22/05/2026
Məktəbdə tədris prosesinin fasiləsizliyinin təmin olunması və şagirdlərin təhsil prosesindən geri qalmamasının qarşısının alınması məqsədilə distant dərslərin təşkili və keçirilməsi davam etdirilir.
Distant dərslər zamanı müəllimlər tərəfindən müasir tədris metodlarından və rəqəmsal platformalardan istifadə olunur, şagirdlərin dərsə davamiyyəti və fəallığı nəzarətdə saxlanılır.
Keçirilən dərslərin keyfiyyətinin artırılması, mövzuların daha effektiv mənimsədilməsi və tədris prosesinin səmərəli təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Məktəb rəhbərliyi tərəfindən distant təhsilin təşkili və keyfiyyətinin yüksəldilməsi istiqamətində işlər davam etdirilir.