21/02/2025
Academy of Public Administration under the President of Azerbaijan
It was created by a Presidential decree from January 3, 1999 on the basis of Socio-Politic Institute
21/02/2025
21/01/2025
20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rəhbərliyi və tələbələri faciə qurbanlarının əziz xatirəsini yad etmək məqsədilə Şəhidlər Xiyabanını ziyarət etdilər, şəhidlərin məzarları üzərinə gül dəstələri qoydular.
19/01/2025
24/12/2024
Doğum gününüz mübarək, cənab Qalib Prezident!
18/12/2024
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən “Diplomatiya və Araşdırmalar” klubun təşkilatçılığı ilə “Heydər Əliyev və Diplomatiya: Beynəlxalq əlaqələrin qurulmasında strateji yanaşmalar” mövzusunda seminar keçirilmişdir. Məruzəçi Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov olmuşdur.
11/12/2024
06/12/2024
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələrinə Baş Prokurorluğun əməkdaşı tərəfindən praktiki məşğələ keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquqşünaslıq ixtisasında bakalavr təhsili alan tələblərinə nəzəri biliklərlə yanaşı, müvafiq dövlət orqanlarında çalışan təcrübi əməkdaşlar tərəfindən praktiki biliklərin verilməsi təcrübəsindən də geniş istifadə olunur.
Bu ənənənin davamı olaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Baş Prokurorluqla əməkdaşlığı çərçivəsində cari ilin dekabr ayının 3-ü Baş Prokurorluğun Kriminalistika şöbəsinin rəisi Orxan Rzayev və həmin şöbənin əməkdaşları tərəfindən DİA-nın Hüquq kafedrasının müəllimi Fəridə Mövsümovanın iştirakı ilə hüquqşünaslıq ixtisasının IV kurs tələbələrinə “Kriminalistika metodikasının ümumi məsələləri” mövzusunda praktiki məşğələ keçirilmişdir
Əməkdaşlıq çərçivəsində tələbələr Baş Prokurorluğun inzibati binası ilə tanış olmuş və onlara Baş Prokurorluğun iş fəaliyyətinin istiqamətləri haqqında ətraflı məlumat verilmişdir. Daha sonra Baş Prokurorluğun Kriminalistika Şöbəsinin əməkdaşları tərəfindən tələbələrə cinayət işlərinin təhqiqatı zamanı istifadə edilən müasir texnoloji avadanlıqlar təqdim olunmuş, tanışlıq üçün xüsusi imkan yaradılmış və bu avadanlıqların praktik tətbiqi əyani şəkildə nümayiş etdirilmişdir. Tələbələr özləri də əldə etdikləri nəzəri bilikləri praktikada tətbiq edərək, izlərin götürülməsi texnikasını göstərmiş, onlar bu cür təminat imkanlarını araşdıraraq, hadisə yerindən sübutların götürülməsi və rəsmiləşdirilməsi üsulları ilə tanış olmuşdurlar. Praktiki məşğələ zamanı xüsusi diqqət isə hadisə yerinin modelləşdirilməsi, izlərin toplanması və analiz edilməsi kimi innovativ metodlara yönəldilmişdir.
Praktiki məşğələnin sonunda tələbələr Baş Prokurorluğun Kriminalistika şöbəsinin rəisi Orxan Rzayevə və həmin şöbənin əməkdaşlarına öz təşəkkürlərini bildirmiş və əldə etdikləri yeni biliklərin gələcəkdə onlara necə faydalı olacağını vurğulamışdırlar.
06/12/2024
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının Hesabat – Seçki Konfransı keçirilmişdir.
Tədbirdə Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov iştirak etmişdir. Tədbirin rəsmi hissəsində gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Qədir Xəlilov, elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Naxçıvan Ali Məclisinin deputatı Əziz Qasımov çıxış ediblər. Çıxışlarda İttifaqın dövlət gənclər siyasətinin icrasındakı rolu, bu istiqamətdə tərəfdaşlarla birlikdə həyata keçirdiyi kütləvi layihələrin əhəmiyyəti qeyd edilib, tələbələrin yeni reallıqlara uyğun öz sahələrində daha fəal olmalarının vacibliyi vurğulanıb. Həmçinin yerlərdə fəaliyyət göstərən təşkilatların gənclərin istər fiziki, istərsə də mənəvi sağlamlığının təşviq edilməsi yönündə, habelə onların müasir tələblərə uyğun bilik və bacarıqlarının inkişafında və ən əsası, məsuliyyətli vətəndaş kimi formalaşmalarında rolu qeyd olunub. Daha sonra göstərdikləri uğurlu fəaliyyətə görə gənclərin mükafatlandırılma mərasimi keçirilib. Rəsmi hissədən sonra tələbələrin ifasında musiqi proqramı təqdim olunub. Konfransın sonunda İttifaqın idarə heyəti və sədr seçkiləri prosesinin gedişatı auditoriyaya təqdim edilib və seçki komissiyasının tərkibi haqqında məlumat verilib. Komissiyanın rəyi və seçkilərin nəticələrinə uyğun olaraq namizədliyi irəli sürülən ATGTİ-nin baş katibi Rəşad Zeynalovun İttifaqın növbəti müddət üçün sədri vəzifəsini tutacağı elan edilib.
06/12/2024
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov AzTV telekanalında yayımlanan “Hədəf” proqramında İqlim dəyişikliyi ilə bağlı yeni təşəbbüslərlə çıxış etmişdir.
Keçid üçün link :
https://www.youtube.com/watch?v=LBxZ5IpDBoE
06/12/2024
DİA Hüquq kafedrasının müəllimi, hüquq üzrə fəlsəfə doktoru Cəfərova Reyhan Fəhrat qızı Moskva şəhərində keçirilən “Kutafinskiye çteniya” XXVI Beynəlxalq Elmi-Praktik Konfransında iştirak etmişdir. Bu tədbirdə müxtəlif ölkələrdən dövlət rəsmiləri, tanınmış hüquqşünaslar, alimlər, müəllimlər, doktorantlar və tələbələr iştirak ediblər. Bu ilki tədbirdə DİA-nın müəllimi “Milli ideya və dövlət ideologiyası: tarixi-hüquqi konturlar” adlı III Beynəlxalq Elmi-Praktik Konfransında “Azərbaycanda konstitusionalizmin formalaşmasında Heydər Əliyev irsi” elmi məruzə ilə çıxış etmişdir. O, məruzəsində hər bir dövlətin öz milli müstəqilliyinə, suverenliyinə, xüsusən də Azərbaycan dövlətçiliyinə nail olması məsələsində liderliyin müəyyənedici amil olmasından bəhs edib. Bundan başqa, elmi məqaləsini Azərbaycanın müstəqillik əldə etdikdən sonra hüquq sisteminin inkişafına həsr edən Cəfərova Reyhan, ümummilli lider Heydər Əliyevin konstitusionalizmin və bütövlükdə milli dövlətçiliyin formalaşmasında misilsiz rolundan danışmışdır. Sonda Cəfərova Reyhan məruzəsini Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il noyabrın 8-də qazanılan böyük qələbənin bu həqiqəti təsdiq edən tezisləri ilə yekunlaşdırıb.
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Website
Address
Baku