Ümidsizlik insanın özü olmaq istəməməsi və ya özü ola bilməməsidir.
Sorn Kyerkeqor
Fəlsəfə Akademiyası ( Philosophy Academy )
Fəlsəfə Akademiyasının rəsmi facebook səhifəsi.
İnsanın ağlı başına gələndə, keçmişin yükünü daşımağa başlayır.
Hobbes deyir ki, insan təbiətən eqoistdir və hər kəs öz mənafeyi üçün yaşayır. Güc və təhlükəsizlik axtarışı insanın əsas hərəkətverici qüvvəsidir. Buna görə də insan-insana düşməndir: “Homo homini lupus est” – İnsan insanın qurdudur.
"İnsanın ən böyük iztirabı budur ki, o, öz dərdini heç kəsə danışa bilmir. İnsan ən çox kütlənin içində tənhadır; ətrafında minlərlə adam ola bilər, amma yenə də ürəyindəki yükü daşımaq təkcə onun payına düşür."
F. M. Dostoyevski - Cinayət və Cəza
“İnsanın xoşbəxtliyi onun azadlığına əsaslanır, amma azadlıq vicdanla məhdudlaşdırılmadıqda, fəlakətə gətirir.”
Fyodor Dostoyevski - Karamazov qardaşları
“İman paradoksdan ibarətdir. O, ağılla ölçülə bilməz, çünki iman, qeyri-mümkünü mümkün edən gücdür. İbrahim oğlu İshaqı qurban gətirməyə hazır olanda, onu dayandıran ağıl yox, iman idi. İnsan imanla Tanrı qarşısında tək qalır, bütün etik və ümumi qaydaları aşır. İmanlı insan paradoksu qucaqlayır: qeyri-mümkünə inanır və buna görə də Tanrıya yaxın olur.”
Sören Kierkegaard - Qorxu və Titrəmə
“Ən böyük faciə odur ki, insan diridir, amma ölü kimi yaşayır. O, nəfəs alır, danışır, gəzir – amma heç nəyi dərk etmir, dəyişmir, düşünmür. Belələri üçün qəbirə girmək sadəcə formalıqdır, çünki onlar çoxdan ölüdür.”
Cəlil Məmmədquluzadə – Ölülər
“İnsanın ən böyük səhvi, ona verilən həyatı gələcək günlərdə yaşamaq niyyəti ilə israf etməsidir. Halbuki sabah heç vaxt gəlmir - yalnız bu günün davamı gəlir. Amma biz bunu anlamadan yaşlanırıq.”
Çingiz Aytmatov - Əlvida, Gülsarı
“Mənim həyatım, başqalarının verdiyi qərarların cəmi idi.”
Alber Kamyu - “Yad”
02/06/2025
“Mən axmaq olmaqdan qorxmuram. Mən axmaqlığımı bilirəm. Bəs siz öz axmaqlığınızın fərqindəsinizmi?”
F.M.Dostoyevski - Yeraltından qeydlər
25/05/2025
“Cəhənnəm – başqalarıdır”
"Sartre"ın əsas ekzistensial tezlərindən biri budur. Yəni mən yalnız öz varlığımın subyekti olduğum zaman azadam. Amma başqasının baxışı altında mən artıq bir obyektə çevrilirəm.
Məsələn: sən tək olanda, sən öz düşüncələrinlə, duyğularınla saf bir varlıqsan. Amma bir otağa başqa biri daxil olanda sən artıq onun baxışı ilə özünü dərk etməyə başlayırsan:
“Məni necə görür?”
“Deyəsən, danışığım qəribə gəldi ona…”
“Bəlkə bu geyim mənə yaraşmır?”
“Məni kifayət qədər ağıllı hesab etdi?”
Bu suallar başqasının səni potensial olaraq necə dəyərləndirəcəyinə dair şübhələrdir. Sən artıq özün deyilsən – sən, onun baxışında yaratdığı obraza çevrilirsən.
Və Sartre deyir ki, bu proses cəhənnəmdir. Çünki sən artıq azad deyilsən. Artıq sənin varlığın – başqasının düşüncəsi içində formalaşmağa başlayır. Sən öz “mən”inin sahibi olmursan.
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Website
Address
Baku