və məzunları arasında bir neçə prezident təqaüdçüləri, müxtəlif bilik və idman olimpiadalarının qalibləri vardır.
Mən də bir daha öz adımdan 229 saylı tam orta məktəbin müəllim heyətinə və şagirdlərinə təhsil həyatlarında yeni-yeni uğurlar arzu edirəm!