03/04/2024
UNEC - də Elm Günləri çərçivəsində növbəti “UNEC-də elmin rəqəmsallaşdırılması: dünya təcrübəsinin təhlili ” mövzusunda müzakirə panelimiz baş tutdu.
Tədbirdə Gənc Alimlər Şurasının sədri i.f.d Maral Camalova Polşa Universitetlərinin təcrübəsini təhlil edərək elmin rəqəmsallaşması yolları, Polşada Elm adamlarının mövcud rəqəmsal platforması olan “Ludzie Nauki” (People of Science), Varşava Universiteti Rəqəmsal İqtisadiyyat laboratoriyası (Polish Digital Economy Lab -DELab UW), Aİ-nin rəqəmsallaşmanın maliyyələşmə ilə bağlı təşəbbüsləri və fəaliyyətlər barədə çıxış etmişdir.
Daha sonra UNEC Gənc Alimlər Şurasının üzvü Zəhra Qocayeva Birləşmiş Krallıqda proqram təminatı əsasında elmin rəqəmsallaşması, R&D strategiyasının rəqəmsallaşdırılması, “Keboola”, “Biz Skills” kimi rəqəmsal bacarıqların inkişafına yönəlmiş proqramlar, onlayn tədqiqat platformaları olan “Eureka”, “Asana”, “Writer’s room”, “Zenhub”, Birləşmiş Krallığın “City of Albuquerque” elektron kitabxanası haqqında çıxış etmişdir.
Tədbirin növbəti mərhələsində UNEC-in müəllimi, Gənc alimlər şurasının üzvü Zeynəb Qiyasova UNEC-də elmi rəqəmsallaşmasında elmi, texniki və intellektual potensialdan istifadə edilməsi haqqında məlumat vermişdir.
Sonra UNEC əməkdaşları və Gənc alimlər Şurasının üzvləri ilə elmin rəqəmsallaşdırılmasına dair səmərəli müzakirə prosesi baş tutdu, suallar və maraqlı təkliflər səsləndirildi.
Tədbirin sonunda elmin rəqəmsallaşmasında müxtəlif xarici universitetlərin elmi rəqəmsallaşma siyasətinin müqayisəli təhlili, UNEC-də elmi fəaliyyətin tam şəkildə rəqəmsallaşdırılması istiqamətində görüləcək işlər və problemlərin birgə həllinə dair müəyyən qərarlar qəbul edildi.