27/10/2025
📢 Məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi üçün keçid balları müəyyən edilib!
Keçid balı Qazax-Tovuz Regional Təhsil İdarəsi üzrə 35 bal, Naxçıvan MRTN, Bakı Şəhəri Təhsil İdarəsi və digər regional təhsil idarələri üzrə isə 40 bal müəyyən edilmişdir.
Müsabiqədə iştirak edən namizədlərə uğurlar!
25/10/2025
Diaqnostik qiymətləndirilmə prosesi
25 oktyabr tarixində məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən müdirlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması üçün diaqnostik qiymətləndirilmə prosesi həyata keçirilib.
Proses 10 müxtəlif şəhər olmaqla ümumilikdə 12 imtahan mərkəzini əhatə edib və 90% davamiyyət qeydə alınıb.
Diaqnostik qiymətləndirilmədə iştirak edənlərə uğurlar arzulayırıq!
24/10/2025
Məktəbəqədər təhsil müəssisələrinin müdirləri üçün diaqnostik qiymətləndirmə ilə bağlı məlumatlandırıcı görüş təşkil olunub.
Görüş zamanı diaqnostik qiymətləndirmənin məqsədi, əhatə dairəsi, qiymətləndirmə meyarları və texniki prosedurlar barədə geniş və ətraflı məlumat verilib. İştirakçıların sualları cavablandırılıb.
20/10/2025
Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin 13-17 oktyabr tarixlərində təşkil olunan müsahibə mərhələsinin nəticələri barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib.
Müəllimlər portal.edu.az platformasında yerləşən “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müsahibə nəticələri ilə tanış ola bilərlər.
16/10/2025
Diaqnostik qiymətləndirilmə prosesinə start verilir
25 oktyabr tarixində məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən müdirlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması üçün diaqnostik qiymətləndirilməsi həyata keçiriləcək.
Qeyd edək ki, imtahanların keçiriləcəyi tarix və məkan barədə məlumatlar iştirakçılara göndərilib.
Diaqnostik qiymətləndirilmədə iştirak edənlərə uğurlar arzulayırıq!
13/10/2025
Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin 7-10 oktyabr tarixlərində təşkil olunan müsahibə mərhələsinin nəticələri barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib.
Müəllimlər portal.edu.az platformasında yerləşən “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müsahibə nəticələri ilə tanış ola bilərlər.
07/10/2025
Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin 29, 30 sentyabr, 1, 2 oktyabr tarixlərində təşkil olunan müsahibə mərhələsinin nəticələri barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib.
Müəllimlər portal.edu.az platformasında yerləşən “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müsahibə nəticələri ilə tanış ola bilərlər.
05/10/2025
Hörmətli müəllimlər!
Sizi Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edirik!
Cəmiyyətimizin inkişafında, gənc nəslin milli ruhda, bilikli və vətənpərvər yetişməsində göstərdiyiniz fədakarlıq və əzm dərin hörmətə layiqdir.
Hər birinizə möhkəm cansağlığı və pedaqoji fəaliyyətinizdə uğurlar arzulayırıq!
Gününüz mübarək! 💐

01/10/2025
Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin 22-25 sentyabr tarixlərində təşkil olunan müsahibə mərhələsinin nəticələri barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib.
Müəllimlər portal.edu.az platformasında yerləşən “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müsahibə nəticələri ilə tanış ola bilərlər.
29/09/2025
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin nəticələri şəxsi səhifələrə göndərilib.
20 sentyabr tarixində təşkil olunan prosesin sənəd yoxlanışı mərhələsinə 216 nəfər müəllim dəvət olunub.
Prosesdə uğur qazanan müəllimləri təbrik edirik!
24/09/2025
Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin 16-19 sentyabr tarixlərində təşkil olunan müsahibə mərhələsinin nəticələri barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib.
Müəllimlər portal.edu.az platformasında yerləşən “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müsahibə nəticələri ilə tanış ola bilərlər.