Loqos Uşaq Nitq İnkişafi Mərkəzi

Loqos Uşaq Nitq İnkişafi Mərkəzi

Share

Nərimanov r-nu elaqe nomreleri:

(012)496-97-30/31
(050)244-46-48

Yasamal r-nu elaqe nomreleri :

(012)434-86-16/16
(070)284-46-48

Центр ‘’ Логос‘’ это команда высококвалифицированных специалистов.
Наши логопеды владеют современными методами работы с дефектами речи,устраняют недостатки в произношении.
В центре ‘’ Логос‘’опытные психологи диагностируют уровень развития ребёнка,оказывают помощь в решений поведенческих проблем,агрессивность,неуверенность в себе,также коррекция ЗПР.
Психопедагоги логопеды также проводят занятия

Photos 08/12/2015

Valideynlərin xoş sözləri daima bizim üçün dəyərlidir. Baş uşaq psixoloqumuz Anara Quliyevanın yetirməsi Rübabə Hacıyeva öz uğurlu işi ilə həm müəlliməsini,həm bizi,həm də valideyni sevindirdi. Uğurlarınız bol olsun Rübabə xanım

Untitled album 07/12/2015

06.12.2015 il tarixinində “Loqos Psixoloji və Nitq İnkişaf Mərkəzi”nin psixoloqu Məleykə İsmayılova “Sabir Fondu”nun təşkilatçılığı ilə "Günümüzün dəbdə olan xəstəliyi-Depressiya" mövzusunda “Sabir Fondu” üzvlərinə seminar keçmişdir.

Photos 07/12/2015

Bu gün Ağacan balamızın ad günüdü. “Loqos” kollektivi adından Ağacan balamızı təbrik edirik.

Photos 07/12/2015

Bерьте в себя

Photos 07/12/2015

Bu gün balacalarımız rəngli qələmlər ilə ilin fəsillərini rənglədilər. Pedaqoq Yeganə Musayeva

Photos 06/12/2015

Diqqət, diqqət!
Uşaqlarınızın psixoloq konsultasiyası CƏMİ, 15 manat!
Qəbula yazılmaq üçün (012) 434-86-06, (070) 284-46-48 nömrələri ilə əlaqə saxlayın!

Photos 11/11/2015
Mobile uploads 26/10/2015

Diqqət... Diqqət
7 noyabr saat 12:00 da növbəti seminarımız
UŞAQLARIN CİNSİ İNKİŞAFI
✅Psixoseksual inkişaf mərhələləri
✅Uşaqların cinsi maarifləndirilmə yaşı
✅Cinsi inkişafa təsir edən amillər
✅Oğlan və qız tərbiyəsindəki fərqliliklər
✅Cinsi şəxsiyyət və homoseksualizm
✅Uşaqlarda manstrubasiya (ananizm)
✅Uşağın cinsi inkişafında ata və ananın rolu
Təlimçı : Anara Quliyeva ( Baxşəliyeva)

📣📣📣 Diqqət... Diqqət
7 noyabr saat 12:00 da növbəti seminarımız
UŞAQLARIN CİNSİ İNKİŞAFI
✅Psixoseksual inkişaf mərhələləri
✅Uşaqların cinsi maarifləndirilmə yaşı
✅Cinsi inkişafa təsir edən amillər
✅Oğlan və qız tərbiyəsindəki fərqliliklər
✅Cinsi şəxsiyyət və homoseksualizm
✅Uşaqlarda manstrubasiya (ananizm)
✅Uşağın cinsi inkişafında ata və ananın rolu
Təlimçı : Anara Quliyeva ( Baxşəliyeva)

Photos 08/10/2015

Zeyqarnik effekti.

Bir dəfə psixoloq, tədqiqatçılar Levin ve Zeyqarnik qəlyanaltı etmək üçün işlədikləri Berlin Universitetinin yaxınlığındakı izdihamlı bir kafeyə daxil olurlar. Psixoloqlar verdikləri sifarişə ofisiantın heç bir qeyd aparmadan onlarla sifariş arasında dəqiqliklə yerinə yetirdiyini diqqətlə müşahidə edirlər. Levin və Zeyqarnik ofisiantın hansısa sifarişi unuda biləcəyindən çəkinmədiyi haqda maraqlanırlar, cavabında isə ofisiant heç bir sifarişi səhv salmadığını bildirir. Onlar buna inanmırlar və qonşu stolların nə sifariş etdikləri barədə onu sorğu-sual etməyə başlayırlar. Və bu zaman pərtlik: ofisiant doğurdan da hər stolun nə sifariş verdiyini xırdalığına kimi xatırlayırdı, ancaq… yalnız hesabı ödənməmiş stolların. Lakin 1 dəqiqə əvvəl hesabı ödəyərək kafeni tərk edən müştərilərin nə sifariş etdiklərini o xatırlamırdı.

Bu hadisədən sonra Zeyqarnik tamam və natamam hadisə və fəaliyyətlərin onun yaddaşına müxtəlif cür təsir etdiyini təxmin edir. Psixoloq sınaq silsiləsi həyata keçirir və məlum olur ki, insanın bu və ya digər fəaliyyəti zamanı onda müəyyən emosional gərginlik meydana gəlir.
Fəaliyyət sona çatmırsa, məsələn, yarımçıq kəsilirsə, gərginlik müvafiq olaraq boşalmır və nəticədə yerinə yetirilməyən fəaliyyət uzun müddət yaddaşda qalır. Zeyqarnik müəyyən edir ki, insan natamam fəaliyyəti tamam fəaliyyətə nisbətdə 1,8 dəfə daha yaxşı yadda saxlayır.

Sonralar ХХ əsrin ən məşhur psixoloji açılışı olan Zeyqarnik effekti dəfələrlə nəzəri və təcrübi sınaqlara məruz qalmış və nəticədə natamam fəaliyyətlərin tamam fəaliyyətlərə nisbətdə yadda saxlama qabiliyyəti 1,8 dəfə çox olaraq təsdiq olunmuşdur. Bu gün Zeyqarnik tərəfindən kəşf edilmiş bu qanunauyğunluğa əsasən informasiyanın yadda saxlanılması üçün bir sıra metodikalar yaradılmışdır.
Bu metodikadan mütəmadi olaraq həm də kinematoqraflar və televiziyaçılar istifadə edir: məsələn, tamaşaçını daim intizarda saxlamaq üçün hər bir seriyanı ən maraqlı hissəsində bitirmək, yəni qəhramanların fəaliyyətini yarımçıq saxlamaq kifayətdir.

Zeyqarnik effektinə həmçinin başdan çıxarma texnikası da əsaslanır. Aldadan şəxs əvvəlcə münasibət qurur, sonra ani olaraq münasibəti yarımçıq kəsir və beləcə qurban qarmaqdadır! O, daim nə baş verdiyini anlamağa çalışır və daim fikirlərini baş verən hadisə üzərində cəmləşdirir.
Faktiki olaraq insan asılılıq dərəcəsində olur. Həmçinin bu cür emosional asılılıqlardan xilas olmaq üçün də Zeyqarnik effektindən istifadə olunur. Psixoloqlar bu şəxslərə məhz onların natamam olduqlarını, yarımçıq qaldıqlarını aşılmağa çalışır və müxtəlif üsullarla tam bir tablonu yaratmağa və münasibəti bitirməyə kömək edirlər.

Photos 08/10/2015

İnci balamız Kəkələmədən əziyyət çəkirdi. “Loqos” mərkəzinin Kəkələmə mütəxəssisi Bahar xanımın köməyi ilə intensiv terapiyalardan keçərək kəkələməsi aradan qaldırıldı. Hal-hazıda İnci balamız 1ci sinifə tam səlist danışaraq və valideynlərini sevindirərək gedir.

Photos 08/10/2015

Uşaqlarınızın Daun sindromlu olduğunu öyrəndikdə onlardan imtina etməyin. Uşaqlarınızı yaxşı tərbiyyə edəcəyinizə, onunla hərşeyin yolunda olacağına özünüzü inandırın. Heçvaxt unutmayın ki, onlar xəstə deyillər, sadəcə fərqlidirlər. Onların böyüdülməsi, tərbiyə edilməsi mümkündür, bəli bir qədər çətindir amma mümkündür.Gəlin unutmayaq ki, daun sindromlu uşaqlarında digər uşaqlar kimi sevilməyə, dəyər verilməyə haqqları var.
Uşaqlarınızı sevin!!!!!

Photos 07/10/2015

Sevgi münasibətlərində yaş fərqi.

Sevgi münasibətində yaş fərqi hər zaman maraq doğuran məsələlərdən biridir.
Aralarında yaş fərqi çox olan məşhur insanların,eyni zamanda qeyri məşhurların münasibətləri daima əsas müzakirə obyekti olduğuna görə ictimai reaksiya da bir mənalı olmur. Cütlüklərin belə düşünməsinə isə adətən “Əhəmiyyətli olan sevgidir”, "Sevdikdən sonra yaş fərqi problem olmaz!" və. s kimi fikirləri təsir edir.
İnsanlar münasibət qurmağa və ailə qurmağa yalnız yaş məfhumu üzərindən qərar verməzlər. Həyatdan gözləntiləri, ehtiyacları və bəslədikləri duyğular bu müddətdə daha prioritet olur.
Bəs yaşın münasibətlərdə ve evlilikdə əhəmiyyəti nə qədərdir ?
Evlilikdə uyğunlaşmanın və tarazlığın təmin edilə bilməsi üçün şəxsiyyət qədər yaş da əhəmiyyətlidir. Yaş mövzusunda psixo-ictimai inkişaf dövrləri əsas götürülə bilər. Biri gənclik, biri orta yaşlılıq dövründə olan bir cütlüyü, fiziki və ruhi balanssızlıqlar gözləyə bilər.
Cütlüklər aralarındakı böyük yaş fərqinə baxmayaraq nə qədər bir-birini dəlicəsinə sevsələr də,bu çox ciddi problemlərə səbəb ola bilir. Münasibətin başlanğıcında yaranan həyəcanın təsirindən münasibətin digər mərhələləri düşünülmür. Lakin o ilk həyəcan durulmağa başladıqda və gerçəklər yavaş-yavaş su üzünə çıxdıqda, problemlər də ard-arda gəlməyə başlayır. Hər münasibətdə problemlər yaşana bilər,amma yaş fərqinin çox olduğu münasibətlərdə vəziyyət bir qədər daha fərqli olur.
Belə bir vəziyyətdə fiziki, ruhi və cinsi uyğunlaşma mövzularında çətinliklər baş qaldırır .
Öncə böyük yaş fərqli cütlüklərin yaşadığı problemlərdən əvvəl niyə bu addımı atdıqlarına nəzər salaq .
Gənc qadınlar niyə özlərindən yaşca böyük kişilərlə birlikdə olur?
Bu mövzu ilə əlaqədar edilən araşdırmalarda gənc qadınlardan seçdiyi yaşca böyük kişinin ən ideal xüsusiyyəti soruşulur. Gənc xanımların əksəriyyəti yaşca böyük kişiləri maddi imkanlarından, karierasından, cəmiyyətdəki statusundan və ya şöhrətləri səbəbindən seçdikləri bildirilir. Digər bir qism isə həyat təcrübəsindən dolayı seçim etdiklərini söyləyirlər. Çox az sayda cütlük isə bu fərqi problem etməyib, "əhəmiyyətli olan sevgimizdir" -deyə həyatlarına davam edir.

Digər bir mühüm psixoloji səbəb isə:
Yaşca böyük bir kişi ilə sevgisi üçün birlikdə olduğunu söyləyən gənc qızların,əslində uşaqlıq və gənc qızlıq dövrlərində atadan sevgi və isti münasibət görmədiyi faktları aşkarlanır. İllər sonra özündən yaşca böyük birindən maraq görən gənc qız, bu kişiyə qarşı sıx duyğular hiss edir və bunu sevgi zənn edir. Halbuki,bunun psixoloji baxımdan adı sevgi deyil. Ata fiquruna aid duyğuların ata yerinə qoyulan birinə köçürülməsidir.
Həmçinin bəylərin özündən yaşca böyük xanımlarla münasibət qurmağa meyl etmələrinin kökündə yetəri qədər ana sevgisi almamaları və yaxud ,erkən yaşda analarını itirmələri,ondan uzaqda yaşamaları səbəb olur.
Böyük yaş fərqinə sahib cütlüklərin ümumi problemlərinə baxsaq onları aşağıdakı kimi qruplaşdıra bilərik:
1. Partnyora qarşı səbirsiz olma.
Partnyora qarşı səbirsiz olma problemi- əsasən yaş fərqi səbəbindən bir tərəfin indi keçirməkdə olduğu mərhələni digərinin çoxdan keçirmiş olmağıdır.
2. Partnyora qarşı ana və yaxud ata kimi davranma.
Tərəflərdən biri digərindən 10 ildən çox bir təcrübəyə sahib olarsa, digər tərəfin səhvlərini düzəltməyə çalışar ,yaxud da onu istiqamətləndirməyə başlayar.Nəticədə bir müddət sonra hər iki tərəf üçün problemli bir situasiya yaranar. Tərəflərdən biri bu proseslərdən keçmiş bir insan olaraq, situasiyaya uyğun necə davranacağını bilir və qarşısındakı, insana kömək etmək istəyir , lakin digər tərəf bunu qəbul etmir. Ümumiyyətlə sevgi münasibətlərində bir tərəfin qarşı tərəfi uşaq kimi görməyə başlaması və dayanmadan məsləhətlər verməsi bir müddət sonra bu münasibətin sonunu hazırlamış olur.
3. Yaş fərqi səbəbi ilə son sözü söyləmək istəyi.
4. Cinsi baxımdan yaranan problemlər və. s
Münasibətlərdə zaman-zaman narahatçılıqların yaşanması qaçılmazdır, lakin ailələrin dağılmasına gətirib çıxaracaq, yaxud da xoşbəxt sonluqla bitməyəcək bir münasibətin qarşısını almaq üçün öncədən böyük yaş fərqi kimi nüanslara diqqət etmək lazımdır .

Psixoloq: Fidan Azərqızı

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Address


Baki şəh. , N. Nərimanov R-nu, Qarabağ Küç. , 71. A
Baku
[email protected]

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00