BDU Tetbiqi Riyaziyyat ve Kibernetika fakultesi

BDU Tetbiqi Riyaziyyat ve Kibernetika fakultesi

Share

Tetbiqi Riyaziyyat ve Kibernetika Fakultesi Fakültənin 4 müasir kompüter sinfi və elmi kitabxanası var.

Tətbiqi riyaziyyat, informatika və iqtisadi kibernetika ixtisasları üzrə yüksək ixtisaslı kadrlar hazırlayan, yüksək elmi və texniki bazası olan Tətbiqi riyaziyyat və kibernetika fakültəsi 40 ilə yaxındır ki, fəaliyyət göstərir. Fakültədə 17 professor və elmlər doktoru (onlardan biri Azərbaycan MEA-nın həqiqi, üçü isə müxbir üzvüdür), 54 dosent və elmlər namizədi çalışır.

13/05/2025

📢 BDU 2025-ci il üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul elan edir
📌 Doktoranturaya sənədlərin qəbulu 13 may 2025-ci il tarixindən 03 iyun 2025-ci il tarixinədək “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi" (TMİS) vasitəsilə elektron qaydada həyata keçiriləcək.
🔹️ Doktoranturaya qəbul olmaq istəyən şəxslər https://portal.edu.az veb səhifəsində qeydiyyatdan keçməli və tələb olunan sənədləri portala yükləməlidir.
ℹ️ Qəbul qaydaları haqqında ətraflı məlumat: http://md.bsu.edu.az/az
▪️ Qeyd: Qəbul Komissiyası tərəfindən doktoranturaya qəbul olmaq istəyən şəxslərin sənədləri yoxlanılır və ixtisas uyğunluğu müəyyən edilir.
🔹️ Sənəd qəbulu prosesində doktoranturaya qəbul olmaq istəyən şəxsin nəzərdə tutulan elmi rəhbəri tərəfindən razılıq qərarı yazılı surətdə Qəbul Komissiyasına təqdim edilməlidir. Elmi rəhbərin rəyi olmadan sənəd qəbulu tamamlanmır. Qəbul Komissiyası nəzərdə tutulan elmi rəhbərin rəyi və təqdim edilən digər sənədlər əsasında imtahanlara buraxılmaq haqqında qərar qəbul edir.
🔸️ Qeyd olunanları nəzərə alaraq, doktoranturaya qəbul olmaq istəyən şəxslərin tələb olunan sənədləri portala yüklədikdən sonra, sənədlərini kağız şəklində (eləcə də elmi rəhbərin razılıq qərarını) Bakı Dövlət Universitetinin Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin Doktorantura şöbəsinə təqdim etmələri xahiş olunur.
Əlavə məlumat üçün:
📞 Tel: (+994 12) 539 64 58

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Şəxsi Kabinet Portalı

28/02/2025

Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin professoru Hidayət Hüseynov vəfat edib.
Hidayət Hüseynov 1951-ci il yanvarın 20-də anadan olub. 1968-1973-cü illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsində təhsil alıb. 1973-1976-cı illərdə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda aspirant olub. 1976-1990-cı illərdə Riyaziyyat və Mexanika İnstitutunda elmi işçi və baş elmi işçi vəzifələrində çalışıb. 1990-cı ildən indiyədək BDU-nun Tətbiqi riyaziyyat kafedrasında işləyib. O, 1978-ci ildə "Dirak tənliklər sistemi üçün səpilmə nəzəriyyəsinin tərs məsələsi" mövzusunda namizədlik, 1998-ci ildə "Adi diferensial tənliklər üçün Yost tipli həllin göstərişləri və tərs məsələlər" mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
Əsas tədqiqat sahəsi diferensial operatorların spektral analizi, tərs məsələlər olan professor Hidayət Hüseynov 70-dən çox məqalənin müəllifi idi. 7 elmlər namizədi, 3 elmlər doktoru yetişdirib.
BDU rəhbərliyi və kollektivi professor Hidayət Hüseynovun vəfatından kədərləndiyini bildirir, ailəsinə dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!

23/02/2025

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev:
“Təhsilli qadınlar hər bir dövlətin insan kapitalının dəyərli tərkib hissəsi, cəmiyyətin sağlam həyat tərzini təbliğ və təşviq etməkdə daha çox israrlı olan intellektual qüvvəsidir. Bu qüvvəni qorumaqla və elmi biliklərlə zənginləşdirməklə demokratik və müstəqil cəmiyyəti təmsil edən dövlətimiz, doğma Azərbaycanın işıqlı gələcəyini təmin edə bilərik”.

15/12/2023

Bakı Dövlət Universitetinin təhsildə yüksək nailiyyətləri olan 8 tələbəsi “Heydər Əliyev adına təqaüd”ə layiq görülüb. Bunlar arasında bizim fakültənin də tələbəsi Sibel Əsgərova yer alır.
“Heydər Əliyev adına təqaüd”ə layiq görülən BDU tələbələri aşağıdakılardır:
1. Sibel Əsgərova – Kompüter elmləri ixtisası
2. Günay Abbasova – Hüquqşünaslıq ixtisası
3. Rübabə Aslanova – Riyaziyyat müəllimliyi ixtisası
4. Həbibə Cəfərova – İqtisadiyyat ixtisası
5. Mehrəngiz Qurbanova – Azərbaycan dili və ədəbiyyatı ixtisası
6. Hüseyn Quliyev – Tarix ixtisası
7. Siyavuş Bağırov – Hüquqşünaslıq ixtisası
8. Şəhanə Babazadə - Coğrafiya müəllimliyi ixtisası

15/09/2023

Bilik Gününüz mübarək, əziz tələbələr! 💙
BDU ailəsinə xoş gəldiniz! 🫶🏻

13/04/2023

Bu gün biz gözəl bir insanı itirdik. Biz onun tələbələri, biz onun elmdə yetirmələriyik. Bu xanım bizim sevimli rəhbərimiz- Azərbaycanın ilk rıyaziyyat elmləri doktoru, professorudur. Yetirmələrinə ehtimal nəzəriyyəsinin, statistikanın incəliklərini öyrədən xanım idi. Bizim rastlaşacağımız, və ya baş verəcək hadisələrin, proseslərin təsadüfiliyinin hansı ehtimalla baş verdiyini elmi şəkildə izah edən xanım idi. Həyatımızın bu günü məlum olduğu halda gələcəyimizin keçmişimizdən asılı olmadığını elmi şəkildə izah edən xanım idi. Bu bizim Tamilla xanım Hilal qızı Nəsirovadır. Elmdə tutduğum mövqeyimə görə ona sonsuz minnətdaram. Allah ona rəhmət eləsin🥀🥀
P.S. Tamilla müəllimə ilə bağlı xoş anılarınızı yaza bilərsiniz.

01/04/2023

📢📢Diqqət, Diqqət‼ ‐in oyunu var! ⚽

02 aprel 2023 13:30 Tətbiqi riyaziyyat və kibernetika - Hüquq arasında oyun baş tutacaq. Sizcə kim qazanacaq?
Gəlin fakültəmizə birlikdə dəstək olaq!

Güclü olan qazansın 😎
P.S. Şəkil köhnə komandadan xatirədir

08/02/2023

🇹🇷 Türkiyədə 7,4 bal gücündə zəlzələdən sonra dağılan əyalətlər:
▪️Kahramanmaraş
▪️Osmaniye
▪️Hatay
▪️Qaziantep
▪️Malatya
▪️Adiyaman
▪️Adana
▪️Kilis
▪️Diyarbəkir
▪️Şanlıurfa
🇦🇿🇹🇷 Yanındayıq Türkiyə❗

Photos from BDU Tetbiqi Riyaziyyat ve Kibernetika fakultesi's post 29/10/2022

28 oktyabr tarixində Tətbiqi riyaziyyat və kibernetika fakültəsində Qarabağ müharibəsi qaziləri ilə tələbələrin görüşü keçirildi. Tədbiri fakültənin dekan müavini Şamo Cəbrayılov açdı. Tədbirdə fakültənin müəllimi və Qarabağ müharibəsi iştirakçısı mayor Hacı Məsmaliyev Hacı Məsmalıyev və fakültəmizin tələbə valideyni Buqay Məmmədli, tələbə qazilərimiz Vüsal Qarayev, Cavid Əliyev və Tural Şirəliyev çıxış etdilər.
Sonda Ti-68 qrup tələbələri Xudayar təsnifini ifa edərək tədbiri yekunlaşdırdılar.
Allah bütün şəhidlərimizə rəhmət etsin, qazilərimizə cansağlığı versin.
QARABAĞ AZƏRBAYCANDIR! YAŞASIN AZƏRBAYCAN!

09/08/2022

Azərbaycanda proqramçıların yetiməsində müstəsna rolu olan, informatikanın inkişafına ciddi töhfələr vermiş, informatika fənni üzrə olimpiada hərəkatının əsasını qoyan və uzun müddət bu hərəkata rəhbərlik edən Ramin Mahmudzadə bu gün vəfat edib.
Ramin müəllim əsil pedaqoq və alim, həm də prinsipial, Gözəl İnsan idi.
O, Azərbaycan informatikasının inkişafı üçün uzun illər vuruşdu.
İnformatikanın tədrisini yüksəltmək üçün, informatikaya qarşı qərar qəbul edənlərin münasibətini dəyişmək üçün, informatikanın tədris yükünü 1 saat da olsa artırmaq üçün yorulmadan mübarizə apardı.
Ramin müəllimin ən gözəl xüsusiyyətlərinin biri də, həm də onun haqq-ədaləti gözləməsi, bu istiqamətdə sözünü deməkdən çəkinməməsi, uzun illər oturuşan konservativ meyllərə qarşı vuruşması idi.
Onun ən son uğurlu işlərindən biri də " İnformatika, yoxsa kimya" probleminin həlli ilə bağlı olub.
Uzun mübarizədən sonra nəhayət ki, ötən il səlahiyyətli qurumlar kompüter və İT ixtisası seçənlərin Kimyadan deyil İnformatikadan qəbul imtahan verəcəyi ilə bağlı qərar verib.
Azərbaycanın İT sektorunun inkişafında mühüm rol oynayan bu qayda gələn il ilk dəfə olaraq tətbiq olunacaq .
Təəssüf ki, Ramin müəllim o günü görə bilmədi.
Amma son anda da bu sektorun inkişafına töhfə verməyə imkan tapdı.
Onunla sonuncu dəfə bir müddət öncə keçirilən DİM-in İnformatika işçi qrupunun toplantısında görüşmüşdüm.
İlk dəfə keçiriləcək İnformatikadan qəbul imtahanı ilə bağlı bu toplantıdakı faydalı tövsiyyələri ilə də yadımda qalıb.
Cəmi bir-iki ay öncə, bu imtahana hazırlıqla bağlı çox faydalı olan, abituriyentlər üçün "İnformatika" vəsaitini də hazırlamağa imkan tapdı.
Güman ki, Ramin müəllimin həm də prinsipiallığı və yeri gələndə sözünü deməkdən çəkinməməsinə görə də uzun illər "Əməkdar müəllim" adını ala bilməmişdi (yalnız iki il öncə, 85 illiyində bu ad verilmişdi ona).
Bildiyim qədər Prezident təqaüdü də ala bilməmişdi.
Prezident 2005-ci ildə Ramin Mahmudzadəni "Şöhrət" ordeni ilə təltif edib.
Ramin müəllim mənalı bir ömür yaşadı.
O həmişə yaddaşımızda Gözəl İnsan kimi qalacaq.
Əminəm ki, bu gün kod yazan, alqoritm quran, datalarla işləyən, süni intellekt həlləri yaradan, İT təhlükəsizliklə, hətta xakerliklə məşğul olan çox sayda həmyerlilərimiz də onu dəyərli bir insan, ustad kimi xatırlayacaqlar.
Mərhumun doğmalarına, yaxınlarına və əzizlərinə, müəllim həmkarlarına, dostlarına, yetişdirdiyi saysız-hesabsız proqramçılara və İT mütəxəssislərə dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin.

05/06/2020

Salamlar.

Belə bir tapşırıq var. Kim Köməklik göstərə bilər.?

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Address


BDU
Baku
1000