25/05/2026
📢 Mayın 25-də elm və təhsil naziri Emin Əmrullayev İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin Qobustan korpusunda olub.
📌 Səfər çərçivəsində nazir korpusun müəllim və tələbə heyəti ilə görüşüb. Görüş zamanı peşə təhsilinin inkişaf istiqamətləri, praktiki təlim imkanlarının genişləndirilməsi, müasir ixtisaslar üzrə kadr hazırlığı və tələbələrin məşğulluq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Ətraflı: https://vet.edu.gov.az/news/content/1326/inner
25/05/2026
📢 Azərbaycan nümayəndə heyəti Çində keçirilən “Bir kəmər, bir yol” Peşə Təhsili Alyansının 10-cu Mübadilə tədbirində iştirak edib.
ℹ️ Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndə heyəti 2026-cı il 20–24 may tarixlərində Çin Xalq Respublikasının Şansi əyalətinin Sian şəhərində keçirilən 10-cu “Bir kəmər, bir yol” Peşə Təhsili Alyansının Mübadilə tədbirində iştirak edib.
Səfər çərçivəsində nümayəndə heyəti Şansi Əyalət Hökumətinin ev sahibliyi etdiyi “İpək Yolu 2026” Beynəlxalq Əməkdaşlıq Konfransında, eləcə də peşə təhsili sahəsində beynəlxalq əməkdaşlığa həsr olunan müxtəlif tədbirlərdə iştirak edib. Eyni zamanda, Sian şəhərində yerləşən aparıcı peşə təhsili müəssisələrinə və qabaqcıl yüksək texnologiya şirkətlərinə səfərlər təşkil olunan, qarşılıqlı təcrübə mübadiləsi aparılıb.
🔗 Ətraflı: https://vet.edu.gov.az/news/content/1326/inner
24/05/2026
"WorldSkills Azerbaijan" komandası “DOSTI SKILLS KOKSHETAU 2026” Beynəlxalq Sənaye Çempionatında "Elektronika" istiqaməti üzrə II yerə layiq görülüb.
Ətraflı: https://muallim.edu.az/worldskills-azerbaijan-beynelxalq-cempionatda-ii-yeri-qazanib
22/05/2026
🥈 WorldSkills Azərbaycan komandası “DOSTI SKILLS KOKSHETAU 2026” Beynəlxalq Sənaye Çempionatında II yerə layiq görülüb.
ℹ️ Qazaxıstanın Akmola vilayətində keçirilən “DOSTI SKILLS KOKSHETAU 2026” çempionatında elektronika, avtonom mobil robototexnika, prototipləşdirmə və PUA-nın istismarı istiqamətləri üzrə yarışlar təşkil olunub.
🏆 Azərbaycanı “Elektronika” kompetensiyası üzrə tələbə Orxan Mustafayev, ekspert qismində isə Eldar Məhərrəmli təmsil edib. Komandamız final mərhələsində yüksək nəticə göstərərək II yerin sahibi olub.
“DOSTI SKILLS KOKSHETAU 2026” beynəlxalq əməkdaşlığın genişləndirilməsi, peşə təhsilinin inkişafı və mühəndislik potensialının nümayişi baxımından mühüm platforma kimi qiymətləndirilir.
21/05/2026
📢 Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü təşkil olunub.
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü uğurla təşkil olunub.
Tədbir Bakı şəhəri üzrə ümumtəhsil məktəblərinin IX–XI sinif şagirdləri, onların müəllimləri və valideynlərinin iştirakı ilə keçirilib.
Məqsəd gəncləri peşə təhsili imkanları ilə tanış etmək, düzgün ixtisas seçiminə dəstək vermək və gələcək karyera istiqamətlərini daha aydın şəkildə təqdim etmək olub.
Ətraflı: https://muallim.edu.az/baki-dovlet-pese-tehsil-merkezinde-aciq-qapi-gunu-kecirilib
20/05/2026
📢 Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı növbəti vətəndaş qəbulunu keçirib.
📌 Qəbulda 11 vətəndaşın müraciəti dinlənilib, qaldırılan məsələlər üzrə aidiyyəti struktur bölmələrə konkret tapşırıqlar verilib.
Agentliyin direktoru İlqar Bayramlının növbəti vətəndaş qəbulu Gəncə şəhərində 5 iyun tarixində keçiriləcəkdir.
Qeyd edək ki, Agentliyin direktoru 2026-cı ilin ilk 5 ayı ərzində 6 vətəndaş qəbulu keçirib. Ümumilikdə, 70-dən artıq vətəndaş müraciəti cavablandırılıb.
📌 Vətəndaş qəbulunda iştirak üçün Agentliyin Çağrı Mərkəzinə (146-7) müraciət edə bilərsiniz.
20/05/2026
📢 Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı iyunun 5-də Gəncədə vətəndaşları qəbul edəcək.
📍 Qəbula kimlər yazıla bilər?
Gəncə şəhəri, Naftalan şəhəri, Daşkəsən Goranboy, Göygöl, Samux, (Kəlbəcər, Laçın, Xocalı) Ağstafa, Gədəbəy, Qazax, Şəmkir, Tovuz rayon sakinləri
📌 Qəbula necə yazılmaq olar?
✅ Çağrı Mərkəzi: 146-7 ilə əlaqə saxlayaraq
✅ Elektron formada: [email protected] elektron poçtu, “portal.edu.az” vasitəsilə
⏰ Qeydiyyat üçün son tarix: 3 iyun 2026-cı il (saat 18:00 -dək)
❗Qəbulda iştirak etmək üçün qeydiyyat mütləqdir.