18/11/2022
Dərslərə şagirdlərin cəlb olunması ən aktual məsələlərdən biridir. Siz də maraqlı və effektli dərslərin keçirilməsini istəyirsinizsə, aşağıdakı posterlərə nəzər yetirə bilərsiniz.
Bizimlə öyrən!
05/08/2020
Beyrutda baş vermiş hadisəyə kimyaçı gözü ilə baxaq. Livanın baş nazirinin dediyinə görə partlayışa 6 ildir limanda saxlanılan 2700 tondan artıq ammonium nitrat (NH4NO3) səbəb olmuşdur.
Bəs Ammonium Nitrat nədir? Nə üçün istifadə olunur?
Ammonium nitrat, Azot, Oksigen və Hidrogen elementlərindən ibarət kimyəvi maddə olub, əsasən kənd təsərrüfatında gübrə kimi istifadə olunur. O, həmçinin partlayıcı maddədir və partlayış tələb edən mədən və inşaat işlərində də istifadə olunur. Normal şəraitdə bu maddə yüksək dərəcədə stabildir. Lakin, bir sıra maddələrlə (azidlər, alüminium tozu və s.), o cümlədən yanacaqlarla qarşılıqlı təsirdə olduğu zaman qızdırılarsa, partlayışlarla müşayiət olunan bir çox reaksiyalara yol açar. Qızdırıldıqda ammonium nitrat tərkib hissələrinə parçalanır:
NH4NO3 → N2O + 2H2O
Lakin, sürətli qızdırılma və ya detonasiya zamanı ammonium nitrat azot, oksigen və su buxarına parçalanır:
2NH4NO3 → 2N2 + O2 + 4H2O
Baxdığımız zaman reaksiya məhsullarının zərərsiz olduğunu görə bilərik, amma, proses nəticəsində yüksək miqdarda enerji ayrılır. Bundan əlavə partlayışda ammonium nitratın hamısı partlamır. Bir hissəsi azot oksidlərinə parçalanır. Əmələ gələn qırmızı-qəhvəyi tüstüyə səbəb də böyük ehtimal həmin oksidlərdir.
Tarixdə çox sayda bu cür partlayışlar baş vermişdir. Bunlardan bir neçəsinə baxaq:
1921-ci ildə Almaniyada BASF şirkətinin sahəsində 450 ton ammonium nitratın partlaması nəticəsində 561 nəfər həlak olmuşdur.
ABŞ sənayesində ən p*s qəzaya 1947-ci ildə ammonium nitratın partlaması səbəb olmuşdur. Təxminən 2300 ton ammonium nitrat, atılmış bir siqaret nəticəsində partlamış və 581 nəfər həyatını itirmişdir.
2015-ci ildə Çinin Tianşin limanında 800 ton ammonium nitratın partlaması 173 nəfərin həyatına son qoymuşdur.
26/07/2020
A lot of people have tattoos: an estimated 12% of Europeans and 24% of Americans. What’s in tattoo ink, and how are different coloured tattoos produced?